Urmu seçimlərində qazanılan milli dayanışmanı,
Pezeşkian Oyununda faşist rejimə uduzmayaq!
“Güney Azərbaycan Milli Qurtuluş Partiyasının İran Seçimlərilə bağlı bildirişi”
Qurtuluşçu Azərbaycan Türk Millətinə
44 illik şuubi farsçı, 54 il paniranist farsçı rejimlərin Azərbaycan Türk Millətinin üzərində qurduğu oyunlara uymayaq!
Fars faşizmi son oyununu bir başa Təbriz üzərindən oynamağa başlamışdır.
100 illik basqı altında bütün maddı-mənəvi varlığı ilə sömürülən əziz millətimizin son Parlement seçkilərində göstərmiş olduğu böyük ulusal dayanışmadan dərindən qorxuya düşən faşist farsçı rejim üçün olan üstü cumhur seçim kampaniyası böyük Bir fürsət sayılmaqdadır. rejimin hər keçən gün etniksəl, siyasal, ekonomiksəl, ekolojiksəl, toplumsal fasadlar bataqlığında kömməkdə olan İran rejimi son nəfəslərini çəkməkdədir.
Baş diktator – Əli Xamneyi, oğlu Müctəbanın yolunu açmaq üçün ən inandığı əlaltılarını belə qurban etməkdən çəkinməyir. Dünən Rəisi, sabah kim olacağının hesablarını əlində tutan baş diktatorun oyunları üçün dünyaya göstərmək üçün olumlu tablo gərəkir. Bu tablo isə keçmiş parlement seçkilərində %10-nın altında qalan ölüm tablosudur. Rejimin bütün çabaları ən azından bu tablonun birazda olsun yüksəltməsidir. bu üzdən Azərbaycan və Tehranda yaşayan Türklərin, habelə Azərbaycan Milli Hərəkatına ümid bağlayan qeri fars millətlərin ağlını çalmağa çalışır.
20 illik Təbrizin millət vəkili statusu ilə Azərbaycan Türk Millətinə bir bardaq su belə verməyən Məsud Pezeşkiyan ,keçmiş iki dönəm cümhur seçkilərin səssiz gəlib, Səssiz keçməsinə baxmayaraq, bu səfər rejimin beyt rəhbərinin təbliğat şeypuru ilə meydana buraxılmışdır. Hər gün yeni sitatların açılması, üzərində milyonlar dolar yatırım yatırmasının ancaq bir anlamı olmalıdır;
DUYĞU SÖMÜRGƏ!
Rejim bu oyunu 44 ildir millətlərin üzərindən oynayır. Azərbaycan Türk Milləti son Urmu İslami Məclis oyunlarında irqçı Fars rejiminin bu oyununa girmədən özünün bütünlüyünü ortaya qoydu. Millətimiz, bəzi duyğusal milli davranışlara rəğmən, təməl düşmənimizin Paniranist farsçı rejim olduğunu göstərdi. Millətimiz, rejimin bölgəsəl duzaqlara düşməyəcəyini, böyük düşündüyünü və rejimin bütün pusğularını başına yıxacağını göstərmiş oldu. Azərbaycan Türk Millətinin bundan sonra yalnızca öz gələcəyini düşündüyünün min bir nədəni vardır.
Faşist rejimin farslaşdırma strategiyasının gündən-günə dərinləşməsini, Azərbaycanda iş yerlərinin bağlanmasının xız alması ilə yanı-sıra yeraltı-yerüstü varlıqların talanması, ailələrin aclıq sınırının %60-ın altına düşməsini, Türk qadınlarına iki qat basqıların yapılması və saysız-hesabsız yaranmış bataqlıqların heç birinə Pezeşkiyan kimi etirafçı kuklanın cavab verəcək güçü yoxdur.
Rejimin bu səfər duyğu oyunu nə qədər böyük olsa da, kəsinliklə Azərbaycan Türk Milləti və Milli Hərəkatı sarından suya düşəcəkdir. Yetər ki, əziz millətimizin milli duyğuları gələcəyə olan dərin baxışını bulandırmasın.
Uca millətimiz!
Rejimin 44 illik aldadıcı DUYĞU TUZAĞINA düşməyək. Pezeşkiyan rejimin əlində sadəcə biz türkləri aldatmaq üçün yanmış mohrədir. Bu faşist rejim, Azərbaycan Türk Milləti üçün ancaq bir sömürgən və farslaşdırma dəyirmanıdır. Heç millət öz əlilə qəddar düşmənin tarlasını sulamaz.
Uca millətimiz!
Sən böyüksən. Sən dahısan. Sən qurtuluşçu və devrimçi millətsən! Sənə əprimiş bir farsçı rejimin oyununa gəlmək yaraşmaz. Sən yalnız və yalnız öz İSTİQLALINA İNAN! İnan ki, səninlə birlikdə qardaşların Quzey Azərbaycanda, Türkiyədə, Türk Dünyasında, Yaxın Şərqdə ortaq çıxarlı dost ölkələr və bütün dünya sənə İnansın. Sən inan ki, İran adlanan rejim çəmbərindən qurtulmaq istəyən 10 Milyonlarla soydaş və yoldaş sənə inansın. Özünə inan ki, rejimin oyunları içində boğulmayasan !
Güney Azərbaycan Milli Qurtuluş Partiyası inanır ki, bilgin millətimiz rejimin bu yeni oyununa da biganə yanaşaraq gücünü İrançılıq, şuubiyyəçilik, farsçılıq yolunda deyil, özünün gələcəyi və milli dövlətçiliyi uğruna saxlayacaqdır.
Farsçı rejimin seçkilərinə; TAM BOYKOT!
Güney Azərbaycan Türk Cümhuriyyətinə Doğru İrəli!
Güney Azərbaycan Milli Qurtuluş Partiyası
2024/06/13