”8 MART MÜBARİZƏ GÜNÜDÜR!”
“Pınar Şakir”
Bu yazı Pınar Şakir xanımın yazısıdır.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı yazarın iznilə bu yazını öz loqosu altında yaymaqdadır. Yazara verdiyi izndən ötürü təşəkkür edilir. Yazının orginalı eynilə bildirişin ardında dərc olunubdur.
(Qırmızı izalhlar Qurtuluşdandır.)
(Ərkəkliyə xitab)
8 mart dediğimiz çiçək töhfə verəcəyiniz, qulağımıza gözəl sözlər deyəcəyiniz sevgililər günü və ya dünya qadınlarına həsr ulunmuş bayram deyil, savaş günüdür, mübarizə günüdür!
Əslində biz qadınlar üçün hər gün 8 martdır.
Hanı o, günaha girməyiniz deyə hicab maskası altında ar deyə gizlədiyiniz və yox etməyə çalışdığınız?! Qadınlığımızın günüdür 8 mart!
(dini əlində silah edənlərə xitab)
Hanı o dinsiz dinizdə yarım adlandırdığınız, ədaltin, özgürlüyün dadını dadırmadığınız, tarix boyu yoxmuş kimi davrandığınız qadınların, varlıq bayrağını boğazında bağıra-bağıra salladığı gundur.
8 mart eşid işlərdə çalışıb eşid qazanc əldə edəbilməyənlərin, eyn davranışlar sərgiləyib millətin və ədalətin gözündə eyn yarğılanmayanların günüdür.
”subaylıq sultanlıqdır deyən” kişilərlə, evdə qalıb qart qız adlanan qadınların ədalt savaşıdır 8 mart!
Bizim üçün 8 martlar yalnız işçı qadınlar günü deyil, rəhmdə nötfə bağladığı gündən cinsiyəti surğulanan uşaqdan tutmuş, ölüm elanında və hətta baş daşında şəkilinin olması yasaq olan qadınların günüdür.
(Bəylik cəhalətində boğulanlara xitan)
Bizim üçün bütün gününü mətbəxdə keçirmək zorunda qalan, bərdə kimi işləyən, ata, qardaş, ər, oğul şidətinə məruz qalan, başdakı kişisizlərin ədalətsizcə yazdığı qanun çərçivəsində yarğılanan, abırı qəfəsində sıxışıb yox olan, hər bir qadının hər günü qadınların mübarizə günüdür 8 mart.
Bu gün və hər gün bütün dünyada sırf qadın ulduğu üçün sömürülən, toplumun hər bölümündə çalışa bilməyən, törə cinaytlərinə, şiddətə, təcavuza, cinsəl və hər cürə toplumsal cinsiyyət və ayrımçı yaxlaşımlara qurban gedən bütün qadınların günüdür.
Qadınlar üçün 8 mart və hər bir insancıl haqlar qonusunda olan bir münasibət, təkcə qadınlar, uşaqlar, qocalar, gənclər vb. üçün olan bir münasibət yox, uşağının ana dili yasaqlanmış ananın günüdür. Vətəni istemar olunmuş bir millətin günüdür. Millət sayılmayan 35 milyonluq Azərbaycanlının günüdür.
(Biz qadınlar) düşünürük Vətənimiz bu işğaldan qurtulursa təkcə qadınlar yox, bəlkə bütün millətimiz öz insani və demokratik haqlarını əldə edə biləcəkdir.
İnanırıq o günlər çox yaxındır, özümüzə yaşamaq, öz olmaq, özgələrdən qurtulmaq və ”Demokratik Azərbaycan Cümhuriyyəti” bayrağı altında yaşamaq çox yaxındır.
Ulu öndərimiz Əbülfəz Elçibəy demişkən: “Mən buna inanıram Güney Azərbaycan bu istimardan qurtulub və ardıca böyük və bütöv Azərbaycan yaranacaq. Bu bir röya deyil, milyonlar insanın ürəyində yaşayan istəkdir. Azərbaycan (Türk) Millətinin istək ilə də gərçəkəlşəcək.”