By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Azərbaycan-Özbəkistan nümunəsində İslam həmrəyliyi
Paylaşın
Bildiriş
Son Xəbərlər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)
GAQP NİZAMNAMƏ
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > Azərbaycan-Özbəkistan nümunəsində İslam həmrəyliyi

Azərbaycan-Özbəkistan nümunəsində İslam həmrəyliyi

Son Yeniləmə: 2019/09/18 at 10:44 Səhər
@admin
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

Oktyabrın 15-dә Qırgızıstan pespublikasında prezident seçkilәri keçirildi. Seçkilәrdә 11 namizәd prezidentlik uğrunda mübarizә apardı, ikisi ən çox səs topladı ki, bunlardan biri ölkәnin Baş naziri vәzifәsini icra edәn Sooronbay Ceyenbekov, ikinci güclü namizәd isә Ömurbek Babanov idi. Qeyd edək ki, Respublika Partiyasının sədri Ö.Babanov da bir zaman ölkәnin baş naziri olub.

Qırğızıstan Mәrkәzi Seçki Komissiyasının verdiyi məlumata görə, ilkin nәticәlәrә әsasən Qırğızıstan Sosial  Demokrat Partiyasının prezidentliyә namizәdi Soronbay Ceyenbekov seçicilәrindən 54,75 faiz sәs toplayaraq seçkilәrin qalibi olub.

Qırğızıstan hökuməti seçkilərin son nәticәlәrinin bu həftə açıqlanacağını bildirib. Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayıldabekova  sәslәrin  avtomatik sistem üzərindən sayıldığını, bundan sonra әllә sayılma hissəsinə keçildiyini deyib. Ölkə xaricindəki seçki mәntәqәlәrindәn gәlәcәk nәticәlәri də hesabladıqdan sonra Mərkəzi Seçki Komissiyası 20 gün ərzində prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

Növbәti xәbәrimiz Özbәkistanla bağlıdır. Oktyabrın 18-də paytaxt Daşkənddə Özbəkistan və Azərbaycan Dini İşlər üzrə Dövlət Komitələri tərəfindən birgə təşkil edilən “Özbəkistan-Azərbaycan nümunəsində İslam həmrəyliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan, Rusiya, İngiltərə, Almaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyədən çoxlu sayda dini mütəxəssis və alimlər iştirak edib.

Konfrans müqəddəs Qurandan ayələrin oxunması ilə başlayıb.

Özbəkistanın Baş naziri Abdulla Aripov, Azərbaycan Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Özbəkistan Dini İşlər Komitəsinin sədri Ortikbek Yusupovun iştirak etdiyi  konfransın açılışında Özbəkistan prezidenti Şövkәt Mirziyoyev və Azərbaycan prezidenti İlham Əliyevin mәktubları oxunub.

Konfransda çıxış edən Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdıraraq bu çərçivədə dünyanın müxtəlif ölkələrində, o cümlədən, Azərbaycanda silsilə tədbirlərin təşkil olunduğunu bildirib. Konfransın iki ölkə arasında elmi, mədəni və humanitar əlaqələrin yüksək səviyyədə inkişaf edirilməsinə töhfə verəcəyinə ümid etdiyini dilə gətirən Qafqazın şeyxi hər iki millətin ortaq tarix və mentalitetə malik qardaş xalqlar olduğunu vurğulayıb. Özünün gənclik illərinin Buxara, Səmərqənd və Daşkənd şəhərlərində keçdiyini və bu torpaqlarda dini təhsil aldığını, şeyxülislam dərəcəsinə çatmasında  özbək xalqının, onun din alimlərinin töhfəsinin çox böyük olduğunu qeyd edən A.Paşazadə Özbəkistanı özünün mənəvi vətəni hesab etdiyini söyləyib.

Özbəkistan Müsəlmanları Dini İdarəsinin sədri Osmanxan Alimov da Özbәkistan vә  Azərbaycanın, hər iki xalq arasındakı dostluq əlaqələrinin tarixi köklәrә söykәndiyini, qarşılıqlı etimada əsaslanan münasibətlərin bundan sonra da davam edəcəyinə əminliyini  bildirib.

Türkiyə İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzinin baş direktoru Xalid Eren 2017 İslam Həmrəylik İli münasibәtilә ötən ay İstanbulda da konfrans keçirildiyini diqqətə çatdırıb.

Konfransda çıxış edәn Türkiyə Dəyanət İşləri üzrә İdarәnin rәhbәri Əli Erbaş İslam mədəniyyətində özünəməxsus yeri olan, tarix boyu bәşәriyyәtin üfüqünü işıqlandıran alimlərin yetişdiyi bu qiymətli torpaqlarda olmaqdan məmnuniyyət duyduğunu dilə gətirib.

Qeyd edək ki, Özbəkistan İslam dünyasının bir hissəsi kimi İslam sivilizasiyasının inkişafına öz töhfəsini verib. Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərləri İslam mədəniyyətinin mərkəzləri kimi məşhurdur. Özbəkistanın İmam Buxari, Maturidi, Termezi kimi məşhur şəxsiyyətləri var ki, bütün dünyada tanınır. Daşkənddə bu gün İslam İnstitutu və İslam Universiteti fəaliyyət göstərir.

TÜRKSOY beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.

Cənubi Koreya Respublikasının Yecheon şəhərində keçirilən III Dünya Ənənəvi Oxatma Festivalında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-la Dünya Ənənəvi Oxatma Təşkilatı arasında əməkdaşlıq protokolu imzalanıb.

Festivalda 20-dәn çox ölkədən gәlәn vә ənənəvi oxatma sahəsində fəaliyyət göstərən peşəkar idmançılar, Qırğızıstan, Monqolustan, İndoneziya, Butan, Fransa, Almaniya və digər ölkələrdən gələn oxatanlar qabiliyyətlərini nümayiş etdiriblər.

TÜRKSOY-la Dünya Ənənəvi Oxatma Təşkilatı arasında əməkdaşlıq protokolunun imzalanma mərasimində çıxış edən TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ənənəvi idman növü kimi qiymətləndirilən oxatmanın Avrasiyanın müxtəlif bölgələrində yaşayan türk xalqları üçün kökləri çox qədimə söykәnәn mədəni irs olduğunu vurğulayıb.

Türk xalqları arasında qeyd olunan Novruz, Xıdırәllәz, Sabantoy kimi milli bayramlarda güləş, atlı idman növləri , oxatma yarışları kimi oyunların yüz illərdir oynandığını vurğulayan F.Purtaş onu da qeyd edib ki, günümüzdə də TÜRKSOY üzvü olan ölkələrdə etno-spor və köçəri oyunlar adı ilə müxtəlif festival və müsabiqələr keçirilir.

You Might Also Like

TRAXTOR ŞAMPİYON OLDU!

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”

Aprel 22, 2025

”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)

@admin Sentyabr 18, 2019
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə Türklər və türk dünyası
Növbəti Məqalə Pandemiya İran Azərbaycanında musiqi sənətçilərinin vəziyyətini ağırlaşdırıb
Leave a comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər May 3, 2025
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji Aprel 29, 2025
Aprel 22, 2025
General Aprel 22, 2025
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr Aprel 21, 2025

Son Əlavələr

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji

Son Videolar

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?