Vədud Əsədi həbs edildi və Evin həbsxanasına köçürüldü

Haber kaynağı Azoh. 
Yayım GÜNAYIM 
13 İsfənd 1403-cü il (03/03/2025) tarixində Güney Azərbaycan Milli Hərəkatının 
tanınmış fəalı Vədud Əsədi həbs edilib. 
O, 9 aylıq həbs cəzasını çəkmək üçün Tehran şəhərində yerləşən Evin həbsxanasına 
köçürülüb. 
Məlumata görə, Vədud Əsədi Evin prokurorluğunun 1-ci cəza icra şöbəsinə müraciət 
etdikdən sonra saxlanılıb və cəza müddətini çəkmək üçün həbsxanaya aparılıb. 
Bu həbs, Azərbaycanlı milli fəallarına qarşı artan təzyiqlərin bir nümunəsi kimi 
qiymətləndirilir.

            
        
        
        
        
        