By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: ALDADAN VƏ ALDANAN KƏSİMƏ BİRGƏ MESAJ!
Paylaşın
Bildiriş
Son Xəbərlər
İran İslam Respublikasının həbsində olan Güney Azərbaycan siyasi-mülki fəalları və məhbuslarının həyatı təhlükə altındadır
Bildirilər
Sayıan Mehmet Seman Ağa Kərkük Şəhərinin Valisi Seçildi
Siyasət
İTB TV-NİN İŞƏ BAŞLAMASI UĞURLU OLSUN
Gənəl Gündəm
Araz News Radiosunun Uydu Yayımına Başlaması Qutlu Olsun!
Gənəl Gündəm
Qardaş Türkiyənin Milli Futbol Takımı Dünya Kubokunda!
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Gənəl Gündəm > ALDADAN VƏ ALDANAN KƏSİMƏ BİRGƏ MESAJ!
Gənəl Gündəm

ALDADAN VƏ ALDANAN KƏSİMƏ BİRGƏ MESAJ!

GAQP
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatından

ALDADAN VƏ ALDANAN KƏSİMƏ BİRGƏ MESAJ!

Bir neçə gün sonra (04/05/2024) ALMANIYANIN BERLİN ŞƏHƏRİNDƏ bir kəsim İRAN azərbaycanlısı “Qalıcı Demokrası” adı altında vətənləri İranın gələcəyi üçün həyati konfrans keçirəcəklər. İranı canları bahasına qorumağa and içmiş “Aldadan” kəsimin harada, hansı yerdə, kimlərin parası və sifarişi altında vətənləri İran üçün yürüş, konfrans, gizli-aşkar görüş keçirməsi “Azərbaycan Türk Millətinin” umurunda deyil. Artıq, İSTİQLAL yanğısı ilə gecəsini gündüzə qatan türkçü gəncliyimizə görə aldadıcı irançılıq oyunların ən ufacıq belə, dəyəri yoxdur. Los Ancelesdə Reza xanlarının, Avrupada isə çeşidli canlarının alqışını qazanan bu kəsim üçün “Azərbaycan Türk Milləti” və “Azərbaycan Milli Hərəkatı”ndan sadəcə qarqış və lənət mesajı göndərilə bilər! Bu isə, hərkəs üçün yetərli dərs sayılmalıdır.

Somut (konkret) olaraq, bu qıssa yazıda ALDADAN və ALDANAN kəsimə işarə edilir. Bu, Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının görüşüdür. Bu görüşə yanlı və qarşı çıxanlar olacaqdır.

GAMQH-nın baxış açısı 50 milyonluq Azərbaycan türklüyünün milləti və dövləti ilə bağlıdır. QURTULUŞÇU baxış zamandan, məkandan, güdümdən, hesab-kitabdan asılı olmayaraq özgür, baxımsız, açıq, aydın və cəsurdu. Elə bu üzdən də, bütün qardaş qurum-quruluşları belə olmağa çağırir.

İlk öncə bir neçə ALDADAN kəsimə göz atalım:

– İranın farsçı molla rejimindən sonrakı İran dövlətinin yaşamasında ortaqlıq edən və ondan pay diləyən kəsim.

– “Azərbaycan Milli Hərəkatı”nı rədd edərək, alternativ qondarma “İran Türkləri Hərəkatı” yola salmağa çalışan, 40% Fars və 40% Türk olaraq iki etnikli “iran federal dövlətinin” peşində olanlar.

– “Azərbaycan Milli Hərəkatı” içinə sızmış irançı sol təşkilatlara (Tudə, Fədai) bağlı olan kəsim. Bu kəsim şuubi sızma cərəyanı qədər sinsi v ə təhlükəlidir.

– Bir gün İran adı altında “İran Milli Konqresi”, bir başqa gün “İran Milli Keçid Şurası” yaşmağı altında, başqa bir gün isə “Təsmim Keçid Şurası”çatısında oturan və hətta azərbaycanlı olduğunu danan seminarin ağ saqqalları sayılan paniranistlər.

