TƏBRİZİN 29 BƏHMƏN AYAQLANMASI TAM ANLAMI İLƏ BİR ANTİ-FARS, ANTİ-İRAN ÜSYANI İDİ!
»Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Bidirişi«
1356/11/29 (1978/02/18) Təbrizin faşist farsçı M. R. Şah rejiminin ölüm hökmünə imza atdığı gündür.
29 Bəhmən günü Azərbaycan türk Millətinin Təbriz ayaqlanması bir daha əyilməz bir yurdun iyidliyini göstərmiş oldu. 29 bəhməndən 40 gün qabaq Qum şəhərində din hövzələrinin birlikdə keçirdiyi yuruşun arxa planında Türk tələbələri meydanda yalnız qalınca şahçı rejimin polisi atəş əmri aldı. Belə ki, 12 radələrində Nəcəfdə olan Xumeyni çoxunluğu Fars dilli olan mürüdlərinin meydandan çəkilməsini əmr etdi. Şəriətmədariyə bağlı olan tələbərlər isə geri çəkilmə əmri almayınca mitinqə davam verdilər. Tehran belə gəlişmədən xəbər alınca polisə öldürmə əmri verdi. Meydanı tərk etməyən 10-larca Azərbaycanlı türk tələbə həlak oldu. Polis şiddətlə Qum qiyamını basdırdı.
Qum şəhərində qurşuna bağlanan Türk tələbələrin 40-cı günü ilə bağlı başda Şəriətmədarı olmaqla azərbaycanlı din mərcələrinin istəgilə Təbrizdə yas törəni keçirmə qərarı alındı. Yüzminlərcə Azərbaycanlı yurdun dörd yerindən Təbrizdə toplandı. Faşist farsçı rejimin Təbrizdən qorxusu özünü bir daha göstərdi. Təbriz Bazarında yerləşən Qızıllı məscid anım törəni üçün seçilsə də möhtəşəm millət axını bütün Bazar həndəvəri və şəhər mərkəzinə qədər çəkildi. Bazar ağızında toplaşan gənclər tərəfindən poliş maşın və aracları partladıldı. Polis, gizli polis (Savak) və qüvvələr millətin ihtişamı qarşısında gizlənmək üçün dəlik arxasıca gəzirdi. Gənc bir soydaşın Haq Şünas adlı Savak yetkilisi tərəfindən qurşunlaması ilə millət volkan olub partladı. Rejimə bir an içində millətin gücü qarşısında yox oldu. Rejimə aid olan bütün mərkəzlər millətin əlinə keçdi. Rejim, öncədən Təbrizdə yerləşdirdiyi basqı güclərini meydana çağırdı. Ancaq, artıq Təbriz rejimin ölüm hökmünü vermişdi! Gün boyu sürən savaş meydanında 10-larca gəncmiz şəhid düşdü. 10-larca polis və ordu mənsubu ağır yara aldı. Minlərcə dövlət dairəsi oda çəkildi. Ordunun geniş alanlı Təbrizə girməsilə rejimin basdırma imkanları çoxaldı. Təbrizin dörd bir yanına dağılan üsyançılar bir yerə topaşma şansını itirərək gücünü əldən verdi. 11-i bəlli olan çoxlu tutuqlu haman gecə farsçı faşizmin qurşununa tuş gəldi. Rejim 11 gəncmizin cansız bədənini qazetələrində göstərərək millətə gözdağı göstərməyə çalışdı. Olaylı Təbriz axşamında Şah Təbrizin milli ayaqlanmasını Bakıdan gələn Kommunist yağmaçı qruplara bağladı.
29 bəhmən ayaqlanmasının açıq mesajı nə oldu:
⦁ Azərbaycan Türk Milləti farsçı rejiminin bütün assimilə və milli əritmə strategiyasına baxmayaraq Tehran faşizminə qarşı tükənməz potansiyeldir. İstər Şah, istər İİC farsçı faşizmi Türk millətinin gələcəyinə yönəlik dövlətçilik iradəsini sındırma gücü yoxdur.
⦁ Azərbaycan Türk Milləti bölgənin ən güclü, böyük, nüfuslu və dövlətçi millətidir. Bu dominant milləti basqıçı dövlətlərin yardımı ilə bir sürəcinə əsir tutmaq olar, ancaq təslim və əzgin etmək olmaz.
⦁ Azərbaycan Türk Milləti bunu göstərmiş oldu ki, zamanı gəlincə demokratik və mədəni şəkildə, zamanı gələrsə düşmənin anladığı dildə onun boyununu əyməyə qadirdir.
⦁ 29 bəhmən bir daha göstərdi ki, bölgənin ən lider milləti Türk millətidir. Türk qalxarsa bütün millətlər qalxar. Sonuc isə devrim olar. Türk oturarsa başqa millətlərin bütün fədakarlığı sonucsuz qalar.
⦁ 45 il bundan öncə 29 bəhmən Türk ilə Fars ilişkilərinin yalnız qalib-məğlub formatında olmasını göstərdi. Başqa anlamıyla 29 bəhmən ayaqlanması iki dominant millətin bir dövlət çatısı altında yaşamasının düşmənlik qaynağı olduğunu göstərdi.
⦁ Bugün 45 il İslam adı ilə İran adlanan böyük zindanda əsir durumda olan qeyri-fars xalqların bu fitnə sistemindən qurtuluşu sözün ilk və son nöqtəsidir. Artıq, bugün Türk millətini gələcəyə səfərbər edən möhtəşəm ”Azərbaycan Milli Hərəkatı” var.
⦁ 29 bəhmən orqanizə olunmamış kütlə hərəkatı olaraq bir gün içində basıldısa, bu gün farsçı rejim nifrətilə silahlanmış Azərbaycan Türk Millətinin AMH-si dim-dik ayaqdadır. AMH-də artıq İrançılıq adında bir bataqlıq yoxdur. Kəsinliklə başqa xalqlarında İran bataqlığından qurtuluşu ilə millətlərə istiqlal, insanlara özgürlük cəbhəsi qarşısında şuubi-farsçı rejimin sonu gəlincə hər millətin öz milli dövləti qurulacaq, yer üzü anti-bəşəri aparteid bir sistemdən qurtulacaqdır.
⦁ 29 bəhmən ayaqlanmasının mesajı bir də ”güc birlikdən doğar!” idi. Belə ki, milli-siyasi iradənin birlikdə olması ilə qələbə əldə edilər. Dağınıqlıq olduğu yerdə ancaq yenilgi olar. Hər hansı milli qələbədən danışmaq olmaz. Dialoq, xoşgörü, qarşılıqlı sayğı və ortaq qurtuluş yolu! Güney Azərbaycanın ən böyük gərəyi birlik və qardaşlıqdır. 29 bəhmən ruhu bütün Güney adına çalışan qurum-quruluşları Türk olmağa, Türk Birliyi olmağa və milli qurtuluşçu olmağa çağırır.
29 bəhmən anısı əbədi yaşasın!
Güney Azərbaycan milli dövlətçilik yolunda irəli!
İstiqlal, Azadlıq, Ədalət, Milli Hökumət!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
2024/02/15