Milli fəal müvəqqəti azad edilib
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan Əşkan Səadətmehr ağır girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Gunaz.tvQuote | Gunaz article
O, bundan öncə barəsində irəli sürülən ittiham barədə məlumat almaq üçün məhkəməyə müraciət etdikdən sonra həbs edilib.
Bir neçə saatlıq dindirmədən sonra o, 2 milyard 500 milyon tümən girov qarşılığında buraxılıb.
Bundan öncə 2022-ci il sentyabrın 24-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Əşkan Səadətmehrin evinə basqın edərək onu və həyat yoldaşını döymüş, onlara məxsus əşyaları müsadirə etmişdilər.
Qeyd edək ki, Əşkan Səadətmehr bundan öncə də milli fəaliyyətinə görə basqılarla üzləşib və həbs olunub.
O, 2021-ci ilin 24 iyul tarixində, Güney Azərbaycan şəhərlərində Xuzistan ərəblərinə dəstək aksiyası zamanı başqa urmulu fəal Əkbər Quluzadə ilə birlikdə saxlanılıb.
Sonuncu həbs zamanı milli fəal təhlükəsizlik məmurları tərəfindən şiddətli şəkildə döyüldüyü üçün ağır bədən xəsarətləri alıb.