BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN
SAVAŞINDA ”URMU” FAKTORU!
3-CÜ BÖLÜM
(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli
Araşdırmalar Bölümü)
İranın terrorist rejimi, Kürd terror şəbəkələrini dövlət etməyə çalışaraq,
hüdudlarını böyük kürdüstan olaraq təbliğ edir. Bu isə, Güney Azərbaycanla
yanı-sıra Türkiyənin də içini terror caynağına çevirmək çabasıdır. Farsçı molla
rejimi, bir yandan Kürd, başqa yandan isə Erməni kartını əldə tutmaqla Türkiyə
və Azərbaycana sürəkli basqı etməyə çalışır.
Rejimin əlindəki URMU proyekti ölüm-qalım hökmü daşır. Zəngəzur Dəhlizini də
bu stragiyanın içində görmək gərəkir. Qarabağ zəfərilə Fars faşizminin şeytan
sifəti üzə çıxınca ortada gizli kart oyunu qalmamışdır. URMU, Xankəndi,
Zəngəzur, Kürd və Erməni de-fakto olaraq üç ölkənin arasındakı qapanmamış
gənəl hesabın hissələridir!
TÜRKİYƏ-AZƏRBAYCAN URMU GƏRÇƏYİNƏ BİGANƏ QALMAMALIDIR!
Göründüyü kimi farsçı fundamentalist rejimin ən böyük amacı və qayəsi
Azərbaycanın yox olmasıdır. 90 il içində Məmləkəte Məhrüsey-e
Azərbaycanın(1828-ci ildə Türkmənçay anlaşması ilə parçalanmış
Azərbaycanın güneyinin son Qacar durumu) 8 ustana/əyalətə bölünməsi bəs
deyilmiş kimi daha da bölünmələri ardı kəsilmək bilməyir. Rejimin planında
böyük Azərbaycanın adının xəritələrdən silinməsi vardır. Səhənd və Məkriyan
ustanlarının layihəsinin məclisə verməsi də həmin amacın növbəti mərhələsidir.
Böyük xuliqanlıq içində olan şah-şeyx ovbaşların tərsinə, Türk dünyası– milləti
və dövlətlərilə, gündən-günə öz zəngin milli-siyasi, kültürəl varlığı ilə kürəsəl
gücün parçası olmaqdadır. Artıq, Batı Azərbaycan bir Türk varlığı olaraq, Türk
Dövlətləri Təşkilatı masasında müzakirə obyektinə çevrilir. Tehran faşizmi bunu
yaxşı bilir ki, qara ömrünün sonları yaxınlaşır. Atalar demişkən:”suda boğulan
çöpə sarılar”! Çağdaşlıq, demokratiya, dünyəvi, modern yaşam, özgür insan
dönəmində faşizmə – hələ molla faşizminə- heç yer yoxdur! Ancaq, doğal olaraq
düşmənin çabalarını diqqətdən yayındırmaq çox böyük xətadır. Rejimin batı
Azərbaycanda ortaya qoyduğu çirkin oyunların fəsadlarının qarşısı indidən
alınmalıdır. Yoxsa, rejimin məhvilə qoyduğu çirkabın çözümü çox ağır
həzinələrə nədən olacaqdır. Farsçı-şuubi rejimin bölgədəki ssenarisinin
başlıqları nələrdir?
a) Şuubi-farsçı rejim, son illərdə Batı Azərbaycanın Kürdləşməsini açıq-aydın
dövlət strategiyasına çevirib.
b) Tehranın əlilə Barzani əşirətinin Urmuya çəkilməsinin hızı artıb. Bu siyasətin
arxasında PKK uzantısı PJAK roluda vardır.
c) İİR-nın DİN nazirinin Batı Azərbaycan, Ərbil, Süleymaniyə, Duhok Kürd
valilərilə Urmuda rəsmi görüşünün amacında Tehran Stratejisinin təqdimatı
dayanır.
d) Bu görüşün Tehranda deyil, məhz Urmuda olması, ayrıca Ərbil valisinin
döşündəki böyük Kürdüstan xəritəsinin göstərgəsi bir başa İran Nazirinin
əmrilə olmşdur.
e) Bu toplantıda, Azərbaycan Cümhuriyyətinin Qarabağ Savaşından öncəsi və
sonrası durumu valilərin diqqətinə çatdırılmışdır. Azərbaycan Türk Milləti və
Dövlətinin bundan sonra nələrə qadir olacağı Tehran rəsmisi tərəfindən
tədirginliklə bəyan edilmişdir. Güclü Quzey Azərbaycanın Güney
Azərbaycana verəcəyi gələcək ümidinin boyudları ələ alınmışdır.
