By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: ANTİ-TÜRK, ANTİ-AZƏRBAYCAN İRAN REJİMİNİN QARAQIŞLAQ CİNAYƏTİ
Paylaşın
Bildiriş
Son Xəbərlər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)
GAQP NİZAMNAMƏ
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > General > ANTİ-TÜRK, ANTİ-AZƏRBAYCAN İRAN REJİMİNİN QARAQIŞLAQ CİNAYƏTİ
General

ANTİ-TÜRK, ANTİ-AZƏRBAYCAN İRAN REJİMİNİN QARAQIŞLAQ CİNAYƏTİ

Son Yeniləmə: 2024/01/13 at 1:33 Səhər
Milli Qurtuluş
Paylaşın
6 Min Oxu
PAYLAŞIN

ANTİ-TÜRK, ANTİ-AZƏRBAYCAN İRAN REJİMİNİN QARAQIŞLAQ CİNAYƏTİ İLƏ BAĞLI

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Bildirişi

 

(((QARAQIŞLAQ QISACA)))

Salmasın kəngərli mahalında yerləşən Qaraqışlaq kəndi, Urmu gölünün tam batı səmtində olan tarixə malik əski yaşayış yeri, Azərbaycanın sarsılmaz öğlu Ləkistanlı Məsud Divanın, igid qızı Nimtac Salmaslının və Simitqo-Cilovluq terrorçulara qarşı Vətən namusunu qanları ilə savunan 3500 milli şəhidimizin yurdudur.

Zəkalı və Cəsur Millətimiz!

Görünür ki, Fars faşizminin Urmu gölünün qurudulması ilə həyata keçirilməsi gərəkən kütləvi sürgün planı aşama-aşama gündəmə gəlməkdədir. Qaraqışlaq, bəşər düşməni Xamneyi şuubiyəçiliyinin göz dikdiyi ilk yerlərdən biridir. Güney Azərbaycana yönəlik farsçı-şuubi rejimin ”ya soyqırım ol, ya bölgəni tərk et!” faşisti siyasəti illərdən öncə stratejik plana çevrilsə də artıq öncəliyə çevrilmişdir.  

Faşist rejimin Qaraqışlaq kəndində yaratdığı faciənin nədənləri hərkəsə, özəlliklə bölgə əhalisinə aydındır. Rejim, min bir pusqu qursa belə, millətimizi aldata bilməyəcəkdir. Artıq, millətimizin rejimin oyunlarına qarşı açıq gözlü olması bütün alanlarda görünməkdədir. Rejimin terror qolu olan Pasdarların əlilə bölgədə duz fabrikası qurması və sözdə insanlara iş fürsəti yaratması da bu qeyri insanı tuzaqlardan biridir. Türk düşməni rejim illərdir ki, bölgə insanlarının məsum yaşam haqqını heçə sayaraq, duz fırtınasının yaranması yollarını dənəyir. 15 milyonun sağlığına etinasız qalan rejim üçün damla qədər şərəf, vicdan, insana qayğı təsəvvür etmək mümkün deyildir. Rejimə görə, əsən küləklər ilə bölgənin başa-başını  təhdid edən ölüm duzları yetməz kimi, bir də millətin doğal sərvətini talayaraq fabrikada təmiz duza çevirib Fars bazarlarına göndərməsi planlaşdırılır. Sözsüz ki, xəstə bölgənin payı isə qarşılıqlı olaraq kirli axıntılar, qurumuş əkin-biçin zəmiləri, ölümcül xərçəng xəstəliyi, yoxsulluq, aclıq, milli-insani fəlakət olacaqdır. Rejimin istəyi isə, tam olaraq budur. Belə olan durumdadır ki, rejimin ”ya soyqırım ol, ya bölgəni tərk et!” faşist planı gərçəklik qazanacaqdır.

Dedik ki, Qaraqışlaq, rejim üçün eyn halda bir sınaq meydanıdır. Millətimizin bu faşist rejimə qarşı dirənişi və ya sakit qalması Tehran üçün çox önəmlidir. Millətimiz sakit qalarsa nələr baş verəcək?

  • Qaraqışlaqda başlanan quyu qazma planları daha genişlənəcək. Qazılan quyuların az bir zaman içində zəhərli fosforlu sulanma və havalanmasıyla bölgənin suyu və havası insanlar üçün zəhər qaynağı olacaqdır.
  • Duz, karbonat, Litium kimi ana maddələrin təməli üzərində yeni proyektlər başlayacaq. Hər fabrika və iş yerinin açlması ilə yeni-yeni su qaynaqlarına ehtiyac olacaq, bu isə yer altı suların daha çox əldə edilməsinə meydan açacaqdır. Hər açılan su quyusunun doğal sonucları üzündən bölgənin hava sıcaqlığı çoxalacaq. Buda yağacaq buludların dağılmasına nədən olacaqdır.
  • 450 hektarlıq Qaraqışlaq ərazisi genişlənəcək, Salmasdan Makıya, Xoydan Marağaya, Urmudan Təbrizə bütün Batı və Doğu Azərbaycanın böyük bölümündə 10 minlər kvadratmetr alanda duz qaynaqlı kiçik, böyük yaşam standardına bütünlüklə zidd olan zavodlar yaranacaqdır. Bu isə, iki başlı köç nədəni olacaqdır. Türklərin farsistana, kürdlərin isə Azərbaycana köçü! Kürd əşirət ağaları yüz illər boyunca dövlət gücündə olma həsrətində ötüşüb-yandıqlarına görə, Fars faşizminin duzağına düşməkdən məmnun görünürlər. Hətta neçə-neçə yazıq kürd nəsli ölsə belə!
  • Əgər millətimizin qeyrət damarı partlamasa milyonlar dinc vətəndaşımız ən ağır iç orqanları ağrısı ilə məsum-məsum öləcək və ya Fars faşizmi planı üzrə doğma yurddan sürgün düşərək sömürgən bölgələrində qurban olacaqdır.

