Sulduzlu milli fəal Əli Hacıməhəmmədi İran məmurları tərəfindən güllələndi
Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində yaşayan milli fəal Əli Hacıməhəmmədi aprelin 14-də iş yerində mülki geyimdə olan İranın təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Milli fəalların verdiyi məlumata görə, Əli Hacıməhəmmədi xəstəxanaya yerləşdirildikdən sonra təhlükəsizlik məmurları onun yanına gedən bütün şəxslərin foto və videolarını çəkiblər.
Qeyd edək ki, Əli Hacıməhəmmədi bundan öncə milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb, dindirilib və işgəncələrə məruz qalıb.
Sosial media fəalları Hacməhəmmədinin bankdan kredit götürən başqa bir şəxsə zamin durduğunu, ödənişin gecikdiyi üçün təhlükəsizlik məmurları onlara aid olmayan məsələdən bəhanə kimi istifadə edərək milli fəalı həbs etmək istədiklərini qeyd ediblər.