By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: ‘31 dekabr’ Dünya Azərbaycan Türklərinin Birlik Günü Qutlu Olsun.
Paylaşın
Bildiriş
Son Xəbərlər
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun
Bildirilər
Məhbus Milli Fəalların Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Qurulması İlə İlgili Bəyanatı
Bildirilər
Güney Azərbaycan Qurtuluş Partiyasının Ölməz Arif Rəhimoğlunun 70-ci ad günü ilə bağlı bildirişi
Bildirilər
Əbülfəz Elçibəyin vəfatının 25-ci ildönümünü ilə bağlı
Bildirilər
8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > General > ‘31 dekabr’ Dünya Azərbaycan Türklərinin Birlik Günü Qutlu Olsun.
General

‘31 dekabr’ Dünya Azərbaycan Türklərinin Birlik Günü Qutlu Olsun.

Milli Qurtuluş
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

‘31 dekabr’
Dünya Azərbaycan Türklərinin Birlik Günü Qutlu Olsun.

(Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirişi)

31 DEKABR – DÜNYA AZƏRBAYCAN TÜRKLƏRİNİN QUDSAL BİRLİYİ, BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİN YENİDƏN UMUDLANMASI GÜNÜDÜR.
31 DEKABR, MİLLƏTİMİZİN 1828-Cİ İLDƏN RUSLARIN AZƏRBAYCAN TÜRKLƏRİNƏ QARŞI QƏLƏBƏSİ İLƏ BAŞLAYAN PARÇALANMA PROSESSİNE SON QOYMA MÜCADİLƏSİNİN SİMBOLİK GÜNÜDÜR.

BU GÜNÜN ANLAMI İLƏ DESƏK 31 DEKABR YƏNİ:
BİR MİLLƏT – 50 MİLYONLUQ AZƏRBAYCAN TÜRK MİLLƏTİ,
BİR DÖVLƏT – AZƏRBAYCAN RESPUBLİKASI,
BİR BAYRAQ – AY-ULDUZLU BAYRAQ,
BİR PREZİDENT – İLHAM ƏLİYEV CƏNABLARI
Bu tablonun obyektiv önünün açılışı üçün hansı ön başlıqlar gərəkir?
⦁ Güneydə 40 milyon sivil soydaşımızın əliyalın ölüm-dirim mücadiləsi 50 milyonluq Azərbaycan Türk dövləti və millətinin milli davasına çevrilməlidir. Bu davada dövlət və millətcə bir olmaq gərəkir. Güneyin qurtuluşu uğrunda ”Azərbaycan Milli Hərəkatı Fondu”nun yaranması ən önəmli addımdır.
⦁ Azərbaycan Milli Hərəkatının igid gənclərinin farsçı-şuubi zindanlarında boğulan səsini, uşaqların gözyaşları, ac qarınları dövlətimizin gözündən uzaq tutulmamalıdır.
⦁ İrqçı İran rejiminin basqıları üzündən illər boyu həbs çəkmiş, işkəncə görmüş, ən ilkin milli-insani haqlarını itirmiş, işini-malını, can güvənliyini işğalçı rejimə uduzmuş, doğmalarından sürünmüş çoxlu soydaşımız var. Ana yurdumuzun quzeyinə və Türkiyəyə üz tutan minlər Azərbaycanlı aktivist BMT qanunlarının çox aşağısında əzgin durumda ömür sürürlər. İki dövlətimiz – özəlliklə öz bə öz Azərbaycan dövləti igid övladlarına canla-ruhla yiyələnməlidir. Bu onların ən doğal haqqıdır. Yox,”biz hələ bir millət-dövlət kimi sübyektiv və ruhsəl birlikdə deyilik” tutum sərgilənirsə, onda Güneyli igidlərimizin taleyini ən azından BMT-ə buraxmaq gərəkir. Halbuki, ilgili dövlət orqanlarının insani və humanitar sorunlarda vicdanlı davranışı dövlət və millət üçün ən önəmli qazancdır.
⦁ Bir millət, bir dövlət, bir bayraq və bir prezident sahibi olmaq uğrunda 50 milyonluq milli düşüncə tərzində media, telekanal, propaqanda şəbəkəsi yola salmaq gərəkir. Bu Azərbaycan Respublikası dövləti üçün ən az həzinə ilə başa gələndi. Belə kiçik proyektlər üçün günümüzün güclü, başı uca Azərbaycan dövlətinin mənəvi və siyasi iradəsi yetərlidir. Belə gərəkli iradənin həyata keçirilməsilə təkcə Güneyin səsinin ucalması deyil, Tehranın şuubi Səhər kanalının da zəhər saçmasına yetərli cavab imkanı açılacaqdır.
⦁ Başda Azərbaycan Milli Hərəkatı olmaqla, Güney Azərbaycan milli-siyasi qurumlarına doğma gözlə baxmaq, onların savaşını özününkü bilmək gərəkir. Onların madi-mənəvi yardımına qoşmaq həmrəylik anlamına gəlir. Həmrəylik quru təbriklə deyil, evində oturub hobbi olsun deyə savaşçılara yaşasın deməklə onların ailəsinin qarnı doymaz! Cəsarət ilə mali paylaşmaq həmrəylik ərdəmi deməkdir. Şuarda deyil, əməldə dayanışma sağlanmalıdır.
⦁ Azərbaycan dövlətçiliyinə bağlı diaspora gücünün yenidən toparlanması, dünya üzrə milli birliyin daha sağlamlaşması üçün, Azərbaycan hakimiyyətinin ciddi diaspora çabasına ehtiyacı vardır. Qeyri-hökumət və ya sivil qurumların millətlər arasındakı nüfuz dairəsi çox genişdir. Dünya Azərbaycanlılarının həmrəylik günü, əsl anlamda milli dərnəklərin, assosiasiyaların, federasiyaların və bu kimi dünya çapında milli proyekt üzərində sistemləşmiş birliklərin illik qurultayı olmalıdır.

Yaşasın 50 Milyonluq Azərbaycan Türk Milləti və Dövləti!
Yaşasın 31 Dekabr – Milli Birlik və Həmrəyliyimiz!

Güney Azərbaycan Qurtuluş Partiyası
2024/12/28

You Might Also Like

Super Çempion Azərbaycanın Traxtoru

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ

2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransına Mesaj

Milli Qurtuluş Dekabr 28, 2024
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Azərbaycan Yolçu Uçağının Düşməsilə Bağlı Başsağlığı
Növbəti Məqalə AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN YENİDƏN DOĞUŞUNA ŞƏFƏQ SAÇAN 20 YANVAR QƏRƏNFİLLƏRİ SOLMASIN!

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun
Bildirilər Avqust 30, 2025
Məhbus Milli Fəalların Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Qurulması İlə İlgili Bəyanatı
Bildirilər Avqust 27, 2025
Güney Azərbaycan Qurtuluş Partiyasının Ölməz Arif Rəhimoğlunun 70-ci ad günü ilə bağlı bildirişi
Bildirilər Avqust 23, 2025
Əbülfəz Elçibəyin vəfatının 25-ci ildönümünü ilə bağlı
Bildirilər Avqust 22, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?