f) Ayrıca Türkiyə-Azərbaycan dövlətlərinin iç-içə ortaq strategiyasının qarşısını
olmaq üçün dörd Kürd valinin Tehran planları ilə hərəkət etməsi nazir
tərəfindən diktə edildi. Özəlliklə Türkiyənin bölgəsəl liderliyini əngəlləmək
yolunda Kürd valinin bölgədəki terrorist qruplarla işgüzar koordinatlığının
artması istənildi.
g) Türkiyə və Azərbaycan ilişkiləri ilə yanı-sıra Türk Dövlətləri Təşkilatının
obyektiv və subyektiv irəliləyişi nazirin 6 Kürd valiyə axtardığı ən önəmli
nöqtələrdən biri idi. Nazirə görə, Kürdlərin İranla iqtisadi, siyasi, ictimai,
hərbi, əmniyyəti və bütün alanlarda işbirliyi gərəkdir.
Sözsüz ki, Tehranın ən dərin qayğısı gündən-günə dünyadan təcrid
olmasıdır. Halhazırda Tehranla siyasi, ekonomi və sosial ilişkidə olan
ölkələrin sayı barmaq sayındadır. Bu ölkələr isə, Tehran rejimi kimi despotik,
diktator dövlətlərlə yanı-sıra terror şəbəkələridir. Bu qapsamda, Azərbaycan
Avrasiya və Ortadoğu (Yaxın şərq) ölkələrlə üst düzeyli iqtisadi, siyasi,
kültürəl, sosial, spor və dostluq ilişkilər qurduğu halda, İran ancaq, Suriya,
İraq, Livan, Əfğanistan, Filistin kimi qarmaşıq coğrafiyalarda bayındırdığı
terror şəbəkələr ilə ittifaq şansı əldə edir. Bu üzdən, Kürd terror dəstələrini
əl üstündə tutmaq üçün Azərbaycanın tarixi torpaqlarını onlara mal
edəcəyinə söz verir. Başqa yandan isə, Kürd terrorizmini cənnət vədəsilə
özünün peşmergesi halə gətirir. Rejim belə düşünür ki, iki başlı bu siyasətilə
həm Azərbaycan Milli Hərəkatını dirənişdən salır. Həm isə, Kürd potensialını
yanında saxlamaqla Kürd və Türk millətlərini bir-birinə vurdurur. Bu isə, İran
işğalı altında olan millətlər cəbhəsini içdən dağıtmaq üçün ən uyğun yol
sayılır.
h) Kürd valilərin Türk beşiyi Urmuda toplantı keçirməsi, üstəlik Kirmanşah,
Kürdüstan əyalətləri ola-ola Tehranın tərcihinin Azərbaycan torpaqları
olması başlı-başına Farsçı rejimin Türklərə olan dərin nifrətinin göstərgəsidir.
Antitürk rejimin Kürd kartı ilə məşğul olduğunu diqqətə alaraq, 6 kürd valinin
yan-yana düzülərək boy göstərməsi Güney Azərbaycan Milli Hərəkatının,
Türkiyə və quzey Azərbaycan dövlətlərinin gözündən qaçması tarixi xətadır!
Baxmayaraq ki, Tehranla ittifaq Kürdlər üçün tarix boyu fəlakət olmuş, əşirət
ağaları 10-lar kərə Kürd xalqını Tehrana satmış, bundan sonra da
satacaqdır!
i) Toplantıda İran nazirinin rəsmi rizası ilə böyük Kürdüstan xəritəsi Ərbil valisi
–Omed Xoşnav- döşündə sərgilənmişdir. //Qıssa bir izah gərəkir ki, Omed
Xoşnav Küdüstan Demokrat Partiyasının (KDP) üst düzeyli
şəxslərindədir. O, Kürdüstan milli geyimini və rozetini istifadə etmədiyi
üçün dəfələrlə ağır ələşdirilib. Bu vali hər zaman rəsmi kastiyomla
diplomatik görüşlərdə olan nadir Kürd liderlərindəndir. Ancaq, bu
dəfəki Urmu görüşündə kastiyom deyil, kürd geyimilə İran nazirinin
qəbulunda olur. Üstəliklə Kürdüstan bayrağıyla deyil, qondarma böyük
Kürdüstan xəritəsilə! Sözsüz ki, Tehranın hökmü olmadan buda olamaz
idi.//
3.cü bölümün sonu. Davamı var!
(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli
Araşdırmalar Bölümü)