Azərbaycanın milli fəalı Cəfər İsmayılzadə 2 il şərti azadlıqdan məhrum edilib
Güney Azərbaycanın idman xadimi və milli fəalı Cəfər İsmayılzadə Təbriz Baş İnqilab Prokurorluğu tərəfindən 2 il şərti həbs cəzasına məhkum edilib.
Cəfər İsmayılzadə və oğlu Atilla (Milad) Güney Azərbaycan türklərinin hüquqları uğrunda apardıqları sivil fəaliyyətə görə əvvəllər də dəfələrlə İran “təhlükəsizlik qüvvələri” tərəfindən həbs ediliblər.
Cəfər İsmayılzadə kikboksinq üzrə federasiyanın hakimi və rəsmi məşqçisi, oğlu Atilla (Milad) Esmailzadə isə bu idman növü üzrə ölkə çempionu və beynəlxalq mükafatçıdır.