GÜNEY AZƏRBAYCAN MİLLİ QURTULUŞ HƏRƏKATININ BİLDİRİŞİ
AZƏRBAYCANDAN FARSÇI MOLLA REJİMİNİN TERROR AKTLARINA QARŞI DİPLOMATİK CAVAB!
(Quzey) Azərbaycan Cümhuriyyəti, özünə və hər bir Azərbayna soydaşına yaraşan diplomatik həmləyə əl vuraraq terror dövlətinə növbəti zərbə endirdi. Farsçı molla rejiminin dövlətimiz və millətimizə qarşı ardı-ardına yürütdüyü terror aktlarına cavab olaraq Bakıdan olduqca dünya çapında bəyənilən diplomatik ataq gəldi. Həmin ataq nəticəsində 4 farsçı rejim diplomatının istənilməz şəxslər olması irəli sürüldü. Farsçı molla rejiminin bu dörd diplomat körnəyinə bürünmüş casuslarına Azərbaycandan ixrac əmri gəldi.
Dövlətimizin erməni və şeytanpərəst farsçı rejim qarşısında dim-dik dayanmasını bir daha sübut olundu. Tehran səfirliyimizin ardından Millət Vəkilimiz – Fazil Müstəfa bəyə, olunan terror aktları ilə yanı-sıra dövlətimizə qarşı irəli sürülən sonu gəlməz pisliklərin dərin bir qarşı durmaya çevrilməsi siqnalları Tehran tərəfindən verilməkdədir. Tehranın mürtəce və geri qafalı faşizminin əngəl ömrünün sona çatması ilə, çirkin anti bəşəri üzü də çılpaqcasına aşkarlanır. Dünyanın ən nifrət yaradan rejimi kimi tanınan molla faşizminin iş və dış durumu olduqca dərin bataqlıqdadır. Nəzərə gəlir ki, Tehran rejimi ömrünü uzaltmaq üçün savaş peşinədədir. Lakin, rejim bunu başa düşmür ki, Azərbaycana qarşı hər hansı ordu basqısı ilk öncə bölgəyə və sonra dünyaya savaş açmaq kimi alqılanacaqdır. Bu isə, ilk başda Türkiyənin nəhəng ordu və diplomatiya gücünü və ardıca NATO varlığının Azərbaycanın haqlı müdafiəsinin yanında olmasına yol açacaqdır. Sözsüz ki, İran adlanan rejim üçün 40 milyonluq Türk və Güney Azərbaycan varlığı kəskin bir faktor olaraq gecə kabusudur. Tehran faşizmi bunu başa düşməlidir ki, Güney Azərbaycan (Quzey) Azərbaycan Cümhuriyyətinin doğal qarantorudur. Çünki, Təbrizdə səsləndirildiyi kimi “Biz Azərbaycanın tərəfində deyilik, Biz Azərbaycanın özüyük!” sözü hər bir Güneylinin Quzeyə və hər bir Quzeylinin Güneyə bağlı olduğunun isbatıdır. Bunu dinc zamanda başa düşməyən milli düşmən savaş meydanında canilə təcrübə etmək zorunda qalacaqdır.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
2023-04-06