
29 mehr 1390 Ustad doktor Yəhyə Şeydanın il dönümü münasibətilə qələmə alınmışdı.
Doktor Yəhyə Şeyda bir ədəbiyyat xadimi və anadilimizin sarsılmaz qalası idi. Şeyda ağır şərtlərdə bir vaqi insan kimi yaşadı və bütün sınaqlardan başı uca çıxdı.
Yəhyə Şeyda, mərhum Həsən Yüzbaşı [Səfi bazarında qəsab və piy satan dükan var idi, adlım məşrutəçi] Yəhyə Şeyda 1303-də Təbriz şəhərində Çərəndab məhəlləsində bir məşrutəçi ailədə dünyaya gəldi. Yəhyə Şeyda 1390 mehr ayının 29-unda axşam çağı həmən doğulduğu Çərəndab məhəlləsində əbədiyyətə yürüdü.
Şair Şeyda çox pak nəfəs və pak davranışlı, qane və mütəvazi insan idi. Bu konuda demək olar ki, mərhum Şeyda ömrü boyu bir nəfərdən hətta bir acı çay da içmədi. O, pak sabiqəli, saf və düz əməlli və asil bir Təbrizli idi, dədə-babası eli ağzına çatan insanlar idilər. Mərhum ustad doktor Yəhyə Şeyda Təbrizin [indi ki adı] Firdovsi (əsgi adını xatırlaya bilmədim, Allah Pəhləvi rejiminə lənət eləsin, bütün sabiqəli və əsgi adlarımızı dəyişdi) oxudu. Diplom aldı, türk, fars, ərəb, alman və rus dillərində mahir və bilici və (ozman) idi. Mərhum Yəhyə Şeyda, göstərdiyi çabalar kölgəsində Azərbaycan dövləti, universiteti tərəfindən doktorluq fəxri məqamına layiq görüldü. Şeyda bir yuxarı ailəyə mənsub və bu qədər yüksək və yuxarı məqamlara və ədəbi və elmi mərtəbələrə malik olduğuna rəğmən, o qədər əli düz insan idi ki, ömrünün sonuna qədər hətta bir velosipedi də olmadı, (eyn mərhum Hac Seyid İsmayıl Peyman, “Məhd-Azadi” qəzetinin müdiri ki, 90 il bərəkətli ömründən sonra vəfat edən günü hətta bir metr-müqəddəs yer adına yox idi). Məncə mərhum Hac Seyid İsmayıl Peyman və eynilə mərhum Şeyda dədə mallarında Azərbaycanın dil və kültür və ədəbiyyatına uğrunda fədakarlıq ilə xərclədilər. Əgər ustad Şeydanın, hörmətli xanımısının evi və dərzi təlimgahı olmasaydı, mərhum Şeyda bundan da artıq zorluqda yaşayacaqdı. Mərhum Şeyda çox səhərxiz və sağlam bir insan idi, yuxu kimi bir xatirələr yadıma gəlir ki, bəzi günlər səhər çağı ustad Şəhriyar və ustad İqbal-üssəltənə və Şeyda, Çərəndab məhəlləsindən yollanıb yura-yura Tərbiyət xiyabanında mərhum Qulam Qəsab (Ədədi) nin dükanında toplanıb “qayın altı” (səhər yeməyi) yeyirdilər.
Mərhum Şeyda çox təmiz və şık geyim, və geydiyi paltarlar daima ütülü idi, qiyafəsi daima baxımlı və üzü daima qırxılmış idi. Mən çox kiçik yaşlarımdan, ustad Şeydanın kənarında mətbəədə çalışmışam. Şeyda mərhum Pişəvəri zamanı şairliyə başlamış və başarmışdı adını və şeirlərini “Şairlər Məclisi” kitabında basdırmağa nail olmuşdu. Bu nailiyyətində əzabını ölən günə qədər mərd-mərdanə bədəlini ödədı. Zindan, təbid, qaçaqlıq, işsizlik, əli-boşluqlarda Şeydanı sarsıtmadı. Şeydadan günümüzə 22 min beyt farsca şeir və 18 min beyt türkçə şeir qalır. (Ustad Şəhriyardan yalnız 1900 yüz beyt həddində türkçə şeir qalıbdır, çünki Şəhriyarın mükəmməl türkçə divanı iqtidar tərəfindən imha olunubdur.) Şeyda başardı bir çox unudulmuş şairi yenidən ihya və tanıtsın, “Əli Əkbər Həddad Təbrizi” və “Sicim Qulu” o sıradandır. Ustad Şeyda başardı ilk olaraq Şəhriyarın türkçə şeirlərini basdırsın, (mənim etiqadıma görə Şəhriyarın türkçə şeirlərini mükəmməl surətdə, ustadım ağa Məhəmmədəli Nəqəbi toplamışdı, necə ki mərhum Mirzə Əli Məcuzun nadir və çap olunmamış şeirlərini toplamışdı, Nəqəbi bu əsərləri, təmənnasız mərhum Şeydanın ixtiyarında qoydu). O özündən görünür ki, Şəhriyarın türkçə şeirlərində, ağa Nəqəbinin də qələminin zəhməti unudulmamalıdır. (Ustad Nəqəbi də əsla adının aparılmasının fikrində deyil).
