By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan “Ya Qarabağ, ya ölüm!” şüarı ilə ayağa qalxdı
Paylaşın
Bildiriş
Son Xəbərlər
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Bildirilər
Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər
Urmu Səni Səsləyir
Siyasət
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Məktəblərin Açılış Günü İlə Bağlı Bəyanatı
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Güney Azərbaycan “Ya Qarabağ, ya ölüm!” şüarı ilə ayağa qalxdı

Güney Azərbaycan “Ya Qarabağ, ya ölüm!” şüarı ilə ayağa qalxdı

@admin
Paylaşın
2 Min Oxu
PAYLAŞIN

Bu gün İranın paytaxtı Tehran və Azərbaycanın mənəvi paytaxtı olan Təbrizdə, Savalanın ətəyində yerləşən Meşkinşəhr, Ərdəbildə  yüzlərlə insan küçələrə çıxaraq, “Qarabağa  və Azərbaycan Ordusuna dəstək” adı altında mitinq keçiriblər.

Musavat.com bildirir ki, mitinq iştirakçıları “Ya Qarabağ, ya ölüm!”, “Erməniyə himayət, cinayətdir, cinayət!”, “Babəkin balasıyıq, biz ölməyə hazırıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan milləti çəkəmməz bu zilləti!” şüarlarını səsləndirib, Qarabağ döyüşlərində iştirak etməyə hazır olduqlarını bildiriblər.

Videolardan da görünür ki, aksiyaların keçirildiyi küçələrdə İran təhlükəsizlik qüvvələri və polislər var. Lakin buna baxmayaraq, Güney azərbaycanlılar şüarlarını səsləndirib, mitinqə davam edir, Azərbaycan Respublikasının, Ordumuzun yanında olduqlarını nümayiş etdirirlər. Məlumatlara görə, İran polisi aksiyada iştirak edən bir neçə fəalı saxlayıb.

Onu da bildirək ki, artıq bir neçə gündür ki, Güney Azərbaycanın bir çox şəhərində Azərbaycan Ordusuna, dövlətinə dəstək aksiyaları keçirilir, plakatlar qaldırılır. İşğal altındakı Qarabağ bölgəsinin azadlığı uğrunda Azərbaycan Ordusunun irəliləməsi güneydəki soydaşlarımız tərəfindən də sevinc və coşqu ilə qarşılanır. Bütün bu proseslər göstərir ki, hazırda azərbaycanlılar arasında çox güclü milli birlik yaşanır. Bu birliyə nə məsafələr, nə də hər hansı bir siyasi güclər maneə olmaq gücündə deyil.

Qarabağ uğrunda haqq savaşı Şimali və Cənubi Azərbaycan arasında da yeni bir körpü, birlik yaradıb və bu birliyin qarşısında düşmən həm psixoloji, həm mənəvi, Ordumuz qarşısında isə həm də hərbi baxımdan artıq tab gətirə bilmir. Bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.

Xalidə Gəray
Musavat.com

You Might Also Like

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq

Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı

Urmu Səni Səsləyir

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Məktəblərin Açılış Günü İlə Bağlı Bəyanatı

@admin Oktyabr 1, 2020
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə 🔹 Bayraq günü ,Bakıda könüllülər əhaliyə bayraq payladı
Növbəti Məqalə Bir qrup Güney Azərbaycan feminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb
Leave a comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Bildirilər Oktyabr 7, 2025
Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər Sentyabr 28, 2025
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər Sentyabr 27, 2025
Urmu Səni Səsləyir
Siyasət Sentyabr 25, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?