(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı)
Xoydan başlamış ardı-ardına gələn deprəmlerin fəlakət tablosunun insanlıq tragediyası hər nə qədər bənzərlik daşısa da, bir o qədər də siyasi idarəçilik baxımından böyük fərqlıklər ortaya qoyur. Sözsüz ki, Qahramanmaraş mərkəzli 7,6 və 9 saat arayla 7,7 bal ölçümündəki deprəmin böyüklüyü, genişliyi, sürəci və yıxım gücü Xoydakı 5,9 və 5,4 bal depremlər ilə bir ölçüdə deyildir, ancaq yıxım görüntüsü az-çox eyn fəlakəti duyurmaqdadır. Xoy deprəminin sonucları olduqca daha yüngün, daha az yıxıcı və millətimiz üçün daha az həzinəli oldu. Xoyda deprəm insanların ayıq zamanında (saat 21.10) gəldi. Evlərin bir çoxunun 1 və 2 qat olması insanlara qaçma fürsət verdi. yıxım altında qalanların sayı qaçanlara qarşın çox az idi. Buna görə, deprəmdən həlak olanların sayı 3 nəfər oldu. Yaralıların sayı isə,
Deprəmdən sonra isə ikisi yaş odun zəhərindən, üçü isə deprem əsnasında yıxım altında qalaraq toplam 5 vətəndaşımız dünyasını dəyişdi. Güney Doğu Anadoluda 20 minə yaxın Türkiyə vətəndaşı, Suriyada isə 5 min civarında Suriya vətəndaşı öldü. Bu iki tablonu bir-birilə qarşı-qarşıya qoymaq ilk başda gülünc nəzərə gəlsə də əslində daha böyük siyasi faciəni bizə anlatmaqdadır.əsas davam edən faciənin təməli bundan ibarətdir ki, Xoy depreminin ilk xəbərindən dərha sonra farsçı rejimin Xoy şəhərbaşçısı (Fərmandar Zəbiullah Kazimi Əthərin) media açıqlamasında “Xoya ayrılan fövquladə hallar budcəsini öncədən ümmət məsumlarının (Al-ümmət-ül Athar) məzarlarının təmirinə göndərmişik. İnşallah gələcək depremlərdə əvəzini çıxarıq!!!” Bu, farsçı rejiminə bağlı olan yalnız bir manqourtun tutumu deyil, bəlkə faşist rejimin nə dərəcə Türk millətindən anlamsız nifrətinin kiçik bir örnəyidir.
Burada kəsinləşmiş bir neçə dövlətçilik anlayış örnəyi göstərilir:
1- XOY depreminde İran dövlətinin davranış tərzi:
1.1- Xoy depreminden dərha sonra dövlət rəsmisi (özü belə depremden zərər görmüş) zəlzələyə dövlət büdcəsi yoxdur xəbərilə yıxılan millətin tam yıxılmasına və acısına acı qatmasına şərait yaradır.
1.2-Azərbaycan, Türkiye, Pakistan və bir çox ölkədən yardımçı olmaq tələblərini geri qaytararaq, deprəm vurmuşların çarəsiz vətəndaşların əliyalın olduqlarını ən gobud şəkildə anlatmış oldu.
1.3-Güney Azərbaycanın çeşidli bölgələrindən toplanan yardımları müsadirə edərək, yardıma qoşan vətəndaşların deprəm bölgələrinə girməsini silahlı gücləri vasitəsilə geri çəkdi.
1.4-Azərbaycanın çeşidli şəhərlərində millət əlilə qurulan yardım duraqlarını qapadaraq, Xoy zəlzələsi adıyla səfərbərliklərin qarşısını aldı.
1.5-Əhvaz şəhərində yaranan yardım durağını qapadaraq, Ərəb xalqı adına çalışan üç nəfəri tutuqlayaraq İİR-da qarşı suçlamaq.
1.6-Tehran bazar kəsəbəsinin dövlətdən Xoy üçün təşkilatlanma yardımına yox deməsi, onların önərisini rəd etməsi.
1.7- Çadır və yaşam imkanlarının verilməməsinə etiraz edən şaxtavurmuş çarəsiz vətəndaşlara qarşı soyuq su pompası tətbiqi.
