Həsən bəy dəmirçinin anısına! PDF
Unudulmaz Həsən bəy Dəmirçininin Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Qutlama Bildirisi
AD GÜNÜN MİLLƏTİMİZƏ, AZƏRBAYCANIMIZA QUTLU OLSUN SEVİMLİ USTAD!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Azərbaycan Türk
Millətini Təbrik edir
Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə!
ELDAR QARADAĞLI
https://t.me/gamqh_official
Şübhəsiz ki, “Həsən Azərbaycan”adı, Azərbaycan Türklüyü uğrunda simgələşmiş bir neçə
önə çıxan addan biridir. O, bütün ömrünün milli-siyasi sürəcini sadə və səmimi qəlbi ilə öz
ulusunun azadlığı uğruna verdi. Azərbaycanın kədəri, bağrının yarası, sevinci isə ürəyinin
umudu oldu! O, Türk gələnəyi gərəyi, özəl acılarını içinə gömərək, vətən dərdlərini bar-bar
bağırdı. Sevdiyi vətəni elə sevdi ki, vətən ona öz adını ərməğan etdi. Bu üzdən hərkəs onu
“Azərbaycan” səslədi. O, millət və vətən borcunu ödəmək üçün gecə-gündüz bilmədən coşub
goşdu. Ən çətin günlərində belə, öz dərdlərini millətin taleyindən üstün tutmadı, tutamadı!
Çünki, onun adı yurdunun qutsal adıyla qutlanmışdır. Belə səadəti isə, dünyada az adam
qazanar. Uşaqla uşaqlaşan, gənc ilə gəncləşən, dərdli ilə dərdləşən və bir sözlə millətlə
millətləşən bir ömürün zirvəsinə ulaşmaq, sözsüz ki, onun yaşanması ilə olasıdır. Ustad,
bunlarla yaşadı, yaşadıqca milli-insani bəlgəsəl oluşdurdu. Onu, başqalarından fərqləndirən bir
çox başlıqdan sadəcə bir neçəsinə toxunuram:
1- Milli-siyasi özəllik: Həsən bəy dərin milli-siyasi düşüncəyə yiyələnmiş çox budaqlı
ictimai aktor idi. Azərbaycanda olan-bitən bir çox milli, mədəni, kültürəl toplantılarda
ya iştirakçı kimi və ya duruma görə yaxın dostları aracılığı ilə qiyabi şəxs kimi hazır
olurdu. O, həmin yığnaqların bəlli bir sonuc alması üçün əlindən gələni əsirgəməyir,
dostlarının da bu yolda çalışmasını istəyirdi. Örnəyin; 1983 miladi ilində bir tanınmış
milli fəalın oğlunun adgünündə Həsən ağa da öz musiqi qrupu ilə iştirak edirdi. Səhərə
işləmiş saat 2 radələrində şənlik başa çatdı. Həsən ağa və çalqıçı dostlar çox yorğun
idilər. Həsən ağa mənə və bir neçə arxadaşa qalma önərisi verdi. Onadan qalma nədənini
sordum. Özəl tərzilə dedi; “bir-birimizi tanıyaq biraz! Oxuduğun şerə görə, bəzi
notlarım var. Onların haqqında biraz danışaq. Bir də biraz xosanlaşaq”! Saat səhər 4
dən ötmüşdü. Danışdığımız ancaq, millət və vətən oldu. Bir də uşaqların üzərində
çalışma gərəyi oldu. Gördüm ki, şeir haqda danışmaq sadəcə bir bahana idi.
2- Təşkilatçı özəllik; Həsən ağa, bir neçə qocaman ağabəyimizlə birlikdə ölməz Dr.
