”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa
Çalışanlar Utansın!
Dünyaya insanlıq, barış və dinc yaşam sunan Türklər, dünyanı sömürməyə
çalışanlara sinəgərən Türklər bu günlərdə dərin çıxmazdadır. Millətimizin qarşısında
dayanan bütün rejim və anti rejim şuubilər, farsçılar, irançılar və onların yaxın-uzaq
ərbabları bir yana qalsın, sapı özümüzdən olan yeni Əranilər, Kəsrəvilər, Təqizadələr
kimi baltalar zühür etməyə başlamışdır.
Bu yeni tapıntılardan biri özlərini məlum demokratlara bənzədən
-dır ki, türkcəsi ”Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi” anlamına gəlir.
Bu kəsim özlərini əsil demokrat, bilim insanı, cahan vətəni, siyasət xocası və böyük
lafla ”TAM KEYFİYYƏT” fərz edərək, sərxoş xülyalarında qurtuluşçu bir millətin
gələcəyini irançılıq çəmbərində saxlamağa çalışırlar. Onlar bilərəkdən və ya bilmədən
Güney Azərbaycanın özgür, bağımsız gələcəyi qarşısında incə ruhlarını iranşəhrilərə
təslim ediblər. Onlar üçün Bozqurd vəhşi bir canavar olaraq iranşəhri qardaşları
qorxudur. Yenə onlar üçün Urmuda 500,000- lik milli mitingdə səslənilən ”Urmu
Azərbaycandır!” ”Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz!” və ya ”Təbriz
Bakı-Ankara, Biz hara farslar hara” kimi milli sloqanların gələcək demokratik İranın
qurulmasına olumsuz siqnal verir!
Bu zatlar üçün qurulan demokratik toplantılarda ancaq farsca danışmaq gərəkir. Çünki,
demokratik ətrilə cəlalanan bu toplantıların şah möhrəsi Fars dilli demokrat canabları
olmalı və ya sayğılı qonaqlar üçün Fars danışan incə ruhlu insan sevər İran türkleri (?)
olmalıdır. Bu zatlara görə, Güney Azərbaycanlılar ancaq indiki rejimdən sonra gələn
ehtimalı demokratlar birliyi çatısı altında öz mədəni – doğru bildiniz MƏDƏNİ- haqlarını
barış yolu ilə istəməlidir.
Bu zatlara görə, əsas hədəf mövcüd iranı qorumaq və onun bütünlüyünə qarşı çıxan
xayin, cahil pantürkizmin, seperatizmin və tək anlamıyla milli qurtuluşçu istiqlalçıların
çəmbərindən sağ-sağlam qurtarmaqdır?!
Sözsüz ki, bu da öz yerində böyük tarixi bir milli hizmət olaraq onların adını babaları
Kəsrəvilərin adı ilə eyni sırada yerləşdirəcəkdir. Nə olacaq olsun başda Həsən
Şəriətmədarı kimi manqordlar olmaqla ‘Keçid Yönətim Şurası’(
onları da öz aralarına alsın! Örnəyin Urmunun yarım milyonluq anti
terror və Kürd gərnəşməsi qarşıtlı mitingində insiativi ələ alan millətçi gənclərin bu
zatlar tərəfindən şiddətlə qınanmasıdır.
türkcəsi: (mitingdə bütün olumlu
boyudlara rəğmən az saylı kəsim tərəfindən səslənilən irqçı (faşisti) şüarların
verilməsini kəsinliklə qınayır, məhkum edirik. /stad: URMU mitigilə bağlı, qurumun
farsca yayılan bildirisindən/) Bu bir halda üz verir ki, miting bitər-bitməz bütün irançı,
şahçı, islamçı, kürdçü media və siyasi qurumlar eyn həyəcanla Urmu mitingindən
qurxuya düşərək bir ağızdan onu kəskin dillə qınamış və hələ də dəvam edirlər.