– Türkiye və Azərbaycan respublikalarına qarşı gecə-gündüz ihanət, iftira yağdırmaqda düşmən paniranizmi geridə buraxanlar.

– Aldadan kəsimi özləri qədər yaxından tanıyan, lakin onların irançılığına uzaqdan yaşıl işıq tutan opportunist Azərbaycanlı partiya və qurumlar.

– Belə toplantılar adı ilə sponsorluq proyektləri ortaya qoyan siyasi dəllallar. Bu kəsimin aldadıcı rolu araşdırmalı və 50 milyonluq Azərbaycan toplumuna (millət və dövlət) ifşa edilməlidir.

– Güney Azərbaycnın qudsal qurtuluş yolu siyasi alış-verişçilərin alanı olmamalıdır. Azərbaycan Milli Hərəkatına bağlı olan qurtuluşçu-istiqlalçı və bütövçü qurum-quruluşlar buna izin verməməlidir.

 İndi isə ALDANAN kəsimdən örnəklər:

– Berlin toplantısına ümid gözü ilə baxan, təmiz niyyətlə oradan bir olumlu sonuc gözləyənlər.

– Ürəyi saf, lakin siyasi fiqorları yaxından tanımayan və onları dəyərləndirmə gücündən uzaq olanlar.

– Toplantının Azərbaycan adı altında keçirməsinin təməlində İran kimliyinin olmasını təşxis verməyənlər.

– Toplantını federalçılar yığınağı sanaraq, təpədən-dırnağa iraniləşmiş daşqafa Şirin İbadilərdən, Həsən Şəriətmədarilərdən, Sədr-ül-Əşrafilərdən Azərbaycana FEDERAL şansı ummaq qədər sadəlövh soydaşlar!

– Uzun illərdən bəri ideolojik bağlantısı olan sakin və qeyri fəal kəsim ilə yanaşı ailə bağlarını siyasi baxışlardan üstün tutanlar.

– Azərbaycan Milli Hərəkatının özəlliyini dərk etməkdən aciz qalan, illərini farsçılıq çəmbərində çürütmüş eski siyasi kəsim.

– Türk varlığını iranilikdə duyan, Güney Azərbaycanın istiqlal düşüncəsindən qorxuya düşən elinə olmuş vətəndaşlar.

– Özünü Fars kimliyinin bir parçası görən solçu Azəri kəsim. Həmin baxış açısı üzündən assimilə olmuş, vətənsizliyə alışanlar.

– VƏ siyasi dəllalların basqısı altında bu anti-Azərbaycan toplantısının keçirilməsinə malı yardım edən İMZA SAHİBİLƏRİ!

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı başkanı

Eldar Qaradağlı

2024/05/01

 

You Might Also Like

İTB TV-NİN İŞƏ BAŞLAMASI UĞURLU OLSUN

Araz News Radiosunun Uydu Yayımına Başlaması Qutlu Olsun!

Qardaş Türkiyənin Milli Futbol Takımı Dünya Kubokunda!

Müzakirə Masasi və Şərtləri – GAQP Baxışı

GAQP YAZ BAYRAMİ VƏ ORUCLUQ BAYRAMINI TƏBRİK BİLDİRİSİ

GAQP May 1, 2024
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Azərbaycan və balkan türkləri, 1 kökün, 2. Budağı.
Növbəti Məqalə Batı Azərbaycanda Kürd Məsələsi

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

İran İslam Respublikasının həbsində olan Güney Azərbaycan siyasi-mülki fəalları və məhbuslarının həyatı təhlükə altındadır
Bildirilər Aprel 19, 2026
Sayıan Mehmet Seman Ağa Kərkük Şəhərinin Valisi Seçildi
Siyasət Aprel 17, 2026
İTB TV-NİN İŞƏ BAŞLAMASI UĞURLU OLSUN
Gənəl Gündəm Aprel 7, 2026
Araz News Radiosunun Uydu Yayımına Başlaması Qutlu Olsun!
Gənəl Gündəm Aprel 7, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?