By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Paylaşın
Bildiriş
Son Xəbərlər
“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Gənəl Gündəm Siyasət
10 Noyabr – Atatürkü Anma Günü
Gənəl Gündəm
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Bildirilər

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
 
Zorakılıq üzərində qurulmuş İranın fars mərkəzli dövlətçiliyi getdikcə daha da şiddət tətbiq edərək müxaliflərini susdurmağa çalışır. Son illərdə İran rejiminə qarşı narazılıq ciddi şəkildə artmış və artmaqdadır. Xüsusilə də qeyri-fars millət və toplumların milli ayaqlanma və dayanışması İran İslam rejimi üçün ciddi təhdidə çevrilmişdir. Fars olmayan millətlərin bütün varlıqlarını talayan, bölgə və dünyada terror və sabitsizlik yaradan İran rejimi, öz basqısı altında yaşayan millətlərin su və işıq kimi gündəlik ehtiyaclarını təmin edə bilmədiyi üçün, ümumi etirazlarla qarşılaşacağından qorxaraq, cəmiyyətdə qorxu yaratmaq məqsədilə ağır cəzalar tətbiq edərək mümkün etirazların qarşısını almağa çalışır. 
BMT-nin hesabatına əsasən, İran rejimi son 9 ay ərzində 1000-dən artıq insanı qətlə yetirmişdir. Son həftələrdə isə bu rəqəm daha da artmış, hər gün orta hesabla 9 nəfər asılaraq edam edilmişdir. Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) edam cəzasına qəti şəkildə qarşıdır və hər növ edamı insanlıq əleyhinə bir cinayət kimi məhkum edir. Xüsusilə də İran İslam Cümhuriyyəti rejimini zülmü altında yaşamağa məhkum edilmiş qeyri-fars millətlərin əsassız ittihamlarla həyata keçirilən edamlarını şiddətlə qınayır.
GATƏŞ, İran İslam Cümhuriyyəti rejiminin əsassız “casusluq” ittihamları ilə Güney Azərbaycan milli fəallarını ağır şəkildə cəzalandıraraq susdurmaq cəhdlərini pisləyir və qəhrəman millətimizi bu saxta sənədlərə inanmayaraq övladlarını müdafiə etməyə çağırır. GATƏŞ, saxta ittihamlara etiraz olaraq aclıq aksiyası keçirən məhbus milli fəalları dəstəkləyir və İran fars rejimini bu məhbusların sağlamlığından məsul tutur, eyni zamanda xəbərdarlıq edir. GATƏŞ bütün demokratik ölkələri, beynəlxalq təşkilatları və insan haqları mərkəzlərini edamların dayandırılması və bütün siyasi məhbusların qeyd-şərtsiz azad buraxılması üçün İran terror rejiminə təzyiq göstərməyə çağırır. GATƏŞ bəyan edir ki, İran adlanan ölkədə barış və sabitlik yalnız bu coğrafiyada yaşayan millətlərin öz talelərini azad iradə ilə müəyyən etməsi nəticəsində mümkündür.
 
“Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası – GATƏŞ”
1.Azərbaycan Demokrat Firqəsi – ADF
2.Azərbaycan Mərkəz Partiyası – AMP
3.Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4.Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5.Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6.Güney Azərbaycan Demokrat Partiyası – GADP
7.Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8.Güney Azərbaycan Milli Dövlət Alyansı – MDA
9.Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
 
 

You Might Also Like

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI

18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü

12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı

(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı

Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi

GAQP Oktyabr 7, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Növbəti Məqalə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Gənəl Gündəm Siyasət Noyabr 14, 2026
10 Noyabr – Atatürkü Anma Günü
Gənəl Gündəm Noyabr 11, 2026
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər Oktyabr 31, 2026
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm Oktyabr 31, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?