By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Pandemiya İran Azərbaycanında musiqi sənətçilərinin vəziyyətini ağırlaşdırıb
Paylaşın
Bildiriş
Son Xəbərlər
TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət
TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət
28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!
Gənəl Gündəm
2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,
Gənəl Gündəm
DƏRĪN BAŞSAGLIĞI
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Pandemiya İran Azərbaycanında musiqi sənətçilərinin vəziyyətini ağırlaşdırıb

Pandemiya İran Azərbaycanında musiqi sənətçilərinin vəziyyətini ağırlaşdırıb

@admin
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

Ötən il İran Azərbaycanından sonra Azərbaycan Respublikasında da populyarlaşan “Səni deyirlər” mahnısının bəstəkarı aşıq Məhəmməd Əli Mahmudi musiqi sənətçilərinin dolanışıq vəziyyətinin çətinləşdiyini söyləyib.

İllər öncə bəstələdiyi Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiyə şəhəri və gölünü vəsf edən “Səni deyirlər” mahnısı 2018-ci il bir daha gənc sənətkar İbrahim Əlizadə tərəfindən ifa edildi və bir gənc qızın mahnının sədaları altında rəqs etməsinin ardından həmin mahnı İnstagram sosial şəbəkəsində kampaniya fenomeninə çevrildi.

Mahnısı ilə minlərlə insanın rəqs edərək şənlənməsinə səbəb olan sənətkar Aşıq Məhəmməd Əli Məhmudi, bu dəfə İLNA xəbər agentliyi ilə müsahibəsində dolanışıq vəziyyətinin heç yaxşı olmadığını bildirib. O, koronavirus pandemiyası dövründə özü kimi bir çox musiqi sənətçisinin dolanışıq vəziyyətinin pisləşdiyini də söyləyib.

Aşıq Mahmudi xalq musiqisi sənətkarlarının vəziyyəti barəsində deyib: “Bütün xalq musiqisinin sənətkarları bir çox problemləri vardır və bu, yeni məsələ deyil. Sənətkarlar da bu toplumun bir parçasıdır və onlarında hər bir vətəndaş kimi yaşamaq haqqı olmalıdır. Bəzən eşidirəm rəsmilər 60 yaşdan yuxarı sənətkarları təqaüdə göndərərək siğortalayıb maaş verdiklərin iddia edirlər bu qətiyyən yanlış məlumatdır və heç bir sənətkar üçün belə imkanlar yaradılmayıb. Bu ölkədə sənətkarlar məzlumdurlar.”

Aşıqların şənlik və toy mərasimlərində iştirak edib ifaları ilə gəlir əldə etdiklərini söyləyən aşıq koronavirus pandemiyası dövründə həyat və dolanışıq şəraitinin çox pisləşdiyini deyib.

”Bəlkə sizin üçün inanilmaz olsun amma həqiqətən 10 ildən sonra ötən qurban bayramında ət yeməyi yedim, 3 ildir dişim ağrıyır, amma maddi durumumdan dolayı həkimə gedə bilmirəm, həyat yoldaşım diabet xəstəsidir, ancaq sığortam olmadığı üçün müalicə etdirə bilmirəm” – deyə, o öz yaşayışı haqda yazıb.

Aşıq Mahmudi İran rəsmilərinin Azərbaycan musiqisi və aşıq sənətinə olan mövqeyini qınayaraq deyib ki, “indi bir çox gənclərdən soruşsan ki, aşıq kimdir bilməzlər, bunun səbəbi isə İran rəsmilərinin aşıq sənətinə olan mövqeyidir.”

O, İran rəsmiləri tərəfindən televiziyada aşıqların çıxışına izin verilməməsini tənqid edib. Aşıq deyib ki, “televiziyada aşıqların çıxışına izin verilsə də aşıq və onun sazını göstərməməyə çalışırlar, bu şəraitdə insanların aşıq sənətinə laqeyd qalmaları normaldır.”

İranın Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində yaşayan aşıq Məhəmməd Əli Mahmudi, 1977-ci ildə məşhur “Səni deyirlər” mahnısının sözlərini yazıb və musiqisini bəstələyıb. Daha sonra başqa müğənnilər tərəfindən ifa olunan mahnı sosial mediada bir çox insanın rəğbətini qazanıb.

You Might Also Like

TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ

TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ

28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!

2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,

DƏRĪN BAŞSAGLIĞI

@admin Sentyabr 29, 2019
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Azərbaycan-Özbəkistan nümunəsində İslam həmrəyliyi
Növbəti Məqalə Türk filosof Fərabinin 1150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər başlandı
Leave a comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət İyun 2, 2026
TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət İyun 2, 2026
28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!
Gənəl Gündəm May 27, 2026
2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,
Gənəl Gündəm May 27, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?