By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan Qurtuluş Partiyasının Əliəkbər Vilayətinin Müdaxiləçi Bəyanatına Cavabı
Paylaşın
Bildiriş
Son Xəbərlər
1 Mehr / 23 Sentyabr – İranda Farsdilli Təhsil İlinin Açılışı ilə Bağlı Uluslararası QDT- lərə və İlgili Orqanlara Çağırış
Bildirilər
1 Mehr / 23 Sentyabr – İranda Fars Məktəblərinin Açılışı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Xalqımıza Müraciəti
Bildirilər
Güney Azərbaycan Qurtuluş Partiyasının Əliəkbər Vilayətinin Müdaxiləçi Bəyanatına Cavabı
Bildirilər
9 Sentyabr: İzmir’in Qurtuluşu Və Cümhuriyyət Xalq Partiyası’nın Quruluşu
Bildirilər
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Güney Azərbaycan Qurtuluş Partiyasının Əliəkbər Vilayətinin Müdaxiləçi Bəyanatına Cavabı
Bildirilər

Güney Azərbaycan Qurtuluş Partiyasının Əliəkbər Vilayətinin Müdaxiləçi Bəyanatına Cavabı

Milli Qurtuluş
Paylaşın
5 Min Oxu
PAYLAŞIN

Güney Azərbaycan Qurtuluş Partiyasının
Əliəkbər Vilayətinin müdaxiləçi bəyanatına cavabı

İran İslam Respublikasının Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayətinin Avropa ravvinlərinin (xaxamları) konfransına ev sahibliyi edən Azərbaycan Respublikasına qarşı səsləndirdiyi son bəyanatlar nəinki müasir siyasi məntiqdən uzaqdır, hətta bir daha göstərir ki, Tehran rejimi Azərbaycanın milli suverenliyinə və müstəqil siyasətilərinə qarşı köhnəlmiş, müdaxiləçi və geriyə dönük baxışını davam etdirir. Tehran faşist molla rejimi, Bakının hər bir müsbət diplomatik addımını isə özünə təhdid kimi qəbul edir.
Vilayəti, İranın son dörd onillik ərzində ekspansionist və böhran yaradan xarici siyasətinin əsas və baş memarlarından biri olaraq, yenə də köhnəlmiş ideoloji və irticaçı dil ilə mədəni-dini bir tədbiri “təxribat layihəsi” kimi təqdim etməyə çalışır və bölgədə dinlərarası sülh və mədəni diplomatiyanın inkişafına mane olmaq istəyir. O, Avropa yəhudi liderlərinin Bakıda toplaşmasını “xətt pozuntusu” və “şiə mənafeyinə zidd” adlandırır. Halbuki Azərbaycan Respublikası, əhalisinin əksəriyyəti şiə olmasına baxmayaraq, illərdir dinlərarası tolerantlıq, məzhəb müxtəlifliynə hörmətin və qlobal cəmiyyətlə konstruktiv əməkdaşlıq sahəsində uğurlu modelini dün yaya təqdim etmişdir.
• Bu bəyanatlar Azərbaycanın mədəni və diplomatik siyasətinə açıq müdaxilədir. Azərbaycan dövləti öz müstəqilliyini qətiyyətlə qoruyur və xarici siyasətini öz milli və strateji maraqları əsasında müəyyən edir, heç bir ideoloji diktəyə boyun əymir və heç bir güc tərəfindən təhqir və təhdidə məruz qalmağa icazə verməz.
• Vilayəti dini anlayışları öz məqsədlərinə uyğunlaşdıraraq şiəliyi Tehranın inhisarçı siyasətinin xidmətinə vermək istəyir. Halbuki Azərbaycanda şiəlik dözümlülük, ağıl və dinlərə hörmət prinsipləri üzərində qurulmuş, insani və qlobal bir sima qazanmışdır.
• Dinlər və məzhəblər üzrə beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycanın diplomatik və mədəni yetkinliyinin göstəricisidir və tam əksinə, Tehran rejiminin qapalı, monopolist və gərginlik yaradan siyasətinin iflasdır.
• Şiəliyi müdafiə etdiyini iddia edən bir rejim, illərdir Güney Azərbaycanın şiə türklərinə, azadlıqsevər düşüncələrə və öz xalqının insan haqlarına qarşı ən sərt repressiyaları həyata keçirir, bu iddia yalnız siyasi riyakarlıqdan başqa bir şey deyil.
• Vilayətinin Türklərə qarşı düşmən mövqeyi və Azərbaycan millətini təhqir edən çıxışları heç kimə sirr deyil. Onun bu son açıqlamaları da həmin düşüncə xəttinin davamıdır ki, Türk xalqlarının mədəni və siyasi müstəqilliyini hədəfə alır.
• Azərbaycan Respublikası bu cür təşəbbüslərlə dünyaya göstərir ki, dinlər, mədəniyyətlər və xalqlar arasında körpü rolunu oynaya bilər. Məhz bu məqamdan Tehran rejiminin qorxduğu nöqtədir, çünki Bakının azad və açıq dünyagörüşü, İranın qapalı ideoloji modelini iflasa uğratmışdır.

Güney Azərbaycan Qurtuluş Partiyasının açıq şəkildə bildirir ki:
➢ Vilayətinin sözləri, bölgə siyasətinə realist analiz deyil, təcrid olunmuş bir rejimin qorxusu və uğursuzluğunun göstəricisidir.
➢ Biz Azərbaycan Respublikasının beynəlxalq arenada müstəqil, müasir və çoxtərəfli siyasətini tam şəkildə dəstəkləyirik.
➢ İran rejimi bilməlidir ki, xalqlar üzərində “vasilik dövrü” bitmişdir. Azərbaycan heç vaxt Tehranın müdaxiləçi siyasətinə boyun əyməyəcək.

Güney Azərbaycan Qurtuluş Partiyası, fəxrlə bildirir ki, biz Azərbaycan Respublikasının və Prezident İlham Əliyevin dini diplomatiya, dinlərarası sülh və yanaşı yaşaması və qlobal cəmiyyətlə əməkdaşlıq sahəsindəki siyasətini qürurla dəstəkləyir. Avropa ravvinlərinin (xaxamları) konfransına ev sahibliyi etmək, Bakının siyasi və mədəni yetkinliyinin göstəricisi olmaqla yanaşı, bölgədə dini ekstremizmə və ideoloji monopoliyaya verilmiş güclü cavabdır.
Azərbaycan Respublikası bu addımı ilə bir daha sübut etdi ki, müasir Türk sivilizasiyasının qurulması yolunda Şərqlə Qərbin, İslamla Yəhudiliyin, ənənə ilə modernliyin arasında körpü rolunu uğurla yerinə yetirir.
Güney Azərbaycan Qurtuluş Partiyası xəbərdarlıq edir ki, Azərbaycan milləti heç vaxt heç bir xarici şəxs və ya qurumun təhdid və təhqir dili ilə onun mədəni və siyasi müstəqilliyini sual altına almasına imkan verməyəcək. Biz hər cür istismarçı və təhqiramiz baxışa qarşı güclü şəkildə dayanırıq və Azərbaycan Respublikasının müasir, insani və qlobal siyasətini tam şəkildə dəstəkləyirik.
Bu gün Bakı dinlərin və məzhəblərin dinc və birgəyaşayış paytaxtıdır, Tehran isə İslam dünyasında repressiya, ayrı-seçkilik və böhranın simvoluna çevrilmişdir. Bu tarixi fərq, Vilayəti və onun kimilərin bütün iddialarına verilmiş praktik və sarsıdıcı cavabdır.

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
Siyasi bölüm başqanı: Əli Eşqi BalaTürk
15.09.2025

 

You Might Also Like

1 Mehr / 23 Sentyabr – İranda Farsdilli Təhsil İlinin Açılışı ilə Bağlı Uluslararası QDT- lərə və İlgili Orqanlara Çağırış

1 Mehr / 23 Sentyabr – İranda Fars Məktəblərinin Açılışı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Xalqımıza Müraciəti

9 Sentyabr: İzmir’in Qurtuluşu Və Cümhuriyyət Xalq Partiyası’nın Quruluşu

Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun

Məhbus Milli Fəalların Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Qurulması İlə İlgili Bəyanatı

Milli Qurtuluş Sentyabr 15, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə 9 Sentyabr: İzmir’in Qurtuluşu Və Cümhuriyyət Xalq Partiyası’nın Quruluşu
Növbəti Məqalə 1 Mehr / 23 Sentyabr – İranda Fars Məktəblərinin Açılışı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Xalqımıza Müraciəti

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

1 Mehr / 23 Sentyabr – İranda Farsdilli Təhsil İlinin Açılışı ilə Bağlı Uluslararası QDT- lərə və İlgili Orqanlara Çağırış
Bildirilər Sentyabr 16, 2025
1 Mehr / 23 Sentyabr – İranda Fars Məktəblərinin Açılışı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Xalqımıza Müraciəti
Bildirilər Sentyabr 16, 2025
Güney Azərbaycan Qurtuluş Partiyasının Əliəkbər Vilayətinin Müdaxiləçi Bəyanatına Cavabı
Bildirilər Sentyabr 15, 2025
9 Sentyabr: İzmir’in Qurtuluşu Və Cümhuriyyət Xalq Partiyası’nın Quruluşu
Bildirilər Sentyabr 9, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?