1.8-Şəhər içi yıxılan evlərin yenidən dikilməsi üçün dövlətin vətədaşına əvəzsiz yardımı 1333 dolar, bəlli zaman içində geri ödəmə krediti isə 5555 dolardır. Başqa anlamla evi yıxılan vətəndaşımızın evinin yenidən dikilməsi üçün dövlətin ona edəcək yardımı sadəcə 1333 dolardır. Evin dikilməsi ilə bağlı dövlətin başqa görəvi yoxdur. Kəndli vətəndaşların durumu daha ağırdır. Kəndli vətəndaş ancaq 860 dolar dövlət yardımı üstündə hesab edəbilər. Bu böyük ianələrin xəbər qaynağı Batı Azərbaycan valisi pasdar Məhəmməd Sadiq Mötəmədiyandır.
1.9-10 gün Xoy depremindən keçir. Rejim silahlılarının bütün əngəllərinə qarşın Azərbaycan Türk Millətinin istər içəridən, istərsə də dışarıdan öz soydaşlarına yardımı durmadan davam edir. Ancaq, dövlətin təməl yardımları Xoyda gözlənirkən,İİR-nın Suriya fəlakətinə iki uçaqlıq humanitar yardımla qoşması Fars mediasının başlığını oluşdurur. Sözsüz ki, deprem fəlakətinə uğramış hər kimsə uluslararası yardımdan yararlanmalıdır. Ancaq, öz vətəndaşını görməməzlikdən gələrək başqa bir millətin yardımına qoşmağın anlamı insanlıq deyil, büs-bütün milli ədavtdir.
1.10- İran Cumhurbaşqanı molla rəisi Azərbaycan xalqına minnət qoymuş fəlakətin 8-ci günündə bölgəyə təşrif buyurmuş və sözdə vədələr verərək çox dəyərli neçə saatını türk millətinə ərməğan etmişdir!!!
1.11-Farsçı rejim utanmadan çadırlarda soyuqdan donan çarəsiz ailələrin kantiner sahibi olmasının şərtini, İslam İnqilabının ildönümü mitinqlərində fəal olmağa bağlayır. Bu çirkin su-niyyətinin arxasında Tehran molla faşistlərinin üzü aydınca görünməkdədir.
2. Qahramanmaraş mərkəzli deprəmi və Türkiye dövləti.
2.1-Dövlət, bütün Türkiyeni deprəmə qarşı ayağa qaldıraraq, camilərdə, dərnəklərdə, məhəllələrdə ulusal yardım mərkəzlərinin açılmasına olumluluq yaradır.
2.2-Ölkədə 7 günlük ulusal yas elan edərək, tum boş məkanları, məktəbləri, üniversitetleri məskunlaşma məkan elan edir.
2.3-Deprəmi 4-dərəcəli fəlakət elan edərək dost-düşmən ayrımçılığına yol vermədən, bütün dövlətləri və topluluqları imdada çağırır.
2.4-Dünya üzrə AFAD və QIZILAY fondlarına özəl yardım hesabları açaraq, bütün insanlardan yardımçı olmalarını istəyir.
2.5-İmdada gələn bütün yardım əllərini sıxaraq, millətinə uzanan yardım əllərini minnətlə qəbul edir.
2.6- 12 saat içində geniş alanlı 1000 lərlə çadır və kantiner sığınacaq bölgəsi quraraq, dilə, dinə, etnikə, siyasi baxış açıya baxmadan insanların yenidən yaşama tutulması üçün gecə-gündüz mücadilə edir.
2.7- 14 milyonluq nüfusu içərən geniş yaşayış bölgələrində cümhürbaşqanı başda olmaqla bütün dövlət ərkanı iqtidarı və müxalifətilə deprəmin ilk anlarından vətəndaşların yanında yer alır.
2.8- Türkiyənin hotelleri, eyitim mərkəzləri, spor salonların, futbol alanları, ordu evləri, qatarları və üst örtülü bütün yerlərini evi yıxılan vətəndaşların yerləşməsi üçün hazırlayır.
