Güney Azərbaycan Qurtuluş Partiyasının Yol Xəritəsi
GAQP DÖVLƏT PROQRAMINDAN ALINMIŞ TASLAQDIR.
Editör: Eldar Qaradağlı
Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) yol xəritəsi neçə aşamalı stratejik yanaşmadan irəli gəlməkdədir. Bu yol xəritəsi əsir millət və torpağımızın milli qurtuluşunu amaclarkən, oyanış, dirəniş, siyasi qurumsallıq, iqtisadi, elmi, eyitim, idman, incəsənət, musiqi, ədəbi inkişaf və ilkər milli kütləvi ayaqlanma, diplomatik çalışma, diaspora və toplumsal səfərbərlik kimi başlıqlar üzərində dayanır:
1. Siyasi Yol Xəritəsi:
1.1. Milli Qurtuluş və tam bağımsız dövlətçilik amacı;
– GAQP-nin ana ideolojik yönü türkçülük üzərindədir. 50 milyonluq Azərbaycana özəl ideolojik isə ”Azərbaycan türkçülüyü” -dür. Bu ideolojinin ilk ayağı: Güney Azərbaycanın Türk Cümhuriyyətidir. Bütöv Azərbaycan Dövləti və Turan Birliyi ”Azərbaycan türkçülüyü”-nün olmazsa olmazlarıdır.
– GAQP, Azərbaycan Türk Milləti arasında milli ideyanın yayılmasını və milli-siyasi örgüdlənməni ön görür. Onun teorik və praktik gücünün artması üçün özən göstərir.
1.2. Siyasal qurumsallaşma;
– GAQP-nın içəri qolunu olduqca gizli tutmaq, dışarı qolunu olduqca açıq, yarım açıq və geniş tutmağa çalışır.
– İstiqlalçı qurumlarla sürəkli ilği qurmağa çalışır.
– bu qurumların liderlik orqanlarını bir araya gətirməyə çalışır.
– GAQP, milli manifestini, strateji planlarını media araclarıyla yaymağa özən göstərir.
1.3. Milli-Siyasi çalışma mexanizmi;
– İran içində basqılı farsçı rejiminin atmosferinə uyğun olaraq milli-siyasi fəaliyyət edir.
– Sürgündə var olan Güney Azərbaycan qurumları ilə əməkdaşlığa kəsin baxır.
– İran işğalında olan qeyri Fars xalqların milli mücadiləsinə tam dəstək verir. Onlarla, çox budaqlı işbirliyinə olumlu və gərəkən sayır.
– Tehran faşizminin Türk millətinə və torpaqlarına qarşı yönləndirən etnik terror quruplarıyla türlü masa görüşlərini, gizli anlaşmaları, İrançılıq oyunlarını kəsinliklə qınayır.
– İçəri və dışarıda püsgüyə yatan farsçı, irançı qurumlara Türk millətindən daha çox umud bəsləyən və onların şuubi rejimdən daha dərin anti-türk olmasına göz yuman özümüzdən olanları kəsinliklə qınayır.
– İran adlanan ölkədə siyasi, nizami, elmi mərkəzlərdə milli fəalların yerləşdirilməsinə çalışır.
– Diplomatik və diaspora yolları ilə milli davamıza dəyər verən ölkələrdən və uluslararası çeşidli güclərdən dəstəklər axtarır.
2. Ekonomi Yol Xəritəsi:
(Qurtuluş sürəcində )
2.1. Yerli, özəl və orta Ekonomi;
– Güney Azərbaycan iqtisadiyyatının altyapısını tam formalaşması üçün yerli sənaye və ticarətə üstünlük verilməsi gərəkir.
– İran dövlətinin sömürgəçi iqtisadına qarşı toplumsal mədəni dayanışma və dirənişmə yola salınmalıdır.
– Güney Azərbaycanın gələnəksəl iqtisadi təməllərinin güclənməsi üçün modern metodların istifadəyə alınması gərəkir.
2.2. Yatırım və ekonomik qalxınma;
(Bağımsızlıq sürəcində)
– (Quzey) Azərbaycan Respublikası, Türkiyə və Türk dünyasından bilimsəl, tekniksəl, ortaq yatırımlar qəbul edilməlidir.
– Güney Azərbaycanın uzun və sürəkli işğalçı rejimin iqtisadi blokasından qurtulmaq üçün Avrupa texnologiyasına və bazarlarına yol tapılmalıdır.
– Modern şəhər və kənd sənaye sektorlarının inkişafı üçün ölkə çapında qalxınma planlarının yola salınması gərəkir.
3. Milli Kimlik Yol Xəritəsi:
3.1. Dil və eyitim;
– Türk dilində eyitim haqlarının qazanması üçün, bütün milli qurumlar və sivil fəallar birgə dayanışmada olmalıdır.
– Ana dilli uşaq evlərinin, oxullarının və bilimyurdlarının (öyrənci yurdları) açılması üçün dilçi, federalçı, istiqlalçı qurum və sivil çalışqanlar birgə əməkdaşlıq etməlidirlər.
-Türk dilinin qorunması, çiçəklənməsi və yayğınlaşması üçün gizli, onlayn və açıq eyitim alanları oluşmalıdır.
3.2. Kültür və Milli Kimliyin gücləndirilməsi;
– Azərbaycan Türklərinin tarixini, kültürünü, milli kimliyini tanıtmaq yönündə kütləvi projələr həyata keçirilməlidir.
– Türk dilli media və TV çalışmalarının sürəkli genişlənməsi və gündəmdə olması gərəkir.
– Kültürəl etkinliklərin (sinema, teatır, opera, idman vb.) genişlənməsilə bağlı gündəm yaratmaq gərəkir.