Qaraqışlağın 7-dən 70-ə igid canları Azərbaycan Türk Millətinin Fars faşizmi qarşısında nə qədər cəsarətli olduğunu göstərdi. İgid millətimizin rejim qarşısında dim-dik dayanması bunu göstərmiş oldu ki Urmu gölünün qurudulması bizim üçün yeni diriliş, dirçəliş və dirəniş olacaqdır. Fars quldurların düşündüyü xulyalar Azərbaycanımızın heç bir bölgəsində gərçək olmayacaq! Tərsinə Türk millətinin dərinlərdən gələn varlığı bölgədə baş qaldıran bütün faşistlərin sonunu gətirəcəkdir.

Qaraqışlağın qeyrətli qadını, yaşlısı və top yekun əhalisi rejim qatıllərinin vəhşi yürüşünə, tutuqlamasına, özəlliklə qadınlara qarşı şərəfsizcə təcavüz hədə-qorxusuna baxmayaraq bir an öz yaşamlarını, yurdlarını savunmaqdan çəkinmədilər. Rejimin əliyalın millətimizə qarşı ordu kimi yürüş etməsi bir daha Azərbaycan Türk Millətinin Camaran diktatoru gözündə nə qədər qorxulu bir gərçək olduğunu isbat etmiş oldu.

Qaraqışlaq cəsarəti Azərbaycan Milli Hərəkatına (AMH) hansı dərsləri vermiş oldu?

  • Qaraqışlaq Salmasda bir kənd olaraq faşizmin qarşısında öz yaşam haqqını savunursa, demək bu içi boş rejimə qarşı gəlmək Azərbaycan Milli Hərəkatı üçün zor iş deyildir.
  • Əgər Qaraqışlaq kəndi Tehran faşizminin zorbalığı qarşısında anında birləşməyi bacardısa, demək AMH-nın şuubi-farsçı faciəsinin qarşısında tək yumuruq olması bir o qədər çətin deyil.  
  • Qaraqışlaq göstərdi ki, torpaq anadır, namusdur. əgər torpaq uğruna bir bölgə 3500 şəhid verirsə, bir yurd üçün milyonlar can canan olmalıdır.
  • Qaraqışlaq göstərdi ki, Güney Azərbaycan türkü varkən rejimin ölümcül və şeytani planları suya düşəcək, şuubi-farsçı rejim İran adlanan dövləti ilə birgə Azərbaycan Türk Millətinin və onun milli-siyasi gücü olan AMH əli ilə yer üzündən silinəcəkdir.
  • Qaraqışlaq göstərdi ki, tarix boyu türklər ən çətin sınaqlardan başı uca çıxaraq, öz alınyazılarına hakim ola bilib, bundan sonra da özgür, bağımsız dövlət çatısı altında öz dilinə, kültürünə, milli mirasına, suyuna, duzuna, misinə, qızılına, dağına-daşına və bütün yeraltı-yerüstü tükənməz varlıqlarına yiyələnəcəkdir.

Yaşasın Azərbaycan Türk Millətinin Cəsarət Simgəsi Qaraqışlaq!

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- Araşdırma Bölümü                                                                                                                              13/01/2024

You Might Also Like

Aprel 22, 2025

Güney Azərbaycan Gözü ilə 8 Mart

Güney Azerbaycan İçin Birlik Mesajları: “Günayım Mediya Zoom” Toplantısından

BAŞINIZ SAĞOLSUN DƏYƏRLİ İNSAFƏLİ HİDAYƏT BƏY

GAQP- Yönətim üyələri dəyərli Dilbər Həsənbəyli xanım və Elman Türkoğlu bəy, başınız sağolsun.

Milli Qurtuluş Yanvar 13, 2024
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə TEHRAN REJİMİNİN SÖYDAŞLARIMIZA QARŞI AMANSIZLIĞININ KÖKÜNDƏ NƏ DAYANIR?ELDAR QARADAĞLI
Növbəti Məqalə TBA TV,də Sepah İttilaatına aid olan çox gizli sənədlər açığa çıxdı.

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər May 3, 2025
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji Aprel 29, 2025
Aprel 22, 2025
General Aprel 22, 2025
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr Aprel 21, 2025

Son Əlavələr

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji

Son Videolar

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?