2.9- Yaxınlarına getmək istəyənlərə mali yardım edir. Bütün ailələrə nəqid para ayırır. Onların şəhər dışı səfərlərinin bilet pulunu və yol xərcini üstələnir.
2.10- Cümhurbaşqanı qonaq kimi deyil, bir vətəndaş kimi deprəm vurmuş yerlərdə millətlə qucaqlaşır, ağlaşır.
2.11- Türkiyənin bütün TV, radio və tum mediası gündəlik verilişlərini dayandıraraq yalnız dağılmış bölgələrin son olaylarını yaymaq və milləti daha çox səfərbər etməyəklə məşğul olur.
2.12- İlgili orqanlara internetin daha da güclü ötürülməsi əmr edilir. Çünki, yıxım altında yardım almaq üçün internet çəkiminin güclü olması gərəkir.
2.13- Fəlakətə uğramış bölgələrin yağmaçılardan uzaq tutulması üçün dövlət tərəfindən 3 ay boyunca olağanüstü fövquladə hal elan edilir.
2.14- Türkiyə Azərbaycanla birlikdə Xoy deprəminə yardım əli uzaldan ilk ölkə olmuşdur. Tehran faşistləri bütün ehtiyaclara rəğmən uzanan yardım əlini rəd etmişdir. Türkiyə deprəmində farsçı faşizmi 50 ölkənin Türkiyəyə yardımından sonra Ankaraya yardım önərisi vermişdir. Ancaq, Türkiyə dövləti Tehran hakimlərinin tərsinə təşəkkür edərək yardım əlini geri qaytarmamışdır.
Sözsüz ki, Türkiyə dövlətinin çoxdan öncə belə bir böyük deprəmə qarşı hazırlığı olmalı idi. Türkiye fay xəttində yerləşən bir ölkə olaraq, ən azından tikinti alanında Japoniya kimi nəhəng təcrübəni teorik və praktik olaraq eyitim mərkəzlərində tətbiq etməli idi. Ancaq, Türkiyə bu qonuda çox geri qalıbdır. Burada Türkiyə dövlətinin gücü və gücsüz olması deyil, olmuş olaya qarşı baxışını göz önünə salmaq istəyirik. 10 minlərlə itirilmiş can, 100 minlərlə yaralı, milyonlarca yaşam sığınağı və 100 milyardlarla dolar xəsarət təkcə Türkiyə dövləti üçün deyil, bütün türk Dünyası və bəşəriyyət üçün ağır faciədir. Umarıq ki, belə bir ağır həzinənin sonucu Türkiyəmizin gələcəyi üçün zəngin təcrübəyə çevrilsin.
Burada yalnız iki qonşu Türk və Fars dövlətinin doğal fəlakətlərə qarşı öz vətəndaşları sayılan insanlara siyasi baxışını sizinlə paylaşmağa çalışdıq. Hakimlik oxuyanlarındır. Biz, heç zaman belə bir fəlakətin heç bir yerdə olmasını arzulamarıq. Ancaq, sadəcə və sadəcə bir anlığına bu fəlakətin Tehranda olmasını düşünün!!! Bu faşist irqci insan düşməni molla rejimi ucbatından belə şiddətli deprəmin ilk saatlarında 100 minlərlə ölü, milyonlarla yaralı və 10 milyonlarla avara tablosu önə çıxardı. Türkiyə və İran dövlətləri arasındakı fərq bu qədər!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
2023-02-09
İstinadlar
https://www.google.com/search?q=Xoy+depremi&oq=Xoy+depremi&aqs=chrome..69i57.9469j0j7&sourceid=chrome&ie=UTF-8#fpstate=ive&vld=cid:fd639088,vid:EUCf4YtPQ5c
https://www.google.com/search?q=Xoy+depremi&oq=Xoy+depremi&aqs=chrome..69i57.9469j0j7&sourceid=chrome&ie=UTF-8#fpstate=ive&vld=cid:3b6ea1b7,vid:92mynvP8oU8
https://www.amerikaninsesi.org/a/6948504.html
https://report.az/en/region/resident-of-khoy-iran-deceiving-victims-of-earthquake/
https://report.az/region-xeberleri/xoy-sakini-iran-dovleti-zelzeleden-ziyan-cekenleri-aldadir/j