Görünən bu ki, Azərbaycan Milli Hərəkatının millətçi gəncləri tərəfindən səslənilən
”Təbriz-Bakı-Ankara, Biz hara farslar hara” kimi köklü sloqanlar və göstərilən Bozqurd
simgəsi, özlərini milli-siyasi öndərlər adlandıran ürəyi şüşədən qırılqan xas
vətəndaşları da, milləimizin düşmənləri qədər çox incidmişdir.
Bizə görə, hər hansı qurumun İran sevgisi ola bilər. Hətta bu sevgi üzündən dəridən
qabıqdan çıxaraq irançı, farsçı, kürdçü sentezistlər kimi bilinən Şəriətmarilərlə,
Möhtədilərlə, Ahilərlə, Bəratilərlə, Sazqaralarla və buna bənzər siyasət yorqunu olan
Los Ancelisli, Parisli əməklilərlə yolbir olaraq millətimizin istiqlal yoluna daş qoya
bilərlər. Ancaq, Azərbaycan adı ilə populist davranışlardan asılaraq irançılıq amacları
irəli sürənlərin içərisini eşiyə çıxarmaq da biz Qurtuluşçuların milli görəvinə
düşməkdədir. O əfəndilərin yol aldıqları irançılıqdırsa, bizim də yolumuz Qurd
Dərəsində (Səhənd stadında) sərgilənən 20 metrəlik ingiliscə yazılan ”Güney
Azərbaycan İran Deyil!” yoludur. Bizim bu yolda hər hansı qurum-quruluş və kimsə
ilə özəl sevdamız yoxdur. Bizim dəyişməz sevdamız yalnız və yalnız böyük
Azərbaycan Türk Millətinin özgür, bağımsız və İran adlı tarixi qondarmalıqdan azad
olan milli dövlətinədir. Biz, Azərbaycan adı altında farsçı-şuubi molla faşizminin
ömrünü pipli, kravatlı panfaşizmilə dəyişməyə çalışanlara nəfəs aldırmayacayıq.
Doğruki, mediamız yoxdur, paramız, gücümüz, profesional təşkilatlanma imkanlarımız
azdır. Ancaq, millət boyda vicdanımız, şərəfimiz və yüz minlərlə ölməyə-öldürməyə
hazır
Bozqurdlarımız vardır. Bu isə, bizi bütün dünya çapulçularından,
sömürgəçilərindən uzaq tutmağa yetir. Biz, Trampı Tanrı qədər qudsallaşdıran, az qala
adına xütbə oxudanlara, millətimizin gücünü heçə sayanlara da bənzəmirik. Biz,
Sazıqaraların, Şəriətmədarilərin dilincə böyük ulusumuzu qovm adlandırmırıq.
Milyonlarca özünü Azərbaycan Türk Milləti adlandıranların gözünə baxa-baxa: ”Siz
QOVM,sız, Əqvam,sınız” deyə, böyük Türk millətini İranı Əqvam kimi aşağılamırıq.
Tərsinə ulu millətimizin min illik dövlətçiliyinə dayanaraq, yenidən istiqlal umudunu
yüksəltməyə çalışırıq. Millətimizin bölgənin altın çağının qızıl açarı olduğunu yadına
salırıq!
Siz, İkili siyasətinizi – Əslində irançı siyasətinizi – sürdürün! İran uğruna
konfraslar çağırın. Hər nə olursa arxanızda bir 5-ci kalon vardır! Biz, millətimizin
sönməz işığına, sonsuz gücünə dayanaraq, (Güney) Azərbaycan Milli Hərəkatı,nı
qurtuluş yolunu açıq saxlamağa çalışacayıq!
Yaşasın ”Güney Azərbaycan Türk Cümhuriyyəti”
Güney Azərbaycan Qurtuluş Partiyası-
İnformatik və Araşdırmalar Bölümü-
Sorumlu Əkbər (Akın) Dilməqanı
2025-04-20