– Sistemli şəkildə yaxın diaspora (Qaşqay, Xələc, Xurasan Türkləri, Türkmənlər kimi dildaşlar.) və uzaq diaspora (İran dışında yaşayan soydaşlar) təşkilatları yaradılmalıdır.
4. Uluslararası İligi Odaqlarının Oluşması:
4.1. (Quzey) Azərbaycan Respublikası ilə doğma ilişkilər;
– Doğma Azərbaycan Dövləti ilə dərin ilişkidə olmaq çox önəmlidir.
– Azərbaycanın quzeyi ilə güneyi arasında qarşılıqlı sivil toplum quruluşların və siyasi partiyaların arasında ilişki qurmaq gərəkir.
– Bakı və Təbriz arasında sürəkli qeyri dövlət qurumları arasında koordinasiya mərkəzlərinin yaradılması gərəkir.
4.2. Türk Dünyası ilə doğma ilişkilar:
– Sözsüz ki, Türkiyə Cümhuriyyəti ilə Güney Azərbaycan arasındakı ilişkilərin önəmi dartışılmazdır. Bu boyutu Türk toplumlarına daşımaq ən vacib işlərdəndir.
– Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti və digər Türk topluluqları ilə dərin yaxınlıq gərəkir.
– Türk Dövlətləri Təşkilatında Güney Azərbaycanın tanınması üçün geniş alanlı çaba göstərilməlidir.
– Türk Dünyasının Güney Azərbaycana siyasal və diplomatik dəstək verilməsini sağlamaq ən önəmli görəvlərdən sayılmalıdır.
4.3. Ərəb və İslam Dünyası ilə sıcaq ilişkilər;
– Bölgəmiz Ərəb-İslam mozaikilə bəzənmiş terror basqılarına uyğun bölgədir. Bu bölgədə ayaqda qalmaq üçün çeşidli dövlət yapıları ilə normal diplomatık ilişkilər gərəkir.
– Tanıq olduğumuz imperial dəstəkli terror qruplarının bölgədə kaos yaratma çabaları gündən-günə çoxalır. Sözsüz ki, özünü Azərbaycan Milli Hərəkatına bağlı bilən qurumun bu terror qruplara yanaşması qəbul olunmazdır.
– Yuxarıda sadalanmış terror əsintiləri Güney Azərbaycanın da gündəmindədir. Bu üzdən Azərbaycan Milli Hərəkatı hər nə qədər də sivil hərəkat olsa belə, batı Azərbaycanı gəlmə terror qruplarının şərrindən qorumaq üçün türlü ”Məşru Müdafiə” haqqına malikdir.
4.4. Avropa Birliyi, ABŞ və BMT ilişkiləri;
– Güney Azərbaycanın milli-siyasi mücadiləsi Avrupa Birliyi, ABŞ və BMT koridorlarında gündəm olmalıdır.
– Güney Azərbaycan üçün gündəm yaratmaq, diaspora və lobbiçilik fəaliyyəti tələb edir.
– Güney Azərbaycan və Bütöv Azərbaycanı dünya çapında tanıdan Dünya Azərbaycanlıları Kongerəsi (DAK) kimi soluxu kəsilmiş sivil toplum quruluşlarının yenidən nəfəslənməsi gərəkir.
5. Toplumsal Dirçəliş və İnsan Haqları:
5.1. Kütlə içrə Milli-Siyasi bilincin yüksəlişi
– Sanal və media alanında formalaşmış milli şüur aşılanmalıdır.
– Güney Azərbaycanın bütün yaşayış bölgələrində, gizli və açıq milli-siyasi təbliğatın aparılmalıdır.
– İdman alanlarında milli atmosferin yüksəlişi sağlanılmalıdır.
5.2. İnsan Haqları və Toplumun qorunması;
– Azərbaycan Türk Millətinə və Fars olmayan xalqlara qarşı rejimin farslaşdırma İranlılaşdırma siyasətinə qarşı uluslararası insan haqları orqanlarına sürəkli rapor verilməlidir.
– Milli siyasi tutuqluların özgürlüyü üçün dünya üzrə kampaniyaların artırılması gərəkir.
– Milli fəalların təhlükəsizliyi üçün müdafiə komitələrinin yaranması ən vacib görəvlərdəndir.
6. Özət
Güney Azərbaycan Qurtuluş Partiyasının dəyişməz ilkə və ülküsü Güney Azərbaycanın milli qurtuluşudur. Ancaq, bu qudsal yolun böyük alanlı yeniş-yoxuşları gözdən qaçınmamalıdr. Milli azadlığın alt yapısı Türk kimliyinin kütlə içində yayğınlığından keçər. Ayrıca içərinin aydınlaşması ilə yanaşı Azərbaycan Milli Hərəkatının barış içində insancıl və çağdaşlığa dayanan amaclarının dünyada tanıdılması gərəkir. Təbi ki, Azərbaycan Milli Hərəkatının amacına əl tapmaq üçün siyasi qurumsallaşma, mali-ekonumi təminat, milli-kütləvi oyanış, diplomatik ilişkilərin genişlənməsi və toplumsal qalxınma kimi ön görülərin əldə edilməsi gərəkir.
Sözsüz ki, bu amaca çatmaq üçün, Azərbaycan Milli Hərəkatına inanan, Azərbaycan Türk Millətinin gücünə dayanan bütün partiya və milli fəalların enerjisinin bir arada olmasını istər. Bu güc birliyi, sıravı olaraq, Milli Şura, Sürgündə Parlament, Sürgündə Dövlət kimi irəliləmiş dövlətçilik formaları sistemlərilə kürəsəlləşmə aşamasına girə bilər. Bu isə, ortaq milli mücadilə xəritəsi ilkələri üzərində gərçəklik qazanar.