By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: 1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)
Paylaşın
Bildiriş
Son Xəbərlər
1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)
Gənəl Gündəm
2006 MAY GiYAMININ 20-Cİ İL DÖNÜMÜ MÜNASiBTİ İLƏ
Gənəl Gündəm
SAYĞI DƏYƏR AĞSAQQALIMIZ “USTAD YUSUF DƏSTANI İTİRDİK!”
Gənəl Gündəm
Avropa Parlamenti tərəfindən Azərbaycan Respublikasına qarşı qəbul edilmiş əsassız və qərəzli qətnamə ilə bağlı GAQP bəyanatı
Bildirilər Siyasət
ustad Heydər Abbasi (Barışmaz) vəfatı ilə bağlı başsağlığı
Bildirilər Ədəbiyyat və Mədəniyyət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Gənəl Gündəm > 1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)
Gənəl Gündəm

1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

 

1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)

 

May-Xurdad ayaqlanmasının 20-ci il dönümü ilə bağlı
Güney Azərbaycan Qurtuluş Partiyasının bildirişi(
2006-cı ilin May ayında Güney Azərbaycanın başda Təbriz olmaqla bir çox şəhərində başlayan xalq ayaqlanması tarixə “Xordad Hərəkatı” olaraq yazıldı. Bu hadisələr yalnız təhqiramiz və aşağılayıcı bir karikaturaya qarşı ani reaksiya deyildi; bu, on illərlə davam edən milli ayrı-seçkilik, kimlik inkarı, siyasi basqı və sistemli assimilyasiya siyasətlərinə qarşı Azərbaycan Türk Millətinin toplu etirazı idi.
Təbrizdən yüksələn milli hayqırış qısa zaman içində Urmu, Ərdəbil, Zəncan, Sulduz, Xoy, Marağa və digər Türk şəhərlərinə yayıldı. Küçələrdə yüksələn səslər bütün dünyaya bir həqiqəti göstərdi:
Güney Azərbaycan türkləri öz milli kimliyini, dilini və tarixi varlığını qorumaqda qərarlıdır.
“Haray-haray mən türkəm!” şüarı isə Xordad Hərəkatının simvoluna çevrilərək sonrakı illərdə Güney Azərbaycan Milli Hərəkatının kollektiv yaddaşında milli kimliyin açıq və qorxusuz ifadəsinin tarixi nidası kimi yaşamağa davam etdi.
Xordad Hərəkatının əsas özəlliyi onun milli xarakter daşıması idi. Bu ayaqlanma:
• İran farsçı-şuubi sistemində Türk dilinin hüquqlarının danılmasına,
• Türklər başda olmaqla qeyri-fars millətlərin milli ləyaqətinin sistemli basqılara məruz qalmasına,
• mərkəzçi və rasist dövlət siyasətlərinə qarşı azadlıq iradəsinin yüksəlişinə,
• Güney Azərbaycanın tarixi, siyasi, iqtisadi və ictimai varlığının inkar edilməsinə
qarşı xalqın öz dili ilə verdiyi açıq milli cavab idi.
Farsçı-şuubi İran dövlət sisteminin sərt qarşı verməsi, geniş həbslər, təhlükəsizlik basqıları və silahlı müdaxilələri Azərbaycan Türk Millətinin iradəsini qıra bilmədi. Əksinə, Xordad Hərəkatı Güney Azərbaycanda milli şüurun daha da güclənməsinə və Azərbaycan Milli Hərəkatının yeni mərhələyə daxil olmasına səbəb oldu.
Bu ayaqlanmadan sonra:
• Azərbaycanda, Tehranda və Qaşqayı bölgəsində milli öyrənci hərəkətləri genişlənməyə başladı;
• İran daxilində və dünya miqyasında milli diaspora təşkilatlanmaları canlandı;
• milli media və internet şəbəkələri yurd içində və dışında daha fəal siyasi-mədəni xətt qazandı;
• Türk kimliyi uğrunda kültür mübarizəsi kütləviləşərək farsçı ideolojinin qondarma “Azəri” projesini ciddi şəkildə sarsıtdı;
• çox sayda milli fəalın təqibə məruz qalması ilə yeni “özünü sürgün” dalğası başladı.
XORDAD HƏRƏKATININ TARİXİ HÖKMÜ
Xordad Hərəkatı göstərdi ki:
Bir millətin dili yasaqlana bilər.
Onun fəalları həbs edilə bilər.
Onun gəncləri sürgünə məcbur edilə bilər.
Amma bir millətin milli yaddaşı əsla yox edilə bilməz.
Min illərlə bu coğrafiyaya dövlətçilik, ədalət, özgürlük, eşitlik və yerli dillərin yaşama haqqını qazandırmış Azərbaycan Türk Millətinin milli hafizəsini silmək heç bir basqı rejiminin gücü daxilində deyildir.
Bu gün Xordad Hərəkatı yalnız keçmişin bir xatirəsi deyil; o, Güney Azərbaycan Milli Hərəkatının çağdaş tarixində milli dirənişin, siyasi oyanışın və azadlıq iradəsinin yaşayan simvoludur.
Yaşasın Güney Azərbaycan!
Yaşasın Azərbaycan Türk Millətinin azadlıq iradəsi!
Milli şəhidlərimizin xatirəsi unudulmaz!

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
2026-05-20

 

https://milliqurtulus.com/wp-content/uploads/2026/05/WhatsApp-Video-2026-05-20-at-5.14.15-PM.mp4

 

You Might Also Like

2006 MAY GiYAMININ 20-Cİ İL DÖNÜMÜ MÜNASiBTİ İLƏ

SAYĞI DƏYƏR AĞSAQQALIMIZ “USTAD YUSUF DƏSTANI İTİRDİK!”

İTB TV-NİN İŞƏ BAŞLAMASI UĞURLU OLSUN

Araz News Radiosunun Uydu Yayımına Başlaması Qutlu Olsun!

Qardaş Türkiyənin Milli Futbol Takımı Dünya Kubokunda!

GAQP May 20, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə 2006 MAY GiYAMININ 20-Cİ İL DÖNÜMÜ MÜNASiBTİ İLƏ

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)
Gənəl Gündəm May 20, 2026
2006 MAY GiYAMININ 20-Cİ İL DÖNÜMÜ MÜNASiBTİ İLƏ
Gənəl Gündəm May 19, 2026
SAYĞI DƏYƏR AĞSAQQALIMIZ “USTAD YUSUF DƏSTANI İTİRDİK!”
Gənəl Gündəm May 9, 2026
Avropa Parlamenti tərəfindən Azərbaycan Respublikasına qarşı qəbul edilmiş əsassız və qərəzli qətnamə ilə bağlı GAQP bəyanatı
Bildirilər Siyasət May 5, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?