Milli fəallar Ərdəbilin farslaşdırma siyasətinin qarşısını almağa davam edirlər
Ərdəbildə yaşayan Azərbaycan Milli Hərəkatının bir qrup fəalı ksenofobiya və Azərbaycan adlarının təhrif edilməsi ilə mübarizə siyasətinə uyğun olaraq, Ata meydanında yerləşən farsca lövhənin adını türkcə ilə əvəz ediblər.
Bundan əvvəl Ərdəbil Bələdiyyəsi “Ata meydanı”nın adını dəyişdirərək “Podar meydanı” qoymuşdur.
Azərbaycanın milli fəalları bildirirlər ki, Azərbaycanın adının dəyişdirilməsi, tarixinin, dilinin, mədəniyyətinin və kimliyinin farslaşdırılması siyasəti Rza Şah Pəhləvinin hakimiyyətə gəlişindən başlayıb və İslam Respublikasının hakimiyyətə gəlməsi ilə davam edib.