By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: İran şah rejiminin qurbanı: Güney Azərbaycanın azadlığı uğrunda vuruşduğuna görə edam edilmiş Firudin İbrahimi
Paylaşın
Bildiriş
Son Xəbərlər
8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
Super Çempion Azərbaycanın Traxtoru
General
Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı
Bildirilər
GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ
General
2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi
General
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > General > İran şah rejiminin qurbanı: Güney Azərbaycanın azadlığı uğrunda vuruşduğuna görə edam edilmiş Firudin İbrahimi
General

İran şah rejiminin qurbanı: Güney Azərbaycanın azadlığı uğrunda vuruşduğuna görə edam edilmiş Firudin İbrahimi

Son Yeniləmə: 2023/05/22 at 5:14 Axşam
Milli Qurtuluş
Paylaşın
2 Min Oxu
PAYLAŞIN

İran şah rejiminin qurbanı: Güney Azərbaycanın azadlığı uğrunda vuruşduğuna görə edam edilmiş Firudin İbrahimi

Firudin Qəni oğlu İbrahimi 21 noyabr 1918-ci ildə Güney Azərbaycanın Astara şəhərində anadan olub. İbrahimi 1945-ci ildə Tehran universitetinin hüquq fakültəsini bitirib. Tələbə olarkən o, İran Xalq Partiyasının (İXP) sıralarına qoşulub.

Firudin İbrahimi 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə təsis olunan “Ajir” qəzetinin redaksiya heyətinin üzvü seçilib. Onun məqalələri sonralar, həmçinin İXP-nin rəsmi orqanı olan “Rəhbər”, antifaşist “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan “Zəfər” qəzetlərində və digər mətbuat orqanlarında çap edilib. İbrahimi öz məqalələrində Azərbaycana və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yeridən fars şovinistlərinə tutarlı cvb verir, bundan əlavə Azərbaycanın mədəniyyətindən, tarixindən bəhs edir.
 
Firudin İbrahiminin Azərbaycanın tarixindən bəhs edən 19 hissədən ibarət “Azərbaycan danışır… İftixarlı tariximizdən bir neçə parlaq səhifə” başlıqlı yazıları 31 oktyabr – 21 noyabr 1945-ci il tarixləri arasında “Azərbaycan” qəzetinin (Azərbaycan Demokrat Firqəsinin orqanı) 42-60-cı saylarında çap olunub. İbrahimi Azərbaycan Milli Hökuməti (21 Azər Hərəkatı, 1945-1946) dövründə Azərbaycanın qədim tarixinə aid ilk əsərin müəllifi hesab edilir.

O, 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin İran nümayəndəsi, 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak edib.

13 iyun 1946-cı ildə İbrahiminin dəstəsi ilə İranın şah qoşunları arasında Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin binasında baş vermiş 34 saatlıq qeyri-bərabər silahlı müqavimətdən sonra Firudin həbs olunub. O, 6 ay zindanda qalıb.

Firudin İbrahimi 22 (23) may 1947-ci ildə səhər saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda şah hökumətinin əmri ilə edam olunmuşdur. Ölümündən bir az öncə o demişdir: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”.

You Might Also Like

Super Çempion Azərbaycanın Traxtoru

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ

2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransına Mesaj

Milli Qurtuluş May 22, 2023
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə Bu gün Xordad üsyanının 17-ci ildönümüdür
Növbəti Məqalə لحظاتی پیش زمین لرزه‌ای تبریز را لرزاند

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər Avqust 15, 2025
Super Çempion Azərbaycanın Traxtoru
General Avqust 12, 2025
Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı
Bildirilər Avqust 11, 2025
GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ
General Avqust 4, 2025

Son Əlavələr

8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
Super Çempion Azərbaycanın Traxtoru
General

Son Videolar

8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
Super Çempion Azərbaycanın Traxtoru
General
Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı
Bildirilər
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?