Urmiyada azərbaycanlıların torpaqları müsadirə olunur
Urmiya şəhəri ətrafında torpaqların müsadirə olunması etirazlarla qarşılanıb. Əyalət mərkəzinə yaxın bölgədə yerləşən Qarahəsənli kəndinin sakinləri əkin və otlaq sahələrinin hökumət tərəfindən qanunsuz şəkildə ələ keçirildiyini bildiriblər.
Dövlət səviyyəsində baş verən quldurluqdan narazılıqlarını bildirən qarahəsənlilər etiraz aksiyası keçiriblər. Onlar hökumət məmurlarının bu qanunsuz hərəkətləri və otlaq sahələrinin mənimsənilməsi səbəbindən heyvandarlıqla məşğul ola bilməyəcəklərini söyləyiblər.
Müxtəlif plakatlar qaldıran qarahəsənlilər bu qanunsuzluq qarşısında müqavimət göstərəcəklərini və canları bahasına da olmuş olsa, hüquqlarını müdafiə edəcəklərini vurğulayıblar.
#Azerbaycaninguneyi