
Kimlik (höviyet)
Kimlik genl anlamda men kimem sorusuna olan yanitdir. Bir ferdin özüne olan duyğu, biliş(şinaxt) ve zihni anlayışı demekdir. Daha doğrusu bir ferdin baxış, inanc, ehval-ruhiye ve özellikler toplusuna ve başqa ferd ve qruplar ile olan fərqliliklərə kimlik deyilir.
Toplusal kimlik (höviyet cəmi)
Toplusal kimlik bir ictimai qrup ve topluluğun, milli, etniki, dini, cinsi ve sinfi(tabəqəi) özəllik əsasında qurulur ve o ictimai qrupun özlərinə olan biliş(şinaxt), zihni anlayış, duyğu ve bağlılıqlarını sərgiləyir. Toplusal kimlik biz ve onlar anlayışından formalashır. Yəni bizim oluşmasında(şəkl tapmasında) başqasının olması gərəkir. Başqa bir anlamda demək olar ki toplusal kimlik, bənzərliklər toplusu ilə fərqliliklər toplusundan olan anlayış ve zihniyyətdir. Bizi biz edən bənzər özəlliklər ve bizi başqalarından ayıran fərqliliklər. İran dövləti qurulduğundan bəri Guney Azərbaycan’da milli baxımdan üç əsas toplusal kimliyin oluşmasına şahid olmaqdayıq.
1. Fars–İran kimliyi
Qacar Türk dövleti çöküşünden yaradılán Fars–İran kimliyi, ölkənin neçə etnikli olduğuna rəğmən bir etnik kimlik üzərində inşa edilmişdir. İran(Fars) kimliyi mərkəz dövlətin rəsmi kimliyi olaraq tanımlanıb, başqa etnik ve millətlərə isə təhmíl edilmişdir. Daha doğrusu bu siyasət, birlík şuarı altında(bir millet, bir bayraq, bir dil…) Fars milli saltəsini başqa millətlərə təhmíl etməsi ve aşırı şəkildə assimilasiyon siyasətini uyğulaması idi. Azərbaycan toplumu bu siyasətlər əsasında öz kimliyinə yad olub ve milli varlıqdan uzaqlaşmaqda idilər. Bu gün də Azərbaycan toplumunda Fars kimliyinə bağlılıq duyan ve toplusal kimliyini Fars kimliyində algılayan insanlara rast gəlmək olur. Bu insanların bəzíləri isə daha irəli gedib öz kimlik ve milli varlıqlarına belə manqurdcasına hücum edirlər.
2. Türk–İran kimliyi
Yüz ildən artıq uygulanan Farslaşdırma siyasəti əsasında, Azərbaycan toplumunda bir ikili kimlik(höviyet doğana) oluşmuşdur. Bu tür kimlik Fars ve Türk kimliklərindən tərkib tapmış ve içində həm Fars kimlik ögələri həm də Türk kimlik ögələri yer almaqdadır. Yəni bu kimlik türündə, nə tamamilə Fars kimliyinə bağlılıq duyulur nə də Türk kimliyinə. Görünən odur ki assimilasiyon siyasətləri bu tür insanları tamama əridə bilməmişdir ve onlar milli kimliklərinə də bağlılıqlarını tamama atmamışlar. Bu kimliyin mahiyyətində həm mərkəz kimliyi ilə uyğunlaşma həm də onların qarşısında hafif direnmək vardır. Bu kimlik Azərbaycan toplumunun büyük hissesini əhatə etməkdədir. Bu kimlik məquləsində yer alan insanlar, çox zaman ölkədə olan siyasi, ictimai ve kültürel olaylarda nə tərav vəra bilmirler ve gah nala gah da mǝxa vururlar.
3. Azərbaycan Türk kimliyi
Kökü və uzantısı daha eski zamanlara ulaşan Türk varlığı, İran sistemində danılmaq, dışlanmaq ve assimilasiyon siyasətlərinə məruz qalmışdır. O özdünden də onlar milli varlığın itirilip yoxedilmə təhlükəsi ilə özləşincə, öz toplusal kimliyini qurub qorumağa çalışmışlar. Uzun zaman sürəsində mərkəzin kültürel və iqtisadi siyasətlərinə qarşı çıxan dirənc kimliyi(höviyet muqavəməti) əslində
bir millətin milli oyanış və milli bilincindən(ağahili milli) oluşmuşdur. Bu bilinc bir millətin milli dəyərlər, kültürel miras və milli varlığının qorunub inkişaf tapması üçün hərəkətə keçmişdir.
Bu kültürel və ictimai hərəkət, Azərbaycan toplumunda günu-gündən böyüyüb gənişlənməkdədir.
Sonuc
Toplusal kimlik, doğal şərtlər, coğrafi durum, kültürel özəlliklər, siyasi və ictimai hadisələr ve tarixi sürecdə yaranıb formalashır. Milli kimlik isə bir millətin milli varlığına, mədəniyyətinə, dəyərlərinə, gələnək və inançlarına duyulan duyğu, algı(idrak) ve saygısıdır. Milli kimlik bir millətin sarsılmaz qalası, dünya üzrə tanınan sicílləsi ve tarix səhnəsində sürdərə biləcək varlığıdır.
Onu hansısa ideologiya və siyasi amaçlar üçün dəyishdirmək və saxtalaşdırmaq olmaz.
Siamək Mirzayi
2005
(Not: Yazının orijinal versiyonu Ərəb alifbasında yazılmıştır)

