By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: SON DƏQİQƏ: Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyən şəxslər saxlanılıb
Paylaşın
Bildiriş
Son Xəbərlər
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun
Bildirilər
Məhbus Milli Fəalların Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Qurulması İlə İlgili Bəyanatı
Bildirilər
Güney Azərbaycan Qurtuluş Partiyasının Ölməz Arif Rəhimoğlunun 70-ci ad günü ilə bağlı bildirişi
Bildirilər
Əbülfəz Elçibəyin vəfatının 25-ci ildönümünü ilə bağlı
Bildirilər
8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > General > SON DƏQİQƏ: Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyən şəxslər saxlanılıb
General

SON DƏQİQƏ: Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyən şəxslər saxlanılıb

Milli Qurtuluş
Paylaşın
2 Min Oxu
PAYLAŞIN

SON DƏQİQƏ: Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyən şəxslər saxlanılıb

https://milliqurtulus.com/wp-content/uploads/2023/04/VID_20230406_081029_437.mp4

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti
və Baş Prokurorluğun birgə məlumatı

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb.  Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

You Might Also Like

Super Çempion Azərbaycanın Traxtoru

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ

2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransına Mesaj

Milli Qurtuluş Aprel 6, 2023
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə İran İslam Şurasının (Parlament) üzvləri Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanət qəbul ediblər.
Növbəti Məqalə İranda məktəblərə kimyəvi hücumlar davam edir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun
Bildirilər Avqust 30, 2025
Məhbus Milli Fəalların Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Qurulması İlə İlgili Bəyanatı
Bildirilər Avqust 27, 2025
Güney Azərbaycan Qurtuluş Partiyasının Ölməz Arif Rəhimoğlunun 70-ci ad günü ilə bağlı bildirişi
Bildirilər Avqust 23, 2025
Əbülfəz Elçibəyin vəfatının 25-ci ildönümünü ilə bağlı
Bildirilər Avqust 22, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?