By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ
Paylaşın
Bildiriş
Son Xəbərlər
Jerusalem Post: İranın mollalarına və onların qəddar rejiminə qarşı vahid cəbhə dayanır
Gənəl Gündəm Siyasət
12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı
Bildirilər
İlham Əliyevin Özbəkistan səfərinin siyasi, tarixi və mədəni təhlili- Sayman Aruz yazır
Gənəl Gündəm Siyasət
(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm
Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ
Bildirilər

TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ

GAQP
Paylaşın
2 Min Oxu
PAYLAŞIN

TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ

Türkiyə Cümhuriyyəti Türk millətinin İstiqlal Savaşı içindən doğmuş, Mustafa Kamal Atatürkün öndərliyində milli iradə, xalq hakimiyyəti, hüquq dövləti və çağdaş dövlətçilik ilkələri üzərində qurulmuşdur. Bu Cümhuriyyət yalnız Türkiyə türklərinin deyil, bütün Türk Dünyasının qürur qaynağı və ortaq qazancıdır.

Bu gün Türkiyədə yaşanan siyasi və toplumsal gərginliklər, hüququn üstünlüyü ilə bağlı artan qayğılar, xalq iradəsinin və dövlət qurumlarının gələcəyi ətrafında yaranan suallar biz Güney Azərbaycan türklərini də düşündürməkdədir.

Dövlət heç bir partiyanın, heç bir çevrənin və heç bir şəxsin mülkü deyildir. Dövlət millətin ortaq varlığıdır. Hakimiyyətin qaynağı isə yalnız və yalnız millətin iradəsidir.

Hüququn zəiflədiyi, məhkəmələrə olan güvənin sarsıldığı, Məclisin təsir gücünün azaldığı, fərqli düşüncələrin basqı ilə qarşılaşdığı bir ortamda heç bir millətin gələcəyi aydın görünməz. Türk millətinin gücü şəxslərdə deyil, qanunun üstünlüyündə, azad düşüncədə və milli iradədədir.

Mustafa Kamal Atatürkün bizlərə miras qoyduğu ən böyük dəyər millətin öz taleyinə sahib çıxmasıdır. Cümhuriyyətin qorunması yalnız dövlət sərhədlərinin qorunması deyil, eyni zamanda onun qurucu ilkələrinin yaşadılması deməkdir.

Biz inanırıq ki, Türkiyənin gələcəyi daha çox hüquq, daha çox azadlıq, daha güclü milli iradə və daha güclü dövlət qurumları üzərində yüksələcəkdir.

Eyni zamanda Türkiyədə yürüdülən “Terrorsuz Türkiyə” hədəfinin uğur qazanmasını Türk millətinin birliyi və dövlətin güclənməsi baxımından önəmli sayırıq. Terrorun və silahlı zorakılığın siyasət üzərində kölgə yaratmadığı bir Türkiyə bölgənin sülh və sabitliyinə daha böyük töhfələr verəcəkdir.

Biz inanırıq ki, “Terrorsuz Türkiyə” anlayışının təbii davamı gələcəkdə “Terrorsuz Güney Azərbaycan” düşüncəsinin də gerçəkləşməsinə yol açacaqdır. Türk millətinin yaşadığı hər coğrafiyada silahın deyil, xalq iradəsinin; qorxunun deyil, azadlığın; basqının deyil, hüququn hakim olması ən doğal istəyimizdir.

Güney Azərbaycan Qurtuluş Partiyası olaraq Türkiyə Cümhuriyyətinin qurucu dəyərlərinə, Atatürk ilkələrinə, milli iradəyə, hüququn üstünlüyünə və Türk Dünyasının ortaq gələcəyinə bağlılığımızı bir daha bəyan edirik.

Yaşasın Türkiyə Cümhuriyyəti!

Yaşasın Milli İradə!

Yaşasın Hüququn Üstünlüyü!

Yaşasın Türk Millətinin Birliyi və Bağımsızlığı!

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)

3 İyun 2026

You Might Also Like

Jerusalem Post: İranın mollalarına və onların qəddar rejiminə qarşı vahid cəbhə dayanır

12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı

İlham Əliyevin Özbəkistan səfərinin siyasi, tarixi və mədəni təhlili- Sayman Aruz yazır

(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı

Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi

GAQP İyun 2, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə 28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!
Növbəti Məqalə TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Jerusalem Post: İranın mollalarına və onların qəddar rejiminə qarşı vahid cəbhə dayanır
Gənəl Gündəm Siyasət Sentyabr 7, 2026
12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı
Bildirilər Sentyabr 6, 2026
İlham Əliyevin Özbəkistan səfərinin siyasi, tarixi və mədəni təhlili- Sayman Aruz yazır
Gənəl Gündəm Siyasət Avqust 25, 2026
(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm Avqust 25, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?