Şeydanın bir daha gözəl işi, mərhum “Biriya” (Demokrat Firqəsinin Maarif Naziri) nin türkçə şeirlərinin basdırılması idi. “Biriya”nın keçmişi və Azərbaycana dönüşü və iqtidarın və pan-farsların tətələrinə rəğmən, və hətta Şeyda öz sabiqə tarixisini nəzərə almayaraq, bir həqiqi firqəçi kimi tam qüdrəti və son görvəsini yerinə qoyub və bir pərvanə kimi özünü oddan oda verdi, və hər cür xətər və bəlanı nəzərə almayaraq, tarixi görvəni yerinə qoydu.
Amma yenə yetmədi, Şeydanın şahkarlarından biri də, İranda türk və müasir şairlərin təzkirəsi idi. Şeydanın parlatdığı ədəbi ulduzları saymaqla bitməz, doktor Şeyda 22 ədəbi kitabın müəllifidir. O zat-i ali inqilabdan sonra “Foruğ-e Azadi”, “Məhd-e Azadi”, “Əsr-e Azadi” dərgilərində bir səhifə türkçə dilində yayıldı. O türkçə səhifədə ardısı kəsilmədən ölən günə qədər türkçə dilində məqalə və şeirlər yaydı.
(Bu konuda Peyman ailəsinin fədakarlığı üç nəsil boyunca təqdirə layiqdir, məncə Azərbaycan Demokrat Firqəsindən sonra bu dərgilərin və Peyman ailəsinin xidmətləri unudulmamalıdır. Doktor Şeyda yüzdə doxsandokuz ədəbi yaradıcılıqlarını bu ailənin maddi və mənəvi himayəsi altında yayıb).
Doktor Şeyda bütün bu ədəbi işlərini, şüarsız və özünü abartmasız və çox alçaq könüllülük ilə yaydı. Məncə Azərbaycanda Şeyda o nadir insanlardandır ki, anadilimizin uğrunda ən son nəfəsinə qədər fədakarlıq elədi, o dağ qədər yüksək insan, bir çanqıl qədər də özünü tərif və öymədi.
İndi Təbrizin Şura-yi şəhərinin görvü (vəzifəsi) dir ki, bu zat-i ali nin adına, xiyaban, kültür mərkəzi, türk akademiyası, məktəb və universitet qoyub və heykəlini şəhərimizin meydanlarında qaldırsın. Məncə hər şahın heykəli yıxıla bilər, amma heç milli və həqiqi şair və yazıçının məqamı azılmaz, yıxılmaz, dağı dağılmaz. O özündən Şeydanın məqamı günün ucaları, yüksəkləri, könülləri fəth edər.
Ruhu şad olsun.
Bir şeir özümdən və bir şəkil doktor Şeydadan mətbəə işçiləri ilə göstərib, sözümüzə son qoyuruq.
Həmid Əhmədzadə
Ustad Şeydanın matəmində
Xəstə Quş
Ey xəstə quş qurtuldun
şeytan quran kələkdən
xoş gün haçanda gördün
sən gərdişi fələkdən
Doğma ana dilində
saysız əsər yaratdın
ta can var idi çaldın
keçdim boran-küləkdən
Ta can bədəndə var-dır
qəlbim sənin yerindir
getdikcə eşqim artır
əsqilmişən diləkdən
Şad olsa ruh “Şeyda”
şeyda olar “Tilimxan”
ruhımızı unutmaz
heç qayğıdan köməkdən
23.10.2025
1404 aban ayının biri, İstanbul

