Ukrayna Rusiyanın daha bir generalı və çox sayda hərbçi və hərbi texnikasını məhv etdi
Ukrayna Silahlı Qüvvələri düşmənin işğal etdiyi ərazilərdəki qoşunlarına zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.
Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:
“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib. Düşmənin itkiləri dəqiqləşdirilir”.
Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev öldürülüb. Məlumatı Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.
O bildirib ki, Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.
“Vosxod” əməliyyat-taktiki qrupunun əsgərləri cümə günü bir neçə istiqamətdə düşmənin 8 tankı, 11 BMP-si və çox sayda canlı qüvvəsini məhv edib. Bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.
“Martın 18-də Rusiya qoşunları bir neçə istiqamətdə “Vostok” əməliyyat-taktiki qrupunun cavabdehlik zonasında müdafiə xəttini növbəti dəfə yarmağa çalışıblar.
Nəticədə düşmənə məxsus 8 tank, 11 BMP və canlı qüvvəsi məhv edilib”, – deyə bildirilib.