(Güney) Azərbaycan Milli Hərəkatı Üzrə Ortaq Yol Xəritəsi
DÖVLƏT PROQRAMINDAN ALINMIŞ TASLAQDIR.
Editör: Eldar Qaradağlı
Güney Azərbaycanın Ortaq yol Xəritəsi onun siyasi, iqtisadi, mədəni və sosial aspektlərini əhatə edən uzunmüddətli bir strategiya ilə müəyyən olunmalıdır. Bu yol xəritəsi aşağıdakı əsas istiqamətlərdə tərtib edilə bilər:
1. Ortaq Siyasi Yol Xəritəsi:
– Güney Azərbaycanın Milli Kimliyinin və Ulusal Haqlarının Tanınması: Güney Azərbaycan Türklərinin ana dilinin eyitimi, siyasi, iqtisadi, mədəni və coğrafi varlığının rəsmiləşməsi.
– Milli Siyasi Təşkilatlanma Özgürlüyü: Güney Azərbaycanda milli təşkilatların yaranması ölkənin rəsmi yasalarında qeydə alnmalıdır.
– Uluslararası İlişkilərdə Özgürlük: Güney Azərbaycanda fəaliyyət göstərən təşkilatların uluslararası ilişkileri mərkəzi dövlət əngəlindən azad olmalıdır.
– Müstəqillik, Federalizm və Özərklik: Güney Azərbaycanın gələcək dövlət quruluşunun necəliyini stratejik gəlişmələr bəlli edəcəkdir.“Azadlıq-Ədalət-Milli Hökumət”şüarı altında toplaşan milli siyasi təşkilatların Müstəqillik, Federalizm və Özərklik üzərində şəkillənən dünya görüşləri sayğı çərçüvəsində qəbul edilməlidir.
2. Ortaq İqtisadi Yol Xəritəsi:
– Güneyin yeraltı-yerüstü varlığının bölgədən çıxmaması gərəkir: Güney Azərbaycanın ekonomi qalxınmasının ən təməl yatırımı yurdun dörd yanında var olan mədənlər mövcuddur. Bu sınırsız sərvətin milli ekonomiyə qatqısı iç və dış yatırımlarin cəlb edilməsi ilə mümkündür.
– Türkiyə və Azərbaycan cümhuriyyətlərilə stratejik ekonomi əməkdaşlığı: Güneyin bərəkətli torpaqların barlanması, ticarət və enerji sahəsinin inkişafi üçün Türkiyə və Azərbaycan Cümhuriyyətlərilə uzün sürəli stratejik əməkdaşlıq olmalıdır.
– Tehrandan bağımsız ekonomik model: Tehranın Azərbaycana qarşı iqtisadi basqısına son vermək gərəkir. Bu isə, yerli burjua gücünün artırılması, orta sənaye, modern kənd ürətkənliyin və azad ticarətin genişlənməsilə olasıdır.
3. Ortaq Milli Kimlik Yol Xəritəsi:
3.1. Dil və Eyitim;
– Türk dilində eyitim haqlarının qazanması üçün bütün milli qurum və şəxsiyyətlərlə birgə mübarizə.
– Ana dilli uşaq evlərinin, oxulların və bilimyurdlarının açılması üçün dilçi, federalçı, istiqlalçı qurumlar və birey milli davadaşların birgə əməkdaşlığı olmalıdır.
-Türk dilinin qorunması, çiçəklənməsi və yayğınlaşması üçün gizli, onlayn və açıq eyitim imkanları genişlənməlidir.
3.2. Mədəniyyətin və milli kimliyin gücləndirilməsi
– Azərbaycan Türklərinin tarixini, kültürünü, milli kimliyini tanıtmaq yönündə kütləsəl proyektlər ortaya qoyulmalıdır.
– Türk dilli media çalışmalarının sürəkli böyüməsi sağlanmalıdır.
– Kültürəl etkinliklərin (sinema, teatır, opera, idman vb.) genişlənməsilə bağlı gündəm yaradılmalıdır.
– Yaxın Diaspora (İran içində yaşayan Qaşqay, Xələc, Xorasan türkləri kimi dildaşlar.) və uzaq diasporanın (İran dışında yaşayan soydaşlar.) örgütlənməsi və güclənməsi.
4. Sosial və İnsan Haqları Yol Xəritəsi:
– İnsan Haqlarının Savunması: Milli siyasi tutuqluların özgürlüyü uğrunda ilgili orqanlara müraciət edilməlidir.
– Güney Azərbaycan Davasında Qadın və Gənclərin etkisinin artırılması: AMH-nın yönətilməsində, sosial inkişafında qadın və gənclik gücünün etkinləşməsi sağlanmalıdır.
– Demokratik Təməllərin Güclənməsi: Toplum içində özverinin və qarşılıqlı sayğının demokratik təməllər üzərində yayılması Güneyin gələcək dövlət yapısında böyük rol oynayacaqdır. Gün etibarilə AMH içində bu gəlişimi yayğənlaşdırmaq gərəkir.
5. Ortaq Diplomatik Yol Xəritəsi:
– Azərbaycan Respublikası ilə sürəkli koordinasiya dərinləşməsinin sağlanması.
– Türkiyə Cümhuriyyətilə geniş alanlı irtibatda olmaq.
– Türk Dövlətləri içində Güneyin tanıtımı üçün diaspora gücünü artırmaq.