By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan milli fəallarının edam cəzasına qarşı bəyanatı və Ehsan Fəridinin edam hökmünün ləğvi tələbi
Paylaşın
Bildiriş
Son Xəbərlər
Güney Azərbaycan milli fəallarının edam cəzasına qarşı bəyanatı və Ehsan Fəridinin edam hökmünün ləğvi tələbi
Bildirilər İnsan Hüquqları və Çevrə
Başsağlığı: GAQP Yönətim Qurulu üyəsi və Partiya Başqan Yardımçısı Əli Eşqi (BalaTürk) bəyin həyat yoldaşı sayğılı Leyla xanımın əziz anası dünyasını dəyişmişdir.
Bildirilər
Ustad doktor Yəhyə Şeydanın il dönümü münasibətilə – Həmid Əhmədzadə dən Bir Yazı
Ədəbiyyat və Mədəniyyət
Firidun İbrahimi (1919 – 1947)
Siyasət
Türk Dövlətləri Təşkilatında irəli sürülən ortaq əlifbaya dair Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının (GATƏŞ) Bəyanatı
Ədəbiyyat və Mədəniyyət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Güney Azərbaycan milli fəallarının edam cəzasına qarşı bəyanatı və Ehsan Fəridinin edam hökmünün ləğvi tələbi
Bildirilər

Güney Azərbaycan milli fəallarının edam cəzasına qarşı bəyanatı və Ehsan Fəridinin edam hökmünün ləğvi tələbi

GAQP
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

Ayıq vicdanlara, Azərbaycan Türk millətinə və bütün İranda yaşayan xalqlara, beynəlxalq ictimaiyyətə və insan haqları təşkilatlarına

Biz, Güney Azərbaycanın milli fəalları, insan ləyaqətini və yaşam kimi əsas insani haqqı müdafiə edərək, bu bəyanat vasitəsilə edam cəzasına, istənilən siyasi fəalın — düşüncəsindən və inancından asılı olmayaraq — edam edilməsinə və xüsusilə də Ehsan Fəridiyə çıxarılan edam hökmünə qarşı olduğumuzu bildiririk.

BMT-nin İnsan Haqları Ümumdünya Bildirgəsi’nin 3-cü maddəsinə və Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq anlaşma’nın 6-cı maddəsinə əsasən, yaşamaq haqqı hər bir insana xas doğma haqqdır və heç kim bu haqqdan məhrum edilə bilməz.
Bu gün dünyada BMT-yə üzv dövlətlərin üçdə ikisindən çoxu ( 145 ölkə, Türk ölkələrin hamısı daxil) edam cəzasını ya tamamilə ləğv edib, ya da onun icrasını dayandırıb. Bu qlobal əyilim, xalqların, “edamın həm faydasız, həm də qeyri-insani xarakterini anladıqlarının” sübutudur.

Edam nə ədalət, nə də təhlükəsizlik yaradır; əksinə, zorakılığı təkrar törədər, müxalifləri aradan qaldırmaq və tənqidçiləri susdurmaq üçün vasitəyə çevrilir.

Biz edama qarşıyıq, çünki inanırıq ki:

1. Edam geri dönüşü olmayan cəza növüdür. Məhkəmə səhvi nəticəsində bir günahsız insanın həyatına son qoyula bilər və bu səhv, sonradan aşkar edilsə belə, düzəldilə bilməz. Demokratik ölkələrin təcrübəsi göstərir ki, hətta münsiflər heyətinin iştirakı ilə keçirilən məhkəmələrdə də belə səhvlərin baş vermə ehtimalı vardır.

2. Edam, cinayətin qarşısını almır. Elmi araşdırmalar göstərir ki, edam cəzasının mövcudluğu ilə cinayət səviyyəsinin azalması arasında heç bir mənalı əlaqə yoxdur.

3. Edam insan ləyaqətini tapdalayır və cəmiyyəti qorxu və zorakılıq dairəsində saxlayır.

4. Siyasi və ya əqidə əsaslı fəalların edamı fikir və ifadə azadlığının açıq-aşkar pozulmasıdır; bu, bir düşüncəni cəzalandırmaq deməkdir, cinayəti deyil.

5. Hər nə səbəblə olursa olsun, edamın dəvam etməsi, toplumda cinayət ve qətli normallaşdırır və ölkədə şiddəti təşviq etməkdən və suç işləmə eşiğini düşürməkdən başqa bir sonuc doğurmaz.

Ehsan Fəridi’nin dusyası, bir tərbizli türk öyrənci olaraq, etirazları boğmaq və vətəndaş fəaliyyətlərini susdurmaq məqsədilə edamdan istifadə edilməsinin bariz nümunəsidir.
Belə bir hökm nəinki ədalətsizdir, həm də insan haqlarının prinsiplərinə, hətta İranın öz qanunvericiliyinə ziddir.

Biz, Güney Azərbaycan milli fəalları, insan haqlarına inanırıq və edam cəzasını bu prinsiplərlə ziddiyyətli hesab edirik.

Biz, insan haqlarına hörmət göstərilməsini təkcə bugünkü İran cəmiyyəti üçün deyil, gələcəkdə demokratik bir quruluşun yaranması üçün də zəruri sayırıq.

Biz, hətta öz müxaliflərimizin və düşmənlərimizin də insan haqlarına hörmət edilməsini vacib hesab edirik və bu hüquqların pozulmasına qarşı dayanmağı öz vəzifəmiz bilirik.

Biz Ehsan Fəridinin — düşüncəsindən və inanclarından asılı olmayaraq — edam hökmünün dərhal dayandırılmasını, İranda edam cəzasının tamamilə ləğv edilməsini və edamın siyasi, milli və ya inancsal təzyiq vasitəsi kimi istifadəsinə son qoyulmasını tələb edirik.
bu kiçik hərəkətin isə, ədalət, həqqaniyyət ve qarşılıqlı sayqıya dayalı bir topluma doğru atılmış bir adım olmasını umuruq.

 

Hörmətlə,
Güney Azərbaycan milli mədəni fəallarının bir qrupu

 

 

You Might Also Like

Başsağlığı: GAQP Yönətim Qurulu üyəsi və Partiya Başqan Yardımçısı Əli Eşqi (BalaTürk) bəyin həyat yoldaşı sayğılı Leyla xanımın əziz anası dünyasını dəyişmişdir.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq

Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Məktəblərin Açılış Günü İlə Bağlı Bəyanatı

GAQP Noyabr 2, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Başsağlığı: GAQP Yönətim Qurulu üyəsi və Partiya Başqan Yardımçısı Əli Eşqi (BalaTürk) bəyin həyat yoldaşı sayğılı Leyla xanımın əziz anası dünyasını dəyişmişdir.

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Güney Azərbaycan milli fəallarının edam cəzasına qarşı bəyanatı və Ehsan Fəridinin edam hökmünün ləğvi tələbi
Bildirilər İnsan Hüquqları və Çevrə Noyabr 2, 2025
Başsağlığı: GAQP Yönətim Qurulu üyəsi və Partiya Başqan Yardımçısı Əli Eşqi (BalaTürk) bəyin həyat yoldaşı sayğılı Leyla xanımın əziz anası dünyasını dəyişmişdir.
Bildirilər Oktyabr 31, 2025
Ustad doktor Yəhyə Şeydanın il dönümü münasibətilə – Həmid Əhmədzadə dən Bir Yazı
Ədəbiyyat və Mədəniyyət Oktyabr 31, 2025
Firidun İbrahimi (1919 – 1947)
Siyasət Oktyabr 30, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?