Zetabının yaratdığı “Müstəqil Azərbaycan Demokrat Firqəsi”-nin ilk aktivistləri kimi
çağdaş “Azərbaycan Milli Hərəkatı”-nın təməlini qoyanlardan biri idi. O, özünə özəl
davranışıyla Dr, Zehtabının qurduğu dil kurslarını idarə edir, toplantıların
təhlükəsizliyini minimuma yendirirdi. 1988(m) ilində Təbrizdə qurulan “Azərbaycan
Azadlıq Cəbhəsi”-nin ən başda gələn kardınatoru məhz Həsən bəy olmuşdu. 1992-ci
(m) ilinin ilk aylarında “Azərbaycan Qurtuluş Təşkilatı”-nın məramnaməsinin
müzakirəsi Həsən ağanın, Dr, Zehtabının və bir neçə ağabəyin iştiraki ilə Təbrizin Lalə
dördyolunda yerləşən onun “Azərbaycan Müsiqi Öyrətim Mərkəzi”-ndə keçirildi.
Həmin gün, mərkəz bütünlüklə qapalı durum almışdı. Və yenə biraz sonra “Azərbaycan
Mədəniyyət Ocağı”nın yaranmasında müstəsna rolu oynadı. Göründüyü kimi,
Azərbaycanda örgütlənmə yolunda Ustadı böyük rolu olmuşdu.
3- İctimai özəllik; “Təbrizin Abüreyhan dörd yolunda bir Həsən ağa dəmirçi var. Orda
həm də maşın təmirinə baxılır. Kimsəsizlərin kimsəsidir o ağa”! Bu bir çoxlarının
əzbəri olduğu adres idi. Həsən ağa, ona uzanan əli boş qaytarmaz, parası olmayan
yoxsullara yardım edər, bir çox ailənin süfrəsini qıdasız qoymazdı. Onun bu sözünü heç
unutmaram: “Vətənsevərlik şüar deyil, yaşamı paylaşmaqdır! İnsan paylaşdıqca
xoşbəxt olur.” Onun düşgün və tabsız zamanında Qaradağ “Vərzqan” deprəmində
göstərdiyi 7 aylıq özveri və fədakarca canından keçməsidir. O, 7 ay boyunca yılmadan,
sarsılmadan hər gün Təbriz-Vərzqan yolunu tutaraq, gənc arxadaşları ilə millətinə
çörəkçixana dikməklə, gərçək bir millətçinin sosial biri olma gərəyini göstərdi. Ayrıca,
həmin insansevərliyi üzündən panfarsist rejim tərəfindən suçlu görünərək gücsüz
cismilə zindana düşməsi və həmin rejim zindanında musiqi kursları bahanası ilə milli
gənclərin ruh yüksəlişinə şalışması onun topluma bağlılığının başqa örnəklərindən
biridir. Həsən ağa, tək bir anlamla milli siyasi yolun ən başlıca ilkəsini sosial və ictimai
olmaqda görürdü.
4- Demokrat, özgür və çağdaş isansa özəlliyi; Ustad Həsən Azərbaycan, heç zaman öz
düşüncəsini kimsəyə aşılamağa çalışmadı. Onun ən bariz özəlliyi çoxuncu (çeşidlilik
düçüncə) olduğu idi. Bu üzdən çevrəsində solun solundan, sağın sağınadək dost
bulunur. O kimsəyə ideolojik basqı yapmaz, kimsəni ideolojik düşüncəsi ilə ülçmürdü.
Bu ustanın görüşsüz olduğunu deyil, geniş millət adamı olduğunun göstərgəsi idi. O,
düşünürdü ki, 100 il boyunca milli əritmə siyasəti və farslaşdırma strategiyası altında
əzgin durumda olan millətin düşüncə axarı dayanmışdır. Millətin var gücünü özünə
qaytarmaq, özveri və dözüm istər. Özgə və düşmən duzağında inləyən millətimizi, ayrıseçgilik yapmaqla bir də biz darmadağın etməməliyik. Belə sözlərin dilə gətirəni bir
başa Həsən bəy olmasa da, onun öz ruh təcümanı bu sözlərlə tanıtım tapdı. O, özgürlüyü
və çağdaşlığı bir arada tutaraq kütləsəl demokrat örnəyi kimi hərkəsin sevgisini qazandı.
