Behnam Zarei vəsiqə qarşılığında zaminə buraxılıb
Güney Azərbaycanın Vərziğan şəhərindən olan azərbaycanlı media fəalı Behnam Zarei avqustun 15-də girov qarşılığında zaminə buraxılıb.
Qeyd edək ki, Güney Azərbaycan Vərziğan bölgəsindən olan və Təbriz Universitetində nəşr olunan “Ərk” nəşrinin baş redaktoru olmuş azərbaycanlı milli-mədəni fəal Behnam Zarei iyulun 9-da Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində həbs olunmuşdu.
Azərbaycanlı milli fəalın mobil telefon, kompüter və başqa şəxsi əşyalarının da rejimin məmurları tətəfindən müsadirə edilmişdir.
Azərbaycanlı fəalın ata və anasının övladları barədə xəbər tutmaq üçün məhkəməyə müraciətləri zamanı rejimin məmurları onlara qarşı kobudluq edib və onlar zorla məhkəmə binasından çıxarmışdılar.