İran bu tarixdə hücum edə bilər- Ehtimal
İran avqustun 5-də, bazar ertəsi İsrailə hücum edə bilər.
Bu barədə “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verib.
“Üç ABŞ və İsrail rəsmisi bildiriblər ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər”, – deyə nəşr bildirib.
Bundan əvvəl “Sky News Arabia” telekanalı Qərb kəşfiyyat məlumatlarına istinadən İranın Tişa BeAv, yəni yəhudilərin matəm günü İsrailə hücum planlaşdırdığı xəbərini yaymışdı.
Xatərladaq ki, iyulun 31-də İsmayıl Haniyənin Tehranda öldürülməsinin məsuliyyətini İsrail öz üzərinə götürməyib.
Buna baxmayaraq, İran tərəfi heç bir sübut təqdim etmədən İsrailin HƏMAS-ın Siyasi Bürosunun liderini öldürməkdə günahlandırıb və buna görə bu ölkəyə qısas hücumu edəcəyini bildirib.
Haniyənin öldürülməsinə görə, SEPAH-ın təhlükəsizlik bölməsi 20-dən çox şəxsi həbs edib.
Onların arasında yüksək rütbəli zabitlər və Haniyənin qaldığı mehmanxananın əməkdaşları da var.