DOĞU DÜNYASININ İLK CÜMHURİYYƏTİNİN 106-CI İLDÖNÜMÜ QUTLU OLSUN!
Azərbaycan Xalq Cümhuriyyətinin il dönümü ilə bağlı
Güney Azərbaycan Milli Qurtuluş Partiyasının Bildirişi
28 /May/1918 da, Azərbaycan Türk Milləti saysız sülalə hakimiyyətlərinin ardından modern dövlətçilik sistemində ilk milli cümhuriyyıtini elan etdi. Yer üzünün ilk Türk və müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti eyn zamanda doğunun ilk demokratik təməlləri üzərində qurulan parlament və hüquq dövləti sayılaqdadır. Bir birindən özgün İcra, qanun və cəza üçgeni üzərində qurulmuş demokratik dövlətçiliyinin təməlləri o zamanın və məkanın şərtlərinə görə çox irəlilərdə olsa da, dirənişini bir an axsatmadan bütün maneələrə qarşı 23 aylıq ömrü ilə Azərbaycan Türk Millətinə dövlətçilik gələnəyi bağışladı. Unudulmaz adları ilə Azərbaycan Cümhuriyyətinin dövlət tağında sonsuz yaşayacaq M. Ə. Rəsulzadə başda olmaqla Fətəli xan Xoylu, Həsən Ağayev, Nəsib Yusifbəyli, Xəlil Xasməmmədov, Məmmədhəsən Hacı kimi yüzlərcə Azərbaycan Türk aydını özünü və bütün ailəsini milləti və dövləti uğrunda qurban verdi. Onlar, yeni soluxlanmış Rusiya imperiyasının sömürgəçiliyinə son qoymaq üçün heç çəkinmədən parçalanmış yurdlarının quzey bölümündə istiqlal elan edərək sonsuz qəhrəmanlıq sərgilədilər. Bu Doğu,Türk və müsəlman aləmində Rus bolşoviklərinə qarşı ilk milli qurtuluş hərəkatı idi.
Azərbaycan Cümhuriyyətinin elan mövcudiyyət bəyannaməsi 28/mayıs/1918- Tiflis
Bakı neçə yönlü işğal altındaydı. Erməni silahlıları qızıl və ağ Rus orduları ölkəmizin quzeyini əldə saxlamaq üçün dəridən-qapıqdan çıxırdılar. Bu üzdən M. Ə. Rəsulzadə davadaşları ilə birlikdə Tiflisdə ilk bildirini yaydılar. Artıq ox aydan çıxmışdı. Geri addımın anlamı qalmamışdır. Cümhuriyyət kağız üstə deyil, obyektiv varlığa çevrilməli idi. Bu üzdən dərhal Milli Şura yaranmalı və xalqı öz qəhrəman oğullarına inandırmalı idi. Tiflis Azərbaycanın Sürgün Kabinəsinin ilk durağı oldu – 28/may-16/iyun. Gəncə gənc Azərbaycan Cümhuriyyətinin ikinci durağı – 17/ iyun/- 17 sentyabr. Və sonunda Ənvər Paşa və yerli birliklərinin mücadiləsilə azad olunmuş Bakıda Cümhurriyətin varlığı sürdü – 18/sentyabr- 1920/ 28 aprel.
1919-cu il Paris Barış Konfransında ACX xarici İşlər Nazirliyi sarından sunulan Azərbaycan dövlət xəritəsi
1919-cu il Paris Barış Konfransında Azərbaycanın rəsmi dövlət xəritəsi 113900 km2 torpaq genişliyində AXC Xİ nümayəndə heyəti tərəfindən konfransa sunuldu. Bu xəritə bir çox ölkə tərəfindən rəsmiyyət qazandı.
Cümhuriyyətinin sürətlə böyüməsindən qorxuya düşən Kommunist Bolşevik dövlətinin Qızıl ordusu 28 aprel 1920 tarixində Bakıya girdi. ”Azərbaycan Xalq Cümhuriyyəti”nin 23 aylıq ömrü sonlansa da,”Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz!” fəlsəfəsi son bulmadı. M. Ə. Rəsulzadə və dava arxadaşlarının qaldırdıqları bayraq 71 sonra milyonlar Azərbaycan türkünün qutsal dövlətçilik mücadiləsinin milli simgəsi olaraq göylərə yüksəldi.
Parçalanmış Azərbaycanın yenişdən yoxuşa doğru sxematik özəti:
- 1783-cü il Georgiyevsk anlaşmasından başlayaraq, Çar İmperiyasının Azərbaycana yürüməsi sürətləndi. İlk öncə Azərbaycan xanlarını Türk Qacar dövlətinə qarşı silahlandırdı. Sonra isə onları özünə bağlamaq üçün Pavel Sisianova məmuriyyət verdi. Sisianovun Gəncə və böyük çevrə uğurundan sonra, qarabağ, Şəki, Şirvan xanlıqları gündəmə gəldi. Çarizmin 20 illik işğal planı addım-addım amacına oluşmuşdu. Artıq bu xanlıqların topunu ayrı-ayrı Çar İmperiyasına bağlamaq zamanı çatmışdı.
- 1805-ci il gəncə yaxınlığında yerləşən Kürəkçay vadisi Sisianovun diplomatik mərkəzi olmuşdur. Həmin vadidə Azərbaycan xanlarının bir-bir Çar imperiyasına tabe olması ayrı-ayrı bağlanma andlaşmaları ilə tarixə Kürəkçay anlaşmaları adı ilə keçmişdi. Həmin müqavilələrə görə, Qarabaq, Şəki, Şirvan xanlıqları ilə yanı-sıra öncədən işğal olmuş Gəncə xanlığı bütünlüklə Çar Rusiyasının qarantısı altında Qacar Türk dövlətinə qarşı Rus ordusunun ön cəbhəsi olmuşdur.
- 1/yanvar/1813-cu il Gülüstan anlaşması ilə Çar Rusiyanın zəfəri bir başa Qacar Türk dövlətinin üzərində təsbitləşdi. Kürəkçay anlaşmasının tərsinə bu səfərki ikili müqavilə rəsmi dövlətlər arasında bağlandı. Kürəkçay anlaşmalarını qəbul etməyən Qacar Türk dövlətilə Rusiya dövləti arasında zaman-zaman yenişli -yoxuşlu 8 illik savaşın son həlqəsi Lənkəranın çar tərəfindən işğal olunması ilə son bulmuşdu. Həmin gülüstan müqaviləsindən sonra Azərbaycanın Quzeyi hardasa bütünlüklə Çar imperiyasının işğalına keçdi. Qacar dövləti əlavə olaraq rəsmi şəkildə Gürcüstan və Dağıstan iddialarından uzaqlaşdı. Gülüstan anlaşmasının ağır şətləri altında artıq Azərbaycanda xanlıqlar dönəmi də bitmiş oldu. Rusiya bir başa Azərbaycanın quzeyini öz ordu mənsubları əlilə idarə etməyə başladı.
- 10/fevral/ 1828-ci il Türkmənçay Anlaşması Azərbaycan bütövlüyünə vurulan ən ağır, acı və dağıdıcı darba oldu. 16 maddənin bütünü Rusiya sarından diktə olaraq, Qacar Türk heyətinin imzası ilə tarixə düşən bəlkə də dünyanın ən ağır barış şərtli oldu. Gülüstan anlaşmasını islama qarşı başı aşağılıq sayan qanmaz din mərcələrinin Qacara qarşı cahad təhdidindən dolayı ikinci savaşa qalxan hardasa bütünlüklə Azərbaycan türklərindən oluşan Qacar ordusu bu kəz 3 illik savaş sürəcində Təbrizi də əldə verərək Türkmənçay mahalında Azərbaycanın rəsmi şəkildə ikiyə bölünməsinə imza atdı. Həmin anlaşmaya görə, qismən də olsa öz xanlığına hakim olan Naxçıvan və başqa bölgələrində xanlıqları ləğv edilərək Çar dövlətinin torpağlarına bağlandı.
- 25/oktobr/1917-ci ilin qışında Çar İmperiyasının ömrünə son qoyuldu. Viladimir İliç Linin, Lev Trotski kimi Kommunist və sosialist birləşmələri Rusiyanın yarı kapıtalist, yarı feodalist sisteminə son qoydular. Rusiyanın iç çəkişmələri bütün qeyri rus bölgələr kimi Quzey Azərbaycanda da olumlu hava yaratdı. Rus imperiyasının qabıq dəyişməsilə qafqazda, Türküstanda, Baltıklərdə və fərqlı yerlərdə istiqlal səsləri ucalmağa başladı. 1918-c ilin başlarında Azərbaycan Ermənistan və Gürcüstan ortaqlığında Trans Qafqaz Cümhuriyyəti yarandı. Çox keçmədən Gürcüstan üçlükdən müstəqil özünü cümhuri elan etdi. Trans qafqaz ittifaqi dağıldı.
- 28/may/1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti varlıq bildirisini yaydı. (yuxarı sətirlər)
- 28/aprel/1920-ci ildə Bolşevik Qızıl Ordusu Bakını işğal edərək Musavat ittifağı hakimiyyətinə və AXC dövlətçiliyinə son verdi.
- 1/yanvar/1990 Sovet SSRİ dövlətçiliyi yıxıldı. Sovet dövlətinin yıxılması ilə keçmişdə müstəqil dövlətlər olmuş 14 yeni çümhuriyyət yarandı. Rusiya dövləti sovetin varisi olaraq 12 federal muxtar bölgənin tərkibində yeni status aldı.
- 29/dekabr/1991-ci ilində ümumxalq referendumda Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası millətin %95 oylaması ilə elan olundu. Aylar öncədən başlayan aktların sonucu olaraq həmin günü Azərbaycan Cümhuriyyətin yeni doğuşu kimi adlandırmaq yalnış olmaz.
- 7/iyun/1992-ci ildə Azərbaycan Respublikasının ilk demokratik prezident seçkilərində Əbülfəz Elçibəy 71 il sonra müstəqil Azərbaycanın M.Ə. Rəsulzadənin ardından ikinci rəsmi dövlət başçısı oldu.
- 3/oktyabr/1993-cü ildə Heydər Əliyev Ə. Elçibəyin yerinə Azərbaycan Respublikasının 3-cü prezidenti oldu. Azərbaycan Cümhuriyyətinin 3-cü prezidenti ömrünün sonuna qədər dövlət başçısı olaraq görəvini yerinə yetirdi.
- 31/oktyabr/2003-cü ildən mərhum atasının yerinə keçən İlham Əliyev Azərbaycanın 4-cü prezidenti olaraq Cümhuriyyətin ən müsuliyyətli dönəmini rəhbərlik edir. Heç şübhəsiz ki, İlham Əliyevin Qarabağın düşməndən azad olunmasındakı danılmaz rolu tarixdən silinməyəcəkdir.
- 15/dekabr/1925-ci ildə Rus və İngiltərənin işbirliyi ilə Qacar Türk hakimiyyətinin 7-ci şahı təxtindən endirildi. Güney Azərbaycan bütün milli varlığı ilə Fars dövlətinin sömürüsü oldu. Təxminlərə görə, şu anda 40 milyonluq Azərbaycanda və ana torpaqlardan uzaq düşən Türk soylu toplum farsçı-şuubi mola rejiminin ağır basqısı altında yaşam savaşı verməkdədir.
Güneyin dövlətçiliyi və bütüöv Azərbaycanın yenidən qurulması ümidilə!
Azərbaycan Milli Qurtuluş Partiyası başqanı Eldar Qaradağlı
28/may/2024