By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Avstraliya-Azərbaycan Assosiasiyasının Sidneydə Xocalı tədbiri Azərbaycan saytlarında əks etdirildi
Paylaşın
Bildiriş
Son Xəbərlər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)
GAQP NİZAMNAMƏ
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > Avstraliya-Azərbaycan Assosiasiyasının Sidneydə Xocalı tədbiri Azərbaycan saytlarında əks etdirildi

Avstraliya-Azərbaycan Assosiasiyasının Sidneydə Xocalı tədbiri Azərbaycan saytlarında əks etdirildi

Son Yeniləmə: 2022/03/01 at 2:34 Axşam
@admin
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

Avstraliya-Azərbaycan Assosiasiyasının Sidneydə Xocalı tədbiri Azərbaycan saytlarında əks etdirildi

Azərtac saytı yazır: Fevralın 26-da Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, Türkiyə və Pakistanın Sidney şəhərindəki baş konsulları, Ukraynanın fəxri konsulu, Sidneydə yaşayan həmyerlilərimiz, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Avstraliyanın Dövlət himnləri səsləndirilib.
Çıxış edən AAA-nın sədri Mikayıl Oyta bildirib ki, Azərbaycan xalqının nümayəndələri artıq 30 ildir erməni silahlıları tərəfindən Xocalı şəhərində törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edirlər. Faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayan diaspor sədri bunun yalnız Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət birləşərək bütün dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmalıdır.
Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlıları tərəfindən Xocalı şəhərində törədilən soyqırımı barədə məlumat verib. Bildirib ki, Xocalı soyqırımının 30-cu ildönümü dünyanın hər yerində həmvətənlərimiz tərəfindən qeyd edilir. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insan küçələrə axışaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün yürüş edib. Xocalı soyqırımının XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən diplomat 2020-ci ilin payızında baş verən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, bununla da şəhidlərin qanının yerdə qalmadığını vurğulayıb. Qeyd edib ki, bu tarixi Qələbə ata-baba torpaqlarından qovulmuş insanların doğma evlərinə qayıtmasına şərait yaradıb. Azərbaycan rəhbərliyinin həmin ərazilərdə apardığı böyük quruculuq və bərpa işləri onların tezliklə öz doğma evlərinə qayıdacaqlarını deməyə ciddi əsas yaradıb.
Pakistanın baş konsulu Mohamed Əşrəf, Ukraynanın Fəxri konsulu Duma Yaroslav, Güney Azərbaycan Demokratik Türk Birliyinin insan və qadın haqları departamentinin sədri Sara Azərsun, Avstraliya Türk Birliyinin sədri Memet Evin və digərləri tədbirdə çıxış edərək Xocalıda törədilən faciənin bütün ölkələrdə yaşayan insanlara çatdırılmasının zəruriliyini bildiriblər. Bu faciəni törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulayıblar. Qeyd ediblər ki, belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin əlbir olması vacibdir.
Tədbirdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilmiş film nümayiş etdirilib.

You Might Also Like

TRAXTOR ŞAMPİYON OLDU!

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”

Aprel 22, 2025

”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)

@admin Mart 1, 2022
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə Azrbaycanlı siyasi məhbusun Ruzbeh Pirinin qardaşı qardaşının sağlıq durumu ilə bağlı xəbərdarlıq etdi
Növbəti Məqalə Boris Conson: “Avropa Rusiyanın neft və qazından imtina etməlidir”
Leave a comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər May 3, 2025
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji Aprel 29, 2025
Aprel 22, 2025
General Aprel 22, 2025
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr Aprel 21, 2025

Son Əlavələr

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji

Son Videolar

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?