Bir çox musiqi ustadın verimli öyrənci seçim vayına qaldığı yerdə, o, varlı, yoxsul,
verimli, verimsiz seçiminə uğratmadan topdan uşaqları, yeniyetmələri və gəncləri öznəl
və nəsnəl eyitimlə milli-siyasi və incəsənət ruhu ilə topluma mal elədi.
5- Çox budaqlılıq və yorulmazlıq özəlliyi; “Həsən ağa harada? Eyitimdə, bazarlıqda,
toyda, yas evində, Baba bağında cüzamilərin yanında, görüşü vardır, xəstəxanaya xəstə
götürdü, maşını dayanan birinin yardımına getdi, ev düzəldir, Qaradağdadır, evdə bəstə
yazır, yeni kitabını basdırmaq üçün basım evindədir, tutuldu zindandadır, Musiqi qrupu
ilə filan şəhərdədir, güləş salonundadır, dağda, Bakıdadır, İstanbuldadır və yüzlərcə
buna bənzər işlər. Göründüyü kimi, Hasən Hərgülü və başqa anlamı ilə Həsan
Azərbaycan, sosial çalışmadan tutmuş ekonomi, siyasi, idman və incəsənət dallarının
ötəsinə yayılmış bir sarsılmaz həyat göstərgəsidir. Bir insan ömrünə sığmayan bu boyda
geniş alanlı çeşidlik yaradan çox az insan tapılsa da, Ustad onlardan biri idi.
6- Yazar, şair, bəstəkar özəllikləri: Ustadın yüksək təhsilatı olmasa da, öz ana türkcəsinə
olan böyük bağlantısından dolayı, yazarlığı və şairligi də hərkəsə bəllidir. O, istər millisiyasi yönlərdə, istərsə də musiqi alanında bir çox əsərin müəllifi olmuşdur. Yazdıqları
əsərlərin musiqi bəstəkarlığı da onun özəlliklərindən biridir. Yazdığı çoxlu sadə, lakin
milli anlamlı şeirlərlə yanaşı, milli musiqi ilə bağlı ortaya qoyduğu kitabları eyitim,
ulusal özəllikləri çox diqqət çəkici yazılı irsini oluşdurur. Musiqi öyrənciləri üçün
dərslik kitabı olan “Azərbaycan Muğamları”, “Azərbaycan Mahnıları”, “Səhəndiyyə”
operası, “Azərbaycan Marşları”, “Haraylı Təbriz”, “Odlar Yurdundan Adlar” kimi
yazılı əsərlərin yazarı məhz Həsən Dəmirçi imzasıyla markalaşmışdır. Bu isə, ustadın
nə qədər budaqlı çalışmalarının danılmaz faktdır.
7- Sözdə, əməldə əmanətdarlıq özəlliyi: Bildiyim, tanıdığım Həsən Azərbaycan adının
təkcə sadalanan özəllikləri ilə deyil, eyn zamanda sırr küpü olduğu da danılmaz bir
örnək nöqtəsi olmuşdur. Sırrım onun da gizlisidir deyən bir çoxlarını tanıram ki,
ürəklərinin acısını onunla birlikdə paylaşmaqdan heç tədirginlik yaşamırdı. Tərsinə
onunla paylaşılan ürək dərdlərinin bir çoxu çözüm ümidi bulurdu. Kimsənin ev
sorunlarına ümidsizlik hakim olan zaman, Həsən bəyin bir olumlu yol tapacağı yadlara
düşürdü. Hankı evin məişəti söz qonusu olunca Əbureyhan dörd yolundakı karaj vəya
Lalə dörd yolundakı Azərbaycan Musiqi eyitim evi əmanət qapısı kimi çalınırdı. İstər
siyası qurumsallıqda, istərsə də, toplumsal alanlarda onun adı sözdə, əməldə bir əmanət
sandığı kimi qəbul olunurdu.
8- Gözəl ata, arxadaşlıq, yoldaşlıq özəlliyi: Ustad eşinə, eşqinə, uşaqlarına qarşı sonsuz
sayağı göstərən bi rata örnəyi idi. Bəlkə bəziləri üçün bir atanın övlədına qoyduğu maddı
sərvətlər ölçüm olsun. Bir atanın uşaqlarına verəcəyi hər şeyin başında ərdəm və
şəxsiyyət gəlməkdədir. Bir çox övladlar varkı atanın bir ömür topladığı maddi qaynağı
bir neçə gecədə quradar. Övlad var ki, atanın yaşam fəlsəfəsinin qarşısına isyan qaldırar.
Bir ata var ki, uşaqları ondan sonra bütün izlərini yox etməyə çalışar. Bir övladlar da
var ki, atanın getdiyi yolun əskəri olar və atasının cizgisində yürüməyi şərəf borcu bilər.
Bu gün, Ustadın qoyduğu şərəf yolu, milli yolu ocaq kimi par-par yanırsa, millətinə
sıcaqlıq verirsə, onun balalarının, sayğıdəyər eşinin də çox payı vardır. Bu isə, o
deməkdir ki, Hərgülü ailəsi, Atanın altın yaşam yolunu ulu bir irs kimi saxlamaqdan
olduqca böyük qıvanc (sevinc, fəxr) duyur.
9- Bütövçü özəlliyi: O, qarabaq uğrunda döyüşən qəhraman Azərbaycan əskərinin 44
günlük savaş zəfərini görmədi. Qarabağın qismən azadlığını görmək, bəlkə də
hərkəsdən çox bütün mübarizə alanında Qarabağı yaşadan Ustadın haqqı sayılırdı.
Yazıqlar olsun ki, düşmən əli çox zəhərli və bicağı kəskindir! O, bir bütünlük sevdalısı
idi. 1998-ci ilin yayında Həsən bəy ilə ölməz Ə. Elçibəyin görüşü olacaq idi. “Bütöv
Azərbaycan Birliyi”ndə daşıdığım sorunluluğa görə, bu gizli görüşü mən təşkil etməli
idim. Bir gün axşam radələri bu iki milli öndərin görüş zamanı idi. Normal olaraq, Bəyin
görüşləri Bakının Xaqanı küçəsində yerləşən Azadlıq Redasiyası məkanında keçirilirdi.
O gün Bəy məndən görün qonusunda soruşanda, belə dedim: “Bəy, sizinlə Həsən ağanın
görüşü daha gizli olması gərəkir.”Bəy, yardımçısı Əli bəyə bu görüşün öz evində
keçirilməsini və o günə aid olan axşam görüşlərinin ləğv olunmasını dedi. Biz axşam
Həsən ağa ilə Bəyin evinə getdik. Qapını döydüm. Qapı açıldı. Bəy, qapı ayaqına qədər
Həsən ağanı qarşılamaq üçün gəldi. Bunlar ikisi elə qucaqlaşdılar ki, elə ağlaşdılar ki,
mən ömrümdə belə bir səhnə görməmişdim. Gözlərim Əli bəyin gözlərinə sataşdı. Onun
da gözyaşları durmurdu. Mənim durumum daha bətər idi. Hardasa iki bəy, dəqiqələrlə
qucaqlaşıb ağlaşdılar. Bu iki vətən sevdalısı bundan öncə bir-birini heç görməmişdilər.
ancaq, sankı illər öncədən bir-birini itirmiş qardaşlar idilər. Bu sadəcə Ustadın Bütöv
Azərbaycana olan sevgisinə tanıq olduğum bir canlı örnək idi.
Ustadın da yolu, M.Ə. Rəsulzadələr, M.T. Zehtabilər, Ə. Elçibəylər kimi millətimizin
özgürlük və bağımsızlıq yoludur. Mum kimi bir ömür vətənin, millətin yoluna işıq saçan
bu böyüklərimizin ulu ruhları hər zaman gəncliyimizlə olacaqdır. Yolları açıq, milli
davaları millətimizin milli qurtuluş və ulusal bayramı olsun.
Eldar Qaradağlı
2023-08-24