By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Ordumuz 24 saata nələri bacardı?
Paylaşın
Bildiriş
Son Xəbərlər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)
GAQP NİZAMNAMƏ
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > General > Ordumuz 24 saata nələri bacardı?
General

Ordumuz 24 saata nələri bacardı?

Son Yeniləmə: 2023/09/21 at 7:09 Axşam
Milli Qurtuluş
Paylaşın
6 Min Oxu
PAYLAŞIN

 

Ordumuz 24 saata nələri bacardı?

 

44 günlük müharibə başlayandan sonra Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində və xarici mediaya verdiyi müsahibələrdə açıqca göründü ki:

– O, Nikolun Şuşaya gəlib, rəqs etməsinə dözmürmüş;

– Ermənistanın qalib ədasını heç bir şəkildə qüruruna sığışdırmırmış;

– Erməni riyakarlığına, bu gün vəd verib, sabah sözündən qaçmaq minüzlülüyünə dözmək fikrində deyilmiş…

Azərbaycanlılar bütün platformalarda danışır, əsəbiləşir, əsib-coşurdular – ancaq İlham Əliyevin daha siyasi və strateji-diplomatik çıxışlarından kənar ifadələrə rast gəlmirdik.

Yalnız 44 günlük savaş zamanı bəlli oldu ki, İlham Əliyev hər bir azərbaycanlıdan, əsl vətəndaşdan qat-qat artıq bu ağırlığı çiynində, ürəyində, ruhunda yaşadır və bu işğala son qoymağın onun tarixi missiyası olduğunu ideal şəkildə hesablayırmış.

Tam zamanına, vaxtına və vədəsinə qədər gözləyəndən sonra ən ideal məqamda “Vur” əmrini verdi.

İlham Əliyev 10 noyabr 2020-ci ildə “Dayan” əmri verəndə bəziləri yenidən dilləndi: “fürsəti qaçırırmışıq”… Ağdam, Laçın, Kəlbəcər kimi ağır relyefli coğrafiyanı müharibənin nəticələri olaraq döyüşsüz geri almağın və yüzlərlə igidimizin canını qoruduğunun fərqinə varmadan danışırdılar.

Nəticə özünü çox gözlətmədi – rayonlar boşaldıldı.

Kimsə düşünmürdü ki, Azərbaycan Ordusu keçmiş Dağlıq Qarabağın ərazisi daxilinə olacaq.

Ordumuz Xocavəndi və Şuşa şəhərini də azad etmişdi.

İlham Əliyev lazımı vaxtda başlamışdı, ən ideal anda, müharibənin nəticələrinin ən yüksək məqamında dayandı!

Lider belə olur; strateq bu cür düşünür – diplomatiya ilə gücü birləşdirir və lazımı anda gücü dayandırmağı, söhbətə başlamağı bacarır.

Aradan keçən 3 il ərzində bir neçə dəfə lokal əməliyyat zərurəti ortaya çıxmışdı: Fərrux, o cümlədən 13-14 sentyabr 2022-ci il döyüşləri.

Nəticələri hər kəsə bəllidir…

***

12 dekabr 2022-ci ildə ekofəallar, 23 aprel 2023-cü ildə “Laçın” postunun qurulması və Ermənistan Baş nazirinin Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması bəyanatı qüdrətli dövlət başçısının apardığı diplomatik danışıqların uğurlu nəticələri idi.

Bu nəticələrin necə əldə olunduğunu düşünəndə heyrətə gəlirsən: qarşında Ermənistana hüdudsuz dəstək verən Avropa Birliyinin siyasi lideri Fransa, güclü erməni lobbisinin olduğu ABŞ durarkən, bunu necə bacardığını yalnız xəyal etmək olar.

Və növbəti oyun – “blokada”, “humanitar fəlakət”…

Aylarla gözləyir; aylarla danışıqlar, təkliflər verilir.

3 il öncə darmadağın olan və kapitulyasiyaya yalvaran erməni separatçı-terrorçuların və İrəvanın iddiaları getdikcə artır; ölkəmiz daxilində səngərlər qazılır, silahlar daşınır, fortifikasiya qurulur, təxribatlar törədilir…

Hamı əsəbiləşir – İlham Əliyev isə dövlət ərkanı ilə məqamı gözləyir!

Erməni separatçılar Ağdam yolunu kəsir, Azərbaycanın humanitar yardımını qəbul etmir, “Azərbaycan çörəyi yeməyəcəyik” deyir – bütün Azərbaycan xalqının əsəbi tarıma çəkilir!

İlham Əliyev diplomatiyada addımlayır, səbir və dözümlə vaxtı özü yetişdirir!

Erməni separatçılar o səviyyəyə çatırlar ki, Azərbaycan və Türkiyə istehsalı olan humanitar yardımı yandıracaqlarını elan edirlər; hətta Ağdamdan gedən Rusiya Qızıl Xaç Cəmiyyətinə məxsus yardım maşınından boşaldılan yükü belə əhaliyə vermirlər – “analizə” göndərirlər, yoxlayırlar və “standartlara uyğun olmasa, məhv ediləcək” deyirlər.

