Qaşqaylı gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib
Bir neçə gün əvvəl SEPAH məmurları tərəfindən öldürülən qaşqaylı gənc İsa Roşəndil Doğanlının dəfn mərasimi Tehran hökumətinə qarşı etiraz aksiyasına çevrilib.
Qaşqaylı gəncin dəfn mərasiminə toplaşan insanlar başda Xamenei olmaqla hökumət əleyhinə şüarlar səsləndiriblər.
“Qaşqaylılar ölər, alçalmağı qəbul etməz” şüarları verən qaşqaylılar molla rejiminin qaşqay türklərinə qarşı təzyiqləri qarşısında təslim olmayacaqlarını bildiriblər.
Qeyd edək ki, İsa Roşəndil Doğanlı martın 18-də yurd yerlərinin sökülməsinə etiraz etdiyi üçün SEPAH məmurları tərəfindən güllələnib.
İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdir.