BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU!
3-CÜ BÖLÜM
(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli Araşdırmalar Bölümü)
İranın terrorist rejimi, Kürd terror şəbəkələrini dövlət etməyə çalışaraq, hüdudlarını böyük kürdüstan olaraq təbliğ edir. Bu isə, Güney Azərbaycanla yanı-sıra Türkiyənin də içini terror caynağına çevirmək çabasıdır. Farsçı molla rejimi, bir yandan Kürd, başqa yandan isə Erməni kartını əldə tutmaqla Türkiyə və Azərbaycana sürəkli basqı etməyə çalışır.
Rejimin əlindəki URMU proyekti ölüm-qalım hökmü daşır. Zəngəzur Dəhlizini də bu stragiyanın içində görmək gərəkir. Qarabağ zəfərilə Fars faşizminin şeytan sifəti üzə çıxınca ortada gizli kart oyunu qalmamışdır. URMU, Xankəndi, Zəngəzur, Kürd və Erməni de-fakto olaraq üç ölkənin arasındakı qapanmamış gənəl hesabın hissələridir!
TÜRKİYƏ-AZƏRBAYCAN URMU GƏRÇƏYİNƏ BİGANƏ QALMAMALIDIR!
Göründüyü kimi farsçı fundamentalist rejimin ən böyük amacı və qayəsi Azərbaycanın yox olmasıdır. 90 il içində Məmləkəte Məhrüsey-e Azərbaycanın(1828-ci ildə Türkmənçay anlaşması ilə parçalanmış Azərbaycanın güneyinin son Qacar durumu) 8 ustana/əyalətə bölünməsi bəs deyilmiş kimi daha da bölünmələri ardı kəsilmək bilməyir. Rejimin planında böyük Azərbaycanın adının xəritələrdən silinməsi vardır. Səhənd və Məkriyan ustanlarının layihəsinin məclisə verməsi də həmin amacın növbəti mərhələsidir.
Böyük xuliqanlıq içində olan şah-şeyx ovbaşların tərsinə, Türk dünyası– milləti və dövlətlərilə, gündən-günə öz zəngin milli-siyasi, kültürəl varlığı ilə kürəsəl gücün parçası olmaqdadır. Artıq, Batı Azərbaycan bir Türk varlığı olaraq, Türk Dövlətləri Təşkilatı masasında müzakirə obyektinə çevrilir. Tehran faşizmi bunu yaxşı bilir ki, qara ömrünün sonları yaxınlaşır. Atalar demişkən:”suda boğulan çöpə sarılar”! Çağdaşlıq, demokratiya, dünyəvi, modern yaşam, özgür insan dönəmində faşizmə – hələ molla faşizminə- heç yer yoxdur! Ancaq, doğal olaraq düşmənin çabalarını diqqətdən yayındırmaq çox böyük xətadır. Rejimin batı Azərbaycanda ortaya qoyduğu çirkin oyunların fəsadlarının qarşısı indidən alınmalıdır. Yoxsa, rejimin məhvilə qoyduğu çirkabın çözümü çox ağır həzinələrə nədən olacaqdır. Farsçı-şuubi rejimin bölgədəki ssenarisinin başlıqları nələrdir?
- Şuubi-farsçı rejim, son illərdə Batı Azərbaycanın Kürdləşməsini açıq-aydın dövlət strategiyasına çevirib.
- Tehranın əlilə Barzani əşirətinin Urmuya çəkilməsinin hızı artıb. Bu siyasətin arxasında PKK uzantısı PJAK roluda vardır.
- İİR-nın DİN nazirinin Batı Azərbaycan, Ərbil, Süleymaniyə, Duhok Kürd valilərilə Urmuda rəsmi görüşünün amacında Tehran Stratejisinin təqdimatı dayanır.
- Bu görüşün Tehranda deyil, məhz Urmuda olması, ayrıca Ərbil valisinin döşündəki böyük Kürdüstan xəritəsinin göstərgəsi bir başa İran Nazirinin əmrilə olmşdur.
- Bu toplantıda, Azərbaycan Cümhuriyyətinin Qarabağ Savaşından öncəsi və sonrası durumu valilərin diqqətinə çatdırılmışdır. Azərbaycan Türk Milləti və Dövlətinin bundan sonra nələrə qadir olacağı Tehran rəsmisi tərəfindən tədirginliklə bəyan edilmişdir. Güclü Quzey Azərbaycanın Güney Azərbaycana verəcəyi gələcək ümidinin boyudları ələ alınmışdır.
- Ayrıca Türkiyə-Azərbaycan dövlətlərinin iç-içə ortaq strategiyasının qarşısını olmaq üçün dörd Kürd valinin Tehran planları ilə hərəkət etməsi nazir tərəfindən diktə edildi. Özəlliklə Türkiyənin bölgəsəl liderliyini əngəlləmək yolunda Kürd valinin bölgədəki terrorist qruplarla işgüzar koordinatlığının artması istənildi.
- Türkiyə və Azərbaycan ilişkiləri ilə yanı-sıra Türk Dövlətləri Təşkilatının obyektiv və subyektiv irəliləyişi nazirin 6 Kürd valiyə axtardığı ən önəmli nöqtələrdən biri idi. Nazirə görə, Kürdlərin İranla iqtisadi, siyasi, ictimai, hərbi, əmniyyəti və bütün alanlarda işbirliyi gərəkdir.
Sözsüz ki, Tehranın ən dərin qayğısı gündən-günə dünyadan təcrid olmasıdır. Halhazırda Tehranla siyasi, ekonomi və sosial ilişkidə olan ölkələrin sayı barmaq sayındadır. Bu ölkələr isə, Tehran rejimi kimi despotik, diktator dövlətlərlə yanı-sıra terror şəbəkələridir. Bu qapsamda, Azərbaycan Avrasiya və Ortadoğu (Yaxın şərq) ölkələrlə üst düzeyli iqtisadi, siyasi, kültürəl, sosial, spor və dostluq ilişkilər qurduğu halda, İran ancaq, Suriya, İraq, Livan, Əfğanistan, Filistin kimi qarmaşıq coğrafiyalarda bayındırdığı terror şəbəkələr ilə ittifaq şansı əldə edir. Bu üzdən, Kürd terror dəstələrini əl üstündə tutmaq üçün Azərbaycanın tarixi torpaqlarını onlara mal edəcəyinə söz verir. Başqa yandan isə, Kürd terrorizmini cənnət vədəsilə özünün peşmergesi halə gətirir. Rejim belə düşünür ki, iki başlı bu siyasətilə həm Azərbaycan Milli Hərəkatını dirənişdən salır. Həm isə, Kürd potensialını yanında saxlamaqla Kürd və Türk millətlərini bir-birinə vurdurur. Bu isə, İran işğalı altında olan millətlər cəbhəsini içdən dağıtmaq üçün ən uyğun yol sayılır.
- Kürd valilərin Türk beşiyi Urmuda toplantı keçirməsi, üstəlik Kirmanşah, Kürdüstan əyalətləri ola-ola Tehranın tərcihinin Azərbaycan torpaqları olması başlı-başına Farsçı rejimin Türklərə olan dərin nifrətinin göstərgəsidir. Antitürk rejimin Kürd kartı ilə məşğul olduğunu diqqətə alaraq, 6 kürd valinin yan-yana düzülərək boy göstərməsi Güney Azərbaycan Milli Hərəkatının, Türkiyə və quzey Azərbaycan dövlətlərinin gözündən qaçması tarixi xətadır! Baxmayaraq ki, Tehranla ittifaq Kürdlər üçün tarix boyu fəlakət olmuş, əşirət ağaları 10-lar kərə Kürd xalqını Tehrana satmış, bundan sonra da satacaqdır!
- Toplantıda İran nazirinin rəsmi rizası ilə böyük Kürdüstan xəritəsi Ərbil valisi –Omed Xoşnav- döşündə sərgilənmişdir. //Qıssa bir izah gərəkir ki, Omed Xoşnav Küdüstan Demokrat Partiyasının (KDP) üst düzeyli şəxslərindədir. O, Kürdüstan milli geyimini və rozetini istifadə etmədiyi üçün dəfələrlə ağır ələşdirilib. Bu vali hər zaman rəsmi kastiyomla diplomatik görüşlərdə olan nadir Kürd liderlərindəndir. Ancaq, bu dəfəki Urmu görüşündə kastiyom deyil, kürd geyimilə İran nazirinin qəbulunda olur. Üstəliklə Kürdüstan bayrağıyla deyil, qondarma böyük Kürdüstan xəritəsilə! Sözsüz ki, Tehranın hökmü olmadan buda olamaz idi.//
3.cü bölümün sonu. Davamı var!
(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli Araşdırmalar Bölümü)