Azərbaycan xalqının əsəbi, dözümü sınağa çəkilir və illərdir çəkilən bu “sınaqdan” dözümsüzlük başlayır.

Hər kəs gözünü İlham Əliyevə dikir. Ancaq…

Tam əmin idim ki, Paşinyanın 2018 ritorikalarını, işlətdiyi ifadələri 2020-ci il müharibəsi gedişində nöqtə-vergülünə qədər xatırladıb, “Noldu, Paşinyan” deyən İlham Əliyev erməni separatçı-terrorçuların Azərbaycandan göndərilən məhsulları yandırmaq, dağıtmaq, Azərbaycana meydan oxumaq dərəcəsində azğınlaşmalarını qətiyyən həzm etməyəcək.

İlham Əliyev kimi xalqının, dövlətinin qürurunu ayağa qaldıran, məğlubiyyət sindromunu sındırıb, Qalib Xalq formalaşdıran bir lider heç bir halda bu meydanoxumanı qəbullanmayacaqdı.

Günlərdir buna hazırlıq da gedirdi – attaşelərin məlumatlandırılması, çıxışlar, diplomatik danışıqlar…

Və məhz ABŞ Senatında Azərbaycana qarşı kəskin çıxış olduğu və Bakının təhdid edildiyi vaxtdan 3-cə gün sonra, ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirdiyi vaxt antiterror tədbiri başladı.

Cəmi bir sutka çəkdi: 19 sentyabr 13:00-da başladı, 20 sentyabr 13:00-da bitdi.

Nəticələr?

Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir, erməni icması Yevlaxda danışıqlara gəlir.

Bu, o erməni separatçılardır ki, yalnız “təhlükəsizlik məsələsinin” müzakirə edilməsinə “razılaşdıqlarını” bildirir, onu da Azərbaycanda deyil, başqa ölkədə, həm də “beynəlxalq platformada” keçirməyə iddialı idilər.

İndisə Yevlaxa gəlirlər – həm də məhz reinteqrasiyanı müzakirə etmək üçün.

Hər kəs bir sual verir: Xankəndiyə – separatçı-terrorçu ocağına niyə girmədik? Separatçılar özlərini buraxdıqlarını elan etmədilər axı! Şərtlərdə bu yoxdur axı?

Bu sualları 2020-ci il 10 noyabrda da verirdilər. Ancaq bu sualları verənlər bilmir ki, əsl dövlət xadimi, peşəkar siyasətçi, mahir diplomat vaxtında başladığı kimi, ən uyğun, ən pik, ən məhsuldar nəticələr olanda dayanmağı bacarmalıdır.

İlham Əliyev indiyə qədər Aprel savaşı da daxil olmaqla, bir müharibə, bir neçə əməliyyatda qalib gəlib – heç birində Azərbaycana hansısa sanksiyaya, hansısa real-siyasi və iqtisadi təzyiqə imkan verməyib.

Çünki nəyi nə vaxt necə etməyi idealcasına bacarır!

Çünki nə vaxt dayanmaq lazım olduğunu idealcasına bilir!

Çünki nə vaxt irəli getmək lazım olduğunu da idealcasına bilir!

Sabah BMT TŞ-nin ABŞ-ın dəstəyi ilə, Fransanın təşəbbüsü ilə iclası keçiriləcək.

İlham Əliyev artıq bu iclası antiterror tədbirini bu gün dayandırmaqla gərəksiz etdi – hətta müzakirəyə belə ehtiyac qalmadı.

10 min qüvvəsi, 200-dən çox texnikası, yüzlərlə mövqeyi olan separatçı-terrorçular 24 saat ərzində diz çökdülərsə, bəs, bu qüvvələr çıxarılandan, silahlar təhvil veriləndən sonra Xankəndiyə icra strukturlarının girməsinə kim mane ola bilər?

Əgər mane olan kimsə qalacaqsa, o tədbir də görüləcək – əsas olan isə şəhidlərin minimallığı, Azərbaycan gəncini, Ordusunu qorumaq, Azərbaycan dövlətini zərbələrdən hifz etmək və milli hədəflərə maksimum itkilərsiz aparmaqdır.

İlham Əliyev məhz bunu etməklə məşğuldur!

You Might Also Like

Aprel 22, 2025

Güney Azərbaycan Gözü ilə 8 Mart

Güney Azerbaycan İçin Birlik Mesajları: “Günayım Mediya Zoom” Toplantısından

BAŞINIZ SAĞOLSUN DƏYƏRLİ İNSAFƏLİ HİDAYƏT BƏY

GAQP- Yönətim üyələri dəyərli Dilbər Həsənbəyli xanım və Elman Türkoğlu bəy, başınız sağolsun.

Milli Qurtuluş Sentyabr 21, 2023
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə Ermənilər ağ bayraq qaldırdı və təslim oldu – Rəsmi
Növbəti Məqalə BAŞ VERƏ BİLƏCƏK AZƏRBAYCAN-TÜRKİYƏ VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU! 1-Cİ BÖLÜM

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər May 3, 2025
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji Aprel 29, 2025
Aprel 22, 2025
General Aprel 22, 2025
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr Aprel 21, 2025

Son Əlavələr

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji

Son Videolar

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?