GÜNEY AZƏRBAYCAN MİLLİ QURTULUŞ HƏRƏKATININ DÜZÜGÜ (NİZAMNAMƏSI)
1. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının (bundan sonra Milli Qurtuluş və ya GAMQH)
ümumi prinsipləri.
1.1. “Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı”–Milli Qurtuluş, ingiliscəsi ilə “South Azerbaijan
National Liberation Movement”– Milli Qurtuluş, Azərbaycanın Güneyinin milli qurtuluşu və
Azərbaycan Türk Cümhuriyyətinin yaranmasını, Quzey Azərbaycanın milli – dövlətləşməsini,
Azərbaycanın yenidən bütövləşməsini, işğalçı güclərin iştirakı ilə işğal olunmuş torpaqlarımızın
azadlığı , müasir , azad , demokratik, hüquqi dövlətinin yaratmasını özünün əsas məqsədi hesab
edərək , Türk millətçilərini öz sıralarında birləşdirmyə çalışır.
1.2. Milli Qurtuluş, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycan
türkünü və Türk soydaşlarını Güney Azərbaycanın milli qurtuluşu və istiqlalı uğrunda birləşməyə
çağırır.
1.3. Milli Qurtuluş, Quzey Azərbaycanda gedən demokratikləşmə cəhdlərini “Azərbaycan Milli
Hərəkatı”ndan ayrı tutmayır, Respublikamızın güclənməsi, demokratikləşməsi və çağdaşlaşması
uğrunda iştirak etməyi özünün vaz keçirilməz haqqı hesab edir.
1.4. Dünyanın harasında Azərbaycanlı varsa, Milli Qurtuluş orada təşkilatlanma işləri aparır.
1.5. Milli Qurtuluş hərəkatının nizamnaməsini qəbul edən , Güneyin milli qurtuluşu yolunda
mübarəzə aparmaq istəyən hər kəsin, azad , demokratik təməllər üzərində qurumda üzvlüyü
sərbəstdir.
1.6. Milli Qurtuluş, beynəlxalq hüquq və qanunlara uyğun olaraq fəaliyyət göstərir .
1.7. Milli Qurtuluşun maliyələşməsi ianələr həmçinin hərəkatın qanunla imkan verən fəaliyyəti
hesabına aparılacaq .
2. Milli Qurtuluşun məqsədi.
2.1.Dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan türklərini bütövləşmə və dövlətləşmə
uğurunda təşkilatlandırmaq, Qafqazlardan, Zaqroslara çəkilən Azərbaycan yaylasının tək bir
yurd olmasının həqiqliyinii elmi yollarla gündəmə gətirmək, Milli Qurtuluşun əsas məqsədidir.
2.2. Azərbaycan Türk Millətinin bütövləşməsinin və qurtuluşunun düşmənləri olan rus və farsı
dayanmadan açıq tanıtmaq, Türk miliyyətçiliyinin əsas görəvidir. Bu baxımdan Milli Qurtuluş
olaraq, gəncliyimizin müasir təhsil almasını vacib hesab edir .
2.3. Azərbaycanda öncüllük və çağdaşlıq şərti demokrasidir. Milli Qurtuluşun başlıca
çabalarından biri insan qafasının istismarına və onun kötü yönləndirməsinə son verməkdir.
Demokratikləşmənin ən baş düşməni tək adamlıq zehniyyətdir. İstər hüquqi, istərsədə həqiqi
baxımdan, tək adam yönətim zehniyyəti çağdaş insanlıqla yaxından-uzaqdan əlaqəsi yoxdur.
Milli Qurtuluş, bir milli-siyasi qurum olaraq demokrasi yolunu kəsən tək adamlıq yönətimlərin
bütün türlərinə qarşıdır.
2.4. Ölkədə ulusal düşüncə ürətimilə məşğul olan mərkəzlərin ən öncül və modern teknolojiyə
yiyələnməsi şərtdir. Bütöv Azərbaycan ideyası ilə Güneyin milli qurtuluş hərəkatına yön verən
kiçik çaplı eyitim timlərinin yaranması böyük uğurdur. Bağımsız Azərbacyan yurdaşı,
demokrasinin, insan haqlarının, özgürlüyün, laikliyin eyitimini Milli Qurtuluş mücadiləsinin
sürəcindən öyrənməlidir. Çünki, bu günün öyrəncisi kəsinliklə özgür Güney Azərbaycan Türk
Dövlətinin öyrətməni, yönəticisi olacaqdır.
2.5. Güney Azərbaycan Türk Dövlətinin yaranması, Bütöv Azərbaycan dövlətçiliyinin danılmaz ön
şərtidir. «Bütöv Millət, Bütöv Vətən yolu Güneyin qurtuluşundan keçər!» Ancaq, Güneyin
qurtuluşundan sonra, Türk Dünyasının qudsal ülküləri gərçəklik tapar!
2.6. Qarabağın işğalı Vətənin işğalı deməkdir. Bu ulusal yaranın sonlanması ulusal savaşdan
keçər! Savaş isə, ulusal inanca bağlı olan qorxmaz liderlik istər. Quzey Azərbaycan Dövləti,
iqtidarı və müxalifəti ilə tək yumuruq olaraq, millətimizin qəhrəman ordusuna inandı! Bu inanc,
Azərbaycan üçün 500 illik sürəkli yenilgilərdən sonra ilk ulusal zəfəri qazandırdı. 44 günlük 2-ci
Qarabağ savaşında Azərbaycan-Türkiyə qardaşlığı millətimizin qurtuluşu yolundakı inancını
ülküsəlləşdirdi. Milli Qurtuluşun ülküyə inancı Qarabağda eynilə sərgiləndi. Həmin ülküsəl inanc
yolbaylığında kəsinliklə 3-cü Qarabağ zəfərilə Güneyin milli qurtuluşu az bir zaman içində
gərçəklik qazanacaqdır.
2.7. Çağdaşlığın ən önəmli ön şərtlərindən biri olan latin əlifbası, eyn zamanda çağdaş Türk
ölkələrinin ortaq yazı sistemi kimi genişlənməkdədir. Rus kiril əlifbası ilə ərəb və fars qapsamlı
islam qrafiklərinin Türk Dünyasının birliyinə vurduqları zərbə gün kimi aydındır. Çağdaş
düşüncənin gələcək nəsillərə ötürülməsi, ölkənin geri qafalıqdan qurtuluşu deməkdir. Latin
əlifbası bu yolun şah damarıdır. Latin Qrafikalı Türk dilinin Azərbaycandakı rolu, ölməz İ.
Kaspralının “dildə, dişdə, İşdə” devizilə əsas ölçümdür.
2.8. Güneyin kəskin milli qurtuluşu, Quzeyin isə demokrasi ilkələri üzərində irəliləməsi Milli
Qurtuluşun vazkeçirilməz yol xəritəsidir. Buna görə, bağımsız mediaya, özgür ilətişim gücünə
yetişmək üçün neçə dilli bilgi paylaşım teknolojisinə, çeşidli bilgi qaynaqlarına yiyələnmək
gərəkir. Milli Qurtuluşa görə, Güney-Quzey ayrıntısı olmadan Azərbaycan mediasının yönətici
mərkəzi olmalı və bu mərkəzin Türkiyə və Türk topluluqları iç-içə çalışması gərəkir.
3. Milli Qurtuluşda üzvlük.
3.1. Milli Qurtuluşda üzvlük könüllü, iradəli və şəxsidir. Milli Qurtuluşa üzvlük şərti qurum
ilkələrini, düzüyünü qəbul etməklə və üzvlük haqqı ödəməklədir.
3.2. Azərbaycanın Güneyinin qurtuluş savaşında iştirak etməyi qəbul edən, Qarabağ başda
olmaqla, Dərbəndin, Borçalının, Göyçə-Zəngəzurun, Astaranın, Ərakın, Akbatanın işğaldan
qurtuluşuna inanan, 50 milyonluq Azərbaycan Türk Millətinin şərəfini, ləyaqətini, uca tutan hər
bir Türk və Azərbaycanlı şəxsin dinindən, dilindən, soyundan asılı olmayaraq Milli Qurtuluşda
üzv olması maniəsizdir.
3.3. Milli Qurtuluşun çalışma dinamikası bölgələr üzrə uyğunlaşır. Özgür ölkələrdə, Quzey
Azərbaycanda, Türkiyədə üzvlərin açıq və yarım açıq çalışması maniesiz olsa da, Güney
Azrbaycandə və işğal olunmuş başqa yerlərimizdə üzvlük tək anlamıyla gizlilik ilkəsinə dayanır.
3.4. Milli Qurtuluşda üzvlük ilqarla, sırdaşlıqla, özverilə ölçülür. Düşmənlərlə gizli ilişki qurmaq,
qurumun iç paylaşımlarını, saxlarını dışarıya sızdırmaq milli duyarsızlıq və sərt tutumuyla
xəyanətdir. Belə durumlarda duyarsızlıq amili dənətim qurulu tərəfindən sorğulanır,
duyarsızlığın sürməsilə qurumdan uzaqlaşdırılaraq ifşa olunur.
3.5. Milli Qurtuluşda sıradan xətaların qarşılığı, ilk uyarı, yazılı uyarı, keçici uzaqlaşdırma, kəskin
uzaqlaşdırma kimi cəzalar uyğulanır. Qərara qarşı durmaq cəzalı üzvünün demokratik haqqıdır.
Yönətim bu bağlamda şaxsi yenidən dinlənilməsini sağlamalı, cəzanı gözdən keçirməlidir.
3.6. Milli Qurtuluşdan uzaqlaşmaq hər üzvün şəxsi haqqıdır. Normal durumda qurumdan
uzaqlaşmaq, yalnız üzvün ölümünə bağlıdır.
3.7. Milli Qurtuluş üzvlərinin yönətim orqanlarına yüksəlmə şansı azaddır, üzv, işlərin
gedişatında nəzarət edib, təklif və şikayət vermə haqqına malikdir. Yönətim Quruluna bir başa
ərizə ilə müraciət edər, qurumun iş planlarını müzakirə edə bilər .
3.8. Milli Qurtuluş, gərəkən yerdə üzvündən aktiv olmasını istəyər. Qurumun çalışmalarında,
kütləvi aktlarda, toplantılarında aktivlik etmək, quruma, sorumlulara bağlı qalmaq üzvünün
önəmli görəvlərindən sayılır. Yönətim izni olmadan, üzvünün qurum adına rəsmi yerlərdə çıxış
etməsi doğru deyildir.
3.9. Ulusal əxlaq, Azərbaycan Milli Hərəkatının anlamıdır. Azərbaycam Milli Hərəkatının böyük
çatısı altında anlam daşıyan milli əxlaq, Milli Qurtuluşun da, ən önəmli ilkəsi sayılır. Buna görə,
qurum üzvlərinin milli əxlaq sınırı Milli Qurtuluşda tanımlanan cizgiləri aşmamalı, Türk
əxlaqçılığında sınırlı qalmalıdır.
4. Milli Qurtuluşun Qurultayı
4.1. Qurultay, Milli Qurtuluşun yüksək orqanıdır. Normal şərtlər içində iki illik, basqılı
zamanlarda isə olanüstü qurultay və ya yetgili üst düzeyli toplantı, qurumu əlində tutan orqan
sayılır.
4.2. Qurultay seçilmiş üzvlərin iştirakı ilə keçirilir. Yaşadığı yerdən asılı olmayaraq seçilmiş üzv
qurultayda iştirak etmə haqqını qazanır.
4.3. İlkələr, ülkülər, dövlətçilik proqramı, düzük, simgələr, ana bəlgələr qurultayda qəbul olunur.
Qurultay, Milli Qurtuluşun Yönətim Qurulunu seçir, qurumun orqanlarını oluşdurur, görəv verir
və yetkili çəxslərdən hesabat istəyir.
4.4. İki qurultay arası Milli Qurtuluşun yönətilməsinin sorumlusu qurultayda seçilən Yönətim
Quruludur.
4.5. Olan üstü qurultayların keçirilməsi üç durumda gərçəkləşır: a) Başqanın istəyi və YQ-nin
%51 onayı ilə, b) YQ-nin %75 İstəyilə, c) mandatlı üzvülerin %51-səs çoxunluğu ilə.
4.6. Dövrə arası Yönətim Qurulunun gərəkcəsilə işə alınan üzvülərin rəsmiləşməsi ilk qurultayın
onayı ilə tamamlanır.
4.7. Milli Qurtuluşun qapadılması, qurultayın 2/3 səs çoxunluğu ilə gərçəkləşə bilər.
4.8. Qapanış qurultayının və rəsmi prosedurunun keçirilməsi üçün 3 nəfərlik “Vəkalət Heyəti”
yaranır.
5. Milli Qurtuluşun Yönətim Qurulu
5.1. Yönətim Qurulu (YQ), Qurultayda seçilir və iki qurultay arası Milli Qurtuluşun proqıramı və
düzüyü qarşısında sorumluluq daşıyır.
5.2. YQ Milli Qurtuluşun gündəmilə bağlı gərəkli bölümlər yaradır. Yaradılan bölümlərin
təsdiqini növbəti qurultaya sunur.
5.3. YQ ən azından ayda iki oturum yapır. Qurumun toplantı sistemi canlı və ya internet aracılığı
ilə gərçəklənir.
5.4. YQ toplantıları sadə səs çoxluğu ilə rəsmiləşir.
5.5. YQ xətalı üzvünün müzakirəsini və ya üzvülüyünü dondurulmasını sadə səs çoxluğu ilə
masaya oturdur. Ancaq xətalı üzvün qurumdan kəsin uzaqlaşdırılması qurultayın onayına
bağlıdır.
6. Milli Qurtuluşun bölgəsəl təşkilatları
6.1. GAMQH, gücü çatan hər hansı bölgə, ölkə və şəhərdə öz bölümlərini yarada bilər. Bu
bölümlər milli, siyasi, kültürəl və gərəkən çeşidli formalarda fəaliyyət göstərə bilər.
6.2. Ölkədən ölkəyə dəyişən çeşidli bölümlər “Bölgə Bölümü” adıyla yaranır. Bölmə başçısı isə
“Bölgə Elçisi” ünvanı ilə səslənir. Örnək: Almaniya Bölgə Elçisi.
6.3. Bölgə Elçisi, Milli Qurtuluş Örgüdləndirmə (Təşkilat) Bölümü aracılığıyla YQ-yə bağlanır.
Örgüdləndirmə Bölümü başçısının istəyi və YQ onayı ilə Milli Qurtuluş YQ üzvü seçilir.
6.4. “Bölgə Bölümü” Milli Qurtuluşun düzüyünə sadiq qalaraq, özümlü və bölgəyə uyğun
düzənlənir.
6.5. “Bölgə Bölümü” təşkilatlarının toplantısı ayda ən azından bir kərə olmaq üzrə keçirilir.
6.6. “Bölgə Bölümləri” toplantısı hər üç ayda ən azından bir kərə keçirilir. Toplantıya Təşkilat
Başçısı ilə yanı-sıra “Bölgə Elçiləri” iştirak edir.
6.7. Bölgə Bölümləri əlilə toplanan üzvülük haqqlarının %60-ı bölgəyə aid olduğu halda, qalanı
Milli Qurtuluşun gənəl maliyyə hesabına göndərilir.
6.8. GAMQH-nin Azərbaycan və Türkiyə cümhuriyyətlərindəki bölümlərinin oluşumu 6.cı
maddədən özgündür.
6.A. GAMQH-nin Azərbaycan və Türkiyə Cümhuriyyətlərindəki Təşkilat Bölümləri
6.A.1. GAMQH-nin Azərbaycan və Türkiyə bölümləri yerəl duruma uyğun qurumsallaşır,
Başqanlıq Katibliyilə Başqana bağlanır.
6.A.2. Azərbaycan və Türkiyə dövlət varlığı Türk Dünyası kimi GAMQH-nin də qırmızı cizgisidir.
GAMQH-nin Azərbaycan və Türkiyə bölmələri bu özəlliyin dışana çıxmamalıdır.
6.A.3. Azərbaycan və Türkiyə dövlətlərinin iç və dış siyasəti GAMQH-nin bağımsızlığını öz etkisi
altına almamalıdır.
6.A.4. GAMQH-nin Azərbaycan və Türkiyə bölümləri, iki cümhuriyyətimizin iqtidarı və müxalifəti
ilə eyn dostuq, qardaşlıq və əməkdaşlıq içində siyasət yürüdür.
6.A.5. GAMQH-nin Azərbaycan və Türkiyə bölümlərinin başlıca fəaliyyəti media və mətbuat üzrə
yüğunlaşmalıdır.
6.A.6. Bölümlər, Milli Qurtuluşun maliyyə qaynaqlarından yararlanır, Başqanlıq Katibliyi ilə
Yönətim Qurulu və qurultaya hesabat verir.
6.A.7. Azərbaycan və Türkiyə bölümləri, GAMQH Təşkilat Bölümündən bağımsız olduğu halda,
sürəkli koordinasiyada olur.
6.A.8. Azərbaycan və Türkiyə bölümlərinin sorumlusu, Azərbaycan Bölüm Başçısı və Türkiyə
Bölüm Başçısı adlanır.
7. Milli Qurtuluşun Güney Üzrə Dayanışma və Fond Bölümü
7.1. Güney Azərbaycanda gərgin milli azadlıq savaşı gedir. Sözsüz ki, Azərbaycanın qurtuluşu
uğruna canından, malından və bütün yaşam varlığından keçən milli qəhrəmanlarımız az deyil.
Milli Qurtuluşun ən önəmli görəvi bu igidlərin haqlı səsini dünyaya çatdırmaqdır.
7.2. Azərbaycanın milli qurtuluşu uğrunda farsçı rejimin basqılarına uğramış bütün igidlərimizin
dünya görüşündən, qurum və ideolojik bağlantısından asılı olmayaraq fərdi və ailəvi ehtiyacları
təmin olunmalıdır. Bu haqda Milli Qurtuluşun GÜDFB var olan ulusal və kürəsəl qaynaqlardan
mali imkanlar axtarmalı və gərəkən yollarla AMH-ə çatdırmalıdır.
7.3. Faşist rejim, bir çox hallarda milli fəalların körpə uşaqlarını, ailə varlığını, iş yerlərini və
sosial haqlarını vəhşi hədəfinə məruz qoyur. Bu iş rejimin alışdığı anti bəşəri zehniyyətin
ürünüdür. Sözsüz ki, Milli Qurtuluşun bu qonuları da ələ alması gərəkdir.
7.4. Azərbaycan Milli Hərəkatı (AMH) gün keçdikcə farsçı rejimin qorxulu yuxus olur. Bu üzdən
rejimin AMH-ə qarşı olan vəhşiliyi daha da aqresivləşir. Milli Qurtuluş, rejimin aqresivləşən
vəhşiliyinə uğramış AMH-ə bağlı ailələrə yardım etmək üçün bütün imkanlarını işə salmalıdır.
7.5. Milli Qurtuluş, GÜDFB ilə Qadın, Eşidlik, İnsan Haqları bölmələri arasında bütün alanlarda
yaxın ilişkilər olmalıdır. Bu iki bölümün işbirliyi bir çox hallarda Milli Qurtuluşun təməl ulusal
ideolojisi ilə üst-üstə düşməyə bilər. Belə ki, bu iki bölüm geniş olaraq çox alanlı insan və qadın
haqları örgütlərilə ilişkidə olabilər, işbirlikləri qurabilər. Sözsüz ki, bu qonularda Milli Qurtuluş
Yönətim Qurulunun (MQYQ) tövsiyələri diqqətə alınmalıdır.
7.6. Bu bölüm, Milli Qurtuluşun gənəl büdcəsindən maliləşir, çalışma raporu Yönətim Quruluna
və YQ aracılığıyla qurultaya təslim edilir.
8. Milli Qurtuluşun Qadın-Eşidlik, İnsan Haqları Bölümü
8.1. Qadın insanlığın anasıdır. Qadına hər türlü basqı insanlığa qarşı cinayət sayılır. Çağdaş
dünyada bütün gərçək demokrasilərin kökündə qadın-ərkək eşidliyi dayanmaqdadır.
Fundamentalist farsçı rejimin qadına qarşı çağdışı vəhşi baxışı fars olmayan millətlərə iki qat
cəhənnəm yaratmışdır. Milli Qurtuluşun qadın düşməni olan rejimə qarşı apardığı mücadilə eyn
zamanda qadın haqlarının qorunması uğrunda bir sosial savaşdır.
8.2. Milli Qurtuluş, belə hesan edir ki, Azərbaycanın milli qurtuluş savaşı Türk qadını üçün ən
gərəkən özgürlük, eşidlik və insanlıq alanıdır. Bu üzdən, AMH-nda Türk qadınlarının yeri nə bir
addım geri, nə bir addım irəli olaraq, ərkəklərlə omuz-omuza olmalıdır.
8.3. Milli Qurtuluş, qadın-ərkək, insan haqlarının eşidliyinin yaranmasının özülünü ortaq
mücadilədə, ortaq paylaşımda və ortaq sonucda görür. Bu o deməkdir ki, ortaq savaşın gətirdiyi
bütün qanunların oluşumu qadın, ərkən ayrımçılığı olmadan yalnızca insanlıq adına gəlişməlidir.
8.4. Milli Qurtuluşun Qadın-Eşidlik, İnsan Haqları Bölümü (QEİHB) məhz bu iddialara dayanaraq
qadın eşidliyini öz siyası yolu seçən çeşidli qurum-quruluşlarla görüşlər keçirməli, ortaq işlər
görməlidir.
8.5. Bu bölüm, Güneydə gedən milli mücadilənin tutuqlu qadınlarının dünya üzrə hayqıran səsi
olmalıdır. Bu qonularda QEİHB ilə GÜDFB arasında sıx işbirliyi gərəkir.
8.6. Bu bölüm, Milli Qurtuluşun gənəl büdcəsindən maliləşməli, işlərinin hesabatını Yönətim
Quruluna və YQ – ar acılığıyla qurultaya rapor veməlidir.
8.7. Bu bölümün başçısı qadınlara özəl toplantılarda, konfranslarda, eyləmlərdə GAMQH
başqanının vəkili kimi çıxış etmə etkisinə sahibdir.
9. Milli Qurtuluşun Təşkilat Bölümü
9.1. Milli QurtuluşunTəşkilat Bölümü, qurumun çalışma metodunu seçir, onu yönəldir. Bu
alanda gərəkli yöntəmlər planlaşdırır. Ən uyğun yönətim formasını sağlayır.
9.2. Milli Qurtuluşda üzvülük siyasətini üstələnir. Bu yöndə yeni üzvülərin sağlamlığını araşdırır.
Yeni üzvülərin sorum almasını və hansı bölümə uyğun olmasını araşdırır.
9.3. Milli Qurtuluşun konfransları, toplantıları və gərəkən eyləmlərinin keçirilməsini üstələnir.
Bu görəvləri düzgün yerinə yetirmək üçün bölüm iç işçi qurumlar yaradır.
9.4. Milli Qurtuluşun gənəl büdcəsindən maliələşir. Yapdığı bütün işlərin hesabatını YQ və onun
aracılığıyla qurultaya rapor edir.
9.5. Milli Qurtuluşun bölgə, ölkə, şəhər və bütün təşkilatlandırma strategiyasını (Azərbaycan və
Türkiyə Cümhuriyyətləri dışında), Güneyin dəyişkən qoşullarıyla bağlı uyğunlaşdırır və yönəldir.
9.6. Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin bölümlərı özəl şərtlərə bağlı olduğu üçün bir
başa GAMQH Başqanlık Katibliyinə hesabat verir və strategiya bəlirləyir.
9.7. Milli Qurtuluşun iç düzənini ələ almaq üçün qurum bölmələrinin iç düzüyünü tələb və
təsdiq edir
10. Milli Qurtuluşun Yayım və İlətişim Bölümü
10.1. Milli Qurtuluşun internet, təbliğat, ilətişim və yayım işlərini üstələnir. Bölümün geniş alanlı
olduğu üçün özgün qollar yaranır.
10.2. Bölüm içi qolların eşid, özgün və bir-birilə uyğun çalışması olduqca gərəklidir. Hər gün yeni
boyudlar alaraq, genişlənən sanal dünya timsəl çalışmalar tələb edir.
10.3. Bölüm içrə çalışmaların təhlükəsizliyini göz önünə alaraq, bölüm içrə saldırılarına qarşı
savunma qrupu yaranır.
10.4. Milli Qurtuluş, adına Lobbi və diyaspora çalışmalarda bulunur. Bu yöndə ölkəmizin
gərçəklərini uluslararası insan təşkilatlarına və hüquq orqanlarına çatdırır.
10.5. Milli Qurtuluşun ülkülərini, milli ideyasını, stratejik planlarını evrənsəl alanda yaymaq
amacıyla tele-radio və çeşidli internet alanları yaradır.
10.6. Bölüm içi internet qolları eyləmlərilə bağlı özümlü finans sahibi olur. Yönətim Qurulu və
YQ aracılığıyla qurultaya hesabat verir
11. Milli Qurtuluşun İnformatik və Milli Araşdırmalar Bölümü
11.1. Bu bölüm, Milli Qurtuluşun bilimsəl və stratejik araşdırmalarını üstələnir. Bu bağlamda
bölüm iç işçi quruplar yaradır.
11.2. Türk Dünyası və Azərbaycanın ulusal kimliyini, tarixini, dilini, gündəmini araşdırır.
11.3. Qurumun gələcək planlarını və milli-siyasi yönlərini araşdırır, ölkə, bölgə və kürəsəl
gəlişmələri anba-an incəlir.
11.4. Ulusumuzun aydın yaşamını qaranti altına alacaq dövlət proqramları üzərində çalışmalar
aparır. Bu qonular üzrə bilgiləndirmə və təbliğat üzrə bületenlər yayır.
11.5. Başqa qardaş təşkilətlar ilə ortaq iş planları irəli sürür və bu haqda gərəkən görüşlərin
necəliyini sağlayır.
11.6. Milli Qurtuluşun gənəl mali qaynaqlarından yararlanır. Yönətim Qurulu və YQ aracılığıyla
qurultay qarşısında sorumluluq daşır.
12. Milli Qurtuluşun Finans və Ekonomi Bölümü
12.1. Milli Qurtuluşun amacları, görüşləri və eyləmlərinin finans edilməsi qurumun Finan və
Ekonomi Bölümünün görəvidir.
12.2. Milli Qurtuluşun ilk mali qaynağı olan üzvülük haqqının toplanması və finans edilməsi bu
bölümün üzərindədir.
12.3. Finans və Ekonomi gəlir qaynaqlarının araşdırlmas, fond işlərilə yaxından ilişkidə olması
bölümün ən önəmli görəvi sayılır.
12.4. Bölüm Yönətim Qurulu və YQ aracılığıyla qurultaya hesabat verir.
13. Milli Qurtuluşun Dil, Kültür, Tarix və Toplum Bölümü
13.1. Ulusumuzun harda yaşamasından asılı olmayaraq bir ad altında toparlanmasının ən önəmli
özüldaşı dil və kültürdür.
13.2. Dil, Kültür və Tarix işığında aydınlaşan bir toplumun qlavuz çirağı sönməzdir.
13.3. Milli Qurtuluşun ən gərəkən işlərindən sayılan dil və kültür bölümü gecə-gündüz bilmədən
çalışmalı, panfarsizmin milli əritmə strategiyasını çürütməlidir.
13.4. İran adlanan yerdə və dışarıda geniş alanda çeşidli dərnəklərin yaranması ulusal amacımıza
yöntəm verəcək ən doğru yoldur. Bu bağlamda dünya üzrə dərnəklərin yaranması, bütün milli
fəalların ən gərəkən işlərindən sayılır.
13.5. Yuxarı bəndləri həyata keçirmək üçün Milli Qurtuluşun Dil, Kültür, Tarix və Toplum Bölümü
bir başa görəvlidir.
13.6. Bölüm, Milli Qurtuluş tərəfindən maliləşir, Yönətim Qurulu və YQ aracılığıyla qurultaya
hesabat verir.
14. Milli Qurtuluşun Siyasi Bölümü
14.1. Siyasi Bölüm, Milli Qurtuluşun gündəm güzgüsüdür. Bu bölüm, Milli Qurtuluşun gündəmini
həyata keçirməsini üstələnir.
14.2. Milli Qurtuluşun başqa bölümlərinin siyasal gündəminin dinamikasını oluşdurur.
14.3. Milli Qurtuluşun Siyasi Bölümünün başqa önəmli görəvi Güneyin milli-siyasi gündəmini
dünyada əks etdirməkdir.
14.4. Milli Qurtuluşun Siyasi Bölümünün yöntəmləri ilə bağlı çeşidli qollar yaranır. Ancaq,
yaranan qolların YQ onayı ilə olması gərəkdir.
14.5. Başqa bölümlər kimi, siyasi bölüm də YQ aracılığıyla qurultay qarşısında sorumluluq daşır.
14.6. Milli Qurtuluşun politik sorumlusu olan bu bölümün başçısı özəl durumlarda GAMQH
başqanının siyasi vəkili kimi görəv daşıyır.
14.7. Bölüm, Milli Qurtuluş tərəfindən maliləşir, Yönətim Qurulu və YQ aracılığıyla qurultaya
hesabat verir.
15. Milli Qurtuluşun Uluslararası İlişkilər Bölümü
15.1. Milli Qurtuluşun Uluslararası İlişkilər Bölümü, Hərəkatın evrənsəl ilişkilərini üstələnir. Bu
bölüm, Milli Qurtuluşun kürəsəl genişlənməsi üçün proqramlar sunur, sorumluluq daşır.
15.2. Milli Qurtuluş Başqanının hər hansı nədənlə uluslararası ilişkilərdə olmaması durumda,
Uluslararası İlişkilər Bölümü başçısı başqan vəkilik görəvini daşır.
15.3. Milli Qurtuluş başqanının istəyi və Yönətim Qurulunun onayı ilə Uluslararası İlişkilər başçısı
tək başına və ya seçilən heyətlə birlikdə uluslararası görüşlərdə GAMQH-i təmsil edir.
15.4. Daha geniş işləm üçün bölüm iç işçi qurumlar yaradır. Yönətim Qurulunun onayı ilə bölüm
içi görəvlilər seçir.
15.5. Bölüm, Milli Qurtuluş Yönətim Qurulu və YQ aracılığıyla qurultay qarşısında surumluluq
daşır.
15.6. Milli Qurtuluşun Uluslararası İlişkilər Bölüm başçısı, gərəkən durumlarda Başqanın
uluslararası ilişkilər vəkili kimi görəv daşıyır.
15.7. Bölüm, Milli Qurtuluş tərəfindən maliləşir, Yönətim Qurulu və YQ aracılığıyla qurultaya
hesabat verir.
16. Milli Qurtuluşun Gənclik və İdman Bölümü
16.1. Şübhəsiz ki, gənclik və idman hər toplum üçün ayrılmaz obyektiv və sübyektiv bir
bütünlükdür.
16.2. İdman bütün alanlarıyla bir toplumun şənliyinin, sağlamlığının, dayanışmasının,
yüksəlişinin və tək anlamıyla milli və evrənsəl tablosunun görüntüsüdür.
16.3. Farsçı şuubi rejimin gənçliyi etkisiz duruma düşürməsinin ən yıxıcı çabası uyuşdurucu və
farslaşmış şiəçilikdir. Rejim, olduqca bu iki anti Türk silahdan olduqca yararlanır. Milli
Qurtuluşun ən önəmli işlərindən biri Azərbaycan Türk gəncliyini rejimin bu bataqlığından
qurtarmaqdır. Bu bağlamda idman alanlarında aydınlandırıcı sloqanların dizay edilməsi və milli
fəallar tərəfindən yayılması çox gərəkli işdir.
16.4. Milli Qurtuluşun Gənclik və İdman bölümü, Azərbaycanın Güneyində gedən bütün idman
olaylarını izləməli, oralarda fəal olmalıdır.
16.5. Farsçı rejimin Azərbaycana qarşı geniş alanlı siyasal, ekomomi və toplumsal ayrı-seçkilik
strategiyası sürür və buna qarşı, Türk gəncliyi tarixsəl alışqanlığına dayanaraq, gənəldə İran
İslam Respublikasının ən sağlam milli varlığı sayılır. Rejim, bütün gücü ilə sağlam yaşamı
Azərbaycan toplumundan çalmağa çalışır.
16.6. Gəncliyimizin idman yerlərində fəal olmasıyla rejimin bu çirkin strategiyası içdən
çürüyəcəkdir. Milli ruhlu, sağlam bədənli və mutlu qalmağa çalışan Türk gənci qarşısında min
boyalı rejim tuzaqları bir-bir başına yıxılacaqdır.
16.7. Bu qapsamda, milli anlam daşıyan “Traxtur Kültür və İdman Klubu”nun sıralarında fəal
olmaq, ən azından rejim əlinin qıssalmasında böyük rol oynayacağı şübhəsizdir.
16.7. Milli Qurtuluşun Gənclik və İdman Bölümü, bütün bölümlər kimi Milli Qurtuluşun
tərəfindən maliyələşir. Öz fəaliyyət raporunu YQ – na verir və YQ aracılığıyna qurultaya sunur.
17. Milli Qurtuluşun Təhlükəsizlik Üzrə Özəl Blölümü
17.1. Milli Qurtuluşun gündən-günə böyüməsi Hərəkatımızın ən önəmli və başlıca amaclarından
biridir. Bu qapsamda böyüməklə birlikdə güvənlik qonusu da olduqca gərəklidir.
17.2. Sözsüz ki, uluslararası sanal dünyada təhlükədən uzaq qalmaq olduqca çətin işdir. Bu
bağlamda GAMQH-in sağlam qalması, özəlliklə farsçı rejimin təhlükəsindən uzaq tutulması üçün
sürəkli izləyiş və axtarış gərəkməkdədir.
17.3. Titiz davranmaq, təhlükəli nöqtələri kor etmək bu bölümün hər an hərəkətdə olmasını
tələb edir.
17.4. Milli Qurtuluşun Təhlükəsizlik Üzrə Özəl Blölümü, hər hansı yalnış gedişatı GAMQH
Başqanıyla paylaşmalıdır. Bu bağlamda bölüm başçısının YQ-yə rapor hazırlaması gərəkmir.
Bölümün raporları ancaq Başqana verilir. Başqan isə həmin raporu incələmək üçün gərəkən
işləmləri irəli sürür.
17.5. Bölüm, Milli Qurtuluşun gənəl büdcəsindən yararlanır. Özəl raporunu Başqana sunur.
18. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Sözcüsü
18.1. Güney Azərbaycan Milli Qurtuluş Hərəkat Sözcüsü, Başqan tərəfindən önərilir və YQ-də
onaylanandan sonra görəvə başlayır.
18.2. Milli Qurtuluşun Sözçüsü, YQ – in işlərini yaxından izləyir, Hərəkatın rəsmi baxışlarını doğru
biçimdə dünya mediasına ötürür.
18.3. Milli Qurtuluşun media işlərində yaxından əməkdaşlıq edir, həmin mərkəzdən qurumun
rəsmi bilgilərini yayımlayır.
18.4. Başqanın istəyi və YQ – n onayı ilə toplantılarda, görüşlərdə GAMQH-i təmsil edir.
18.5. Milli Qurtuluşun Başqanının istəyi üzrə, onunla birlikdə rəsmi görüşlərdə iştirak edir,
gərəkən bilgilər paylaşır.
18.6. Güney Azərbaycan Milli Qurtuluş Hərəkat Sözcüsünün fəaliyyət dayrəsi qurumun
büdcəsindən təmin edilir.
18.7. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Sözcüsü, Başqanın istəyi ilə, YQ üzvüləri içindən
seçilir və İki qurultay arasında iş dönəmi sürəci üçün qurultayın onayı ilə seçilir.
19. GAMQH-nın Başqan Müavinləri, Müşavirləri və Katibliyi
19.1. Başqan, Yönətim Qurulu tərkibindən özünə yardımçılar (1.ci müavin və müavinlər),-
müşavirlər seçir, Katiblik qurur.
19.2. Atanan görəvlər üçün YQ-yə baş vurur. YQ-nin sadə səs çoxunluğu ilə müavinlərini və
müşavirlərini görəvləndirir.
19.3. Başqanın olmadığı özəl durumlarda, 1- ci müavin qurultayadək onun işlərini irəli sürür və
GAMQH-na rəhbərlik edir.
19.4. Başqan, bütün durumlarda öz müavinləri və müşavirlərilə koordinasiya toplantıları qurur,
toplantıların sonucunu YQ-yə rapor edir.
19.5. Başqan, çevik hərəkət yaratmaq üçün GAMQH-nin başkanlıq katibliyini yaradır. Onun
işlərinə nəzarət edir.
20. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Başqanı
20.1. Milli Qurtuluşun ulusal çıxarlarının gənəl təmsilçisi, baş danışmanı Başqandır.
20.2. Milli Qurtuluşun adından toplantılara, eyləmlərə, göstərilərə və çeşidli etkinliklərə qatılır.
20.3. Milli Qurtuluşun toplantılarını yönləndirir. Bölmələrin çalışmasını yaxından izləyir. Qurum
içrə gərəkli dəyişikliklərin müzakirəsini açır.
20.4. GAMQH-nin daha effektiv olması üçün özünə yardımçılar, müşavirlər seçir, katiblik yaradır
və onay üçün YQ-ə sunur.
20.5. Milli Qurtuluşun ayaqlanması yolunda həqiqi və hüquqi şəxslərlə ilgiyə keçir və ilgili
qurumlarla işgüzar görüşlər keçirir.
20.6. GAMQH Başqanı, qurultayda seçilir. İki qurultay arası qurumun gənəl başqanı olaraq
sorumluluq daşır.
20.7. Yönətim Qurulunda olan çatışmazlıqların qaynağını aradan qaldırmaq üçün olan üstü
qurultay çağırır.
20.8. Xətalı gördüyü YQ üzvüsünü işdən alınması və ya qurultaya qədər görəvindən
uzaqlaşdırılmasını YQ-ə bildirir.
20.9. Başqan, GAMQH-nin qurultayını açır. Milli Qurtuluşun iki qurultay arası gənəl raporunu
sunur. Soruları yanıtlayır. Yeni Yönətim Qurulu seçkisi üçün varolan YQ-nin işdən azad olmasını
istəyir. Qurultayın sürməsini qurultayda seçilən Qurultay Divanına tapşırır.
20.10. Başqanın Yönətim Qurulu dışında gizli iş yönətməsi kəsinliklə olumsus sonuclara yol
açabilər. Belə olan halda, YQ-nin ¾ oy çoxunluğu ilə Başqanın soruşdurması başlayır. Sonuc
olumsuz olarsa, sadə səs çoxluğu ilə Başqan görəvini gələn qurultaya qədər “Başqanın 1-ci
yardımçısına” (müavini) tapşırılır.
20.11. Hər hansı nədənlə, iki qurultay arası Başqan görəvi boş qalarsa, Başqanın 1-ci yardımçısı
başqan vəkili hökmü ilə keçəri olaraq GAMQH – a liderlik edir. Bu görəv, YQ-nin sadə səs
çoxunluğu ilə növbəti qurultaya qədər rəsmiləşir.
21. Milli Qurtuluşun qapanması
21.1. Qurultayın ¾ iradəsi ilə Milli Qurtuluş, öz işinə son verir.
21.2. Milli Qurtuluşun sonlanma sürəci qurultayda seçilən 3 nəfərlik Qapatma Qrupuna
tapışırılır.
21.3. Milli Qurtuluşun daşınar-daşınmaz varlıqlarının həlli Qapatma Qurumunun insiativinə
verilir.
21.4. Milli Qurtuluşun rəsmi ləğvindən sonra kimsə onun qapadılması üzündən suçlu və ya
sorumlu tutulmur.
21.5. Milli Qurtuluşun qapanışından sonra, yenidən canlanması təqibsiz, manesiz və olumlu
sayılır. Hər hansı eski yönətim qurulu üzvünün bu qapsamda etiraz etməyə haqqı yoxdur.
“GÜNEY AZƏRBAYCAN İSTİQLALI”, “BÜTÖV AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ”
VƏ “TURAN EVİ” YOLUNDA İRƏLİ!
GÜNEY AZƏRBAYCAN MİLLİ QURTULUŞ